26.02.2014

Prezident baş naziri öldürüb televizor qutusuna qoyduğu açıqlandı

Gürcüstanın keçmiş baş naziri Zurab Jvaniyanın ölümü ilə bağlı yeni və olduqca sensasion məlumat yayılıb.

Politika.az virtualaz.orga istinadən xəbər verir ki, Gürcüstan mətbuatı mərhum sabiq baş nazir Jvaniyanın öldürülməsində şəxsən keçmiş prezident Mixail Saakaşvilinin iştirak etdiyinə dair prokurorluqda dəlil var.
“Asaval-Dasavali” adlı həftəlik qəzet yazır ki, Gürcüstanın Baş Prokurorluğunda Z.Jvaniyanın ölümü ilə bağlı aparılan istintaq çərçivəsində əldə edilən dəlilə görə Mixail Saakaşvili baş nazirin öldürülməsində şəxsən iştirak edib. Üstəlik onun Jvaniyanın cəsədinin cinayət yerindən aparılması və qətlin ört-basdır edilməsi əməliyyatına da şəxsən rəhbərlik etdiyi üzə çıxıb.

Gürcüstanın Baş Prokurorluğundakı mənbəyə istinad edən qəzet yazır ki, cinayət işinin materiallarında Saakaşvilinin səs yazısı var. Keçmiş prezident Jvaniyanın öldürülməsindən sonra belə deyir: “İndi bu cəsədi götür və necə danışmışdıqsa, elə də elə”.
Mənbə qətlin təfərrüatlarını da danışıb. Onun bildirdiyinə görə, Jvaniyanı 2005-ci il fevralın əvvəlində Tiflis yaxınlığındakı prezident iqamətgahı “Şavnabada”da öldürüblər. İqamətgahda qətl zamanı Saakaşvili ilə yanaşı o zamankı daxili işlər naziri, hazırda həbsdə olan Vano Merabişvili də olub.
Z.Jvaniyanın öldüyünü görəndə onun cəsədini televizor qutusuna qoyublar və Tiflisdəki konspirativ mənzilə aparıblar. Orada baş nazirin guya dəm qazından zəhərlənərək öldüyünü səhnələşdiriblər.
Xatırladaq ki, Jvaniyanın ölümünə dair Saakaşvilinin hakimiyyəti dövründə aparılmış istintaq zəhərlənmə versiyasına əsaslanıb.
Bildirilir ki, Jvaniyanın ölümünə dair yeni istintaq tamamlanıb. Lakin Baş Prokurorluq nəticələri açıqlamağa tələsmir, çünki Saakaşvili cinayət işində əsas fiqurantlardan biridir. Bununla belə Baş Prokurorluqdan “İnterfaks”a bildiriblər ki, istintaq hələ yekunlaşmayıb və əlavə məlumat verə bilməzlər.
Saakaşvili özü isə gürcü qəzetinin yazdıqlarını heç cür şərh etmir.
Yada salaq ki, Saakaşvili prezident postunu tərk etdikdən sonra ABŞ universitetlərinin birində mühazirə oxuyur. O, hazırda Ukraynadadır və bir gün əvvəl “Rustavi-2” telekanalına Kiyevdən canlı yayımda müsahibə verib. Deyib ki, vətəni üçün çox darıxır, ancaq hələ ora qayıtmaq fikrində deyil və səbəbini sonra açıqlayacaq.
Jurab Jvaniya 2003-cü il, fevralın 17-də Gürcüstanın baş naziri olub və 2005-ci il, fevralın 3-də müəmmalı şəraitdə ölüb. Onun ölümündə uzun müddətdir ki, Saakaşvilinin adı hallanır.

Комментариев нет:

Отправить комментарий