24.02.2014

NATO-nun əsas vəzifəsi öldürmək və məhv etməkdən ibarətdir

Mayis Güləliyev: "ABŞ, NATO-nu demokrartik dəyərləri qoruyan bir qurum kimi təqdim edərək özünün təcavüzkar siyasətini həyata keçirir"

Dünyanaın bir neçə güc mərkəzləri tərəfindən yaradılmış NATO alyansı özünü demokratik və insani dəyərlərin müdafiəçisi kimi göstərməyə çalışır. Lakin bu qurumun yarandığı tarixdən bu günə qədər ki, fəaliyyət istiqamətlərinə baxsaq deyilənlərin həqiqətə uyğun olmadığının şahidi olarıq. Belə ki, İraq, Əfqanıstan və Liviya hadisələri və sonuncu dəfə NATO-nun aparıcı dövlətlərindən olan Fransanın,Türkiyənin heç bir tarixi əsası olmayan qondarma erməni soyqırımında ittiham etməsi deyilənləri bir daha sübut etdi.
Deyilənləri nəzərə alsaq belə bir sual meydana gəlir: “NATO kimə və nəyə lazımdır?”
Mövzu ilə bağlı açıqlama verən Yaşıllar Partiyasının həmsədri Mayis Guləliyev maraqlı fikirlər səsləndirdi.
Hazırda NATO-nun fəaliyyət istiqamətində Fransanın o qədər də rolu olmadığını qeyd edən Mayis Güləliyev, təşkilatın hərbi alyans kimi genişlənməsində ABŞ-ın əsas rol oynadığını bildirdi. “NATO praktiki olaraq ABŞ-ın hərbi güc mərkəzidir. Qurumun illik hərbi büdcəsinin 50%-i Amerika tərəfindən, yerdə qalanı isə digər ölkələr vasitəsilə formalaşmasına baxmayaarq, əsasən aşinqtonun siyasi iradəsi ilə fəaliyyət göstərir. Əlbəttə ki, bu hərbi alyans Avropanın təhlükəsizliyini qoruyan hərbi blok kimi yaradılmışdır. Sonralar isə müdafiə alyansı kimi formalaşmış NATO qüvvələri, hücum alyansına çevrilərək ABŞ-ın xarici siyasətini təmin eləməyə başladı. Bu qurum Amerikanın iqtisadi və siyasi maraqlarına uyğun olaraq fəaliyyət göstərir.”
NATO-nun hərbi alyans kimi Kosovoda, Əfqanıstanda və İraqdakı vəzifəsinin öldürmək və məhv etməkdən ibarət olduğunu qeyd edən Mayis Güləliyev, bütün bunların arxasında ABŞ siyasətinin durduğunu bildirdi.
“ABŞ siyasətinin arxasında isə neftlə zəngin olan ölkələrin idarəçiliyinin nəzarətə götürülməsi dayanır. Amerikanın Əfqanıstanda əsas məqsədi həmin regiondan keçən neft borularına nəzarət etməkdən ibarətdir. Eyni halda Vaşinqton bu dövlətə ordusunu yerləşdirməklə dünyada olan narko-ticarəti nəzarətdə saxlamaq istəyir. Deyilənlərin hamısı ABŞ-ın regiondakı maraqlarına tam olaraq uyğundur.”
Bundan əlavə, Mayis Güləliyev qeyd etdi ki,  NATO-nun hərbi büdcəsinin 50%-nin ABŞ tərəfindən maliyyələşdirilməsinə baxmayaraq, alyansın insan resurslarının 10%-i Amerika tərəfindən təmin olunur.
“Yerdə qalan 90% insan resursunu digər ölkələrin hesabına formalaşdıran və maliyyəsinin yarısını təşkil edən ABŞ bu məsələ də ciddi şəkildə udmuş olur. Çünki hansı ölkə NATO-ya üzv olursa, həmin ölkədə təşkilatın bazası yaradılır. Bundan sonra alyans insan resursları üçün həmin ölkədən pay almaqla, praktiki olaraq Amerikanın resurslarından və infrastrukturundan istifadə etməməyə nail olur. Azərbaycan əgər bu quruma üzv olsa, ölkəmizdə olan bazalar da Azərbaycanın maliyyəsi hesabına qurulacaq. ABŞ Azərbaycanda özünə aid olan bütün infrastrukturları pul xərcləmədən quraraq onlardan rahatlıqla istifadə etmək şansı qazanacaq. Belə olan halda təbii ki, yalnız ortada qazanan Vaşinqton olur. Ümumiyyətlə ABŞ, NATO-nu demokrartik dəyərləri qoruyan bir qurum kimi təqdim etməklə əslində özünün təcavüzkar siyasətinə don geyindirir.

Xəyal Şükür

Комментариев нет:

Отправить комментарий