26.02.2014

Qız yox, gənədir!

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər

Ramin Musayev: Elə bilirdik ki, türklər əsgər getməyənə qız vermir...

Vahid Əhmədov: Nəyə görə, Türkiyədə bir dərman 7 dollar oluğu halda, bizdə 50 manata alınır?!
Anxar Koçneva: Suriyada 30 müxtəlif ölkədən olan əcnəbilər döyüşür- bax orda belə qəribə "inqilab" baş verir.
Ramin Musayev: Elə bilirdik ki türklər əsgər getmiyən oğlana qız vermir, sərhədlər açıldı, gördük ki bunlar lap Bülənt Ərsoya da qız verir...
Elçin Bayramlı: Azərbaycan yenə birbaşa ABŞ-ın müstəmləkəsi olsaydı, mənə bu qədər yer eləməzdi. Amma Türkiyə ABŞ-in, biz isə Türkiyənin müstəmləkəsiyik deyə yer eləyir.
Nizami Məmmədov: Bunların bəzisi hələ də elə bilirlər ki, Sumqayıt kimi şəhərlər elə bəşər yaranandan mövcud olub, daha demirlər ki, əksər hissəsi yaşayış üçün əlverişli olmayan əraziləri sovetlər abadlaşdırıb bunların ixtiyarına veriblər.

Anar Musayev: Əgər bir ölkənin baş nazirinin müavini başqa bir ölkədə hansısa cühud gədəsinin əlinin altında işləyirsə, mən belə insana necə dövlət adamı deyim? 
Sabutay Nağıyev: Müsavat Partiyasının Prezident aparatından derektivlərlə iş gördükləri göz önündədir.
Samid Seyid Göktürk: Milliyətim Azərbaycan türküdü.. türkəm, amma türkiyəli, nə də Türkiyənin köləsi deyiləm...
Aqşin Yenisey: Mən Səməd Vurğunu Mikayıl Müşfiqi güllələtdirən, Hüseyn Cavidi sürgünə göndərtdirən və gedib Salyanda ceyran ovlayıb ceyran kababı yeyən şair kimi təsəvvür edirəm.
Ramil Qafarov: Azərbaycanlı qızın ən populyarı belə kişidə canlanma yaratmır. Münasibət irəlilədikcə baxırsan ki, qız yox, gənədir.
Şıxızadə Rizvan: Rusiya və İran da bizim tarixi vətənimizdi, mənim babamın qardaşları İranda qalıb, nəslimin coxu Rusiyadadı, mən bu ölkələrə necə nifrət edə bilərəm? 19-cu əsrə qədər İranın tərkibində, 2 əsrdə Rusiyanın tərkibində olmuşuq.
Chivas Regal: Ziyalı insanın həyat yoldaşı azərbaycanlıdırsa, o öz ziyalılığından itirəcək gələcəkdə.
Mətləb Pero: Hakimiyyətdən qorxmuram, Bakını zəpt edən Yeraz-Qarabağ-Naxçıvan Klan mafiyasının vətəndaş müharibəsini başlamasından qorxuram!
Piri Baba: Türkiyə indiyədək bizim üçün hər nə edibsə, dünya qiymətlərindən də baha edib. Əbülfəz Əliyevin komandasi Azərbaycanı Türkiyənin yəhudi və erməni mənşəli iş adamlarına satdı.
Qasım Mahmudov: Demokratiya adında bir şey mövcud deyil. Bu bir nağıldır xalqı aldatmaq üçün. Bir qrup alverçi bir neçə nəfər namizəd seçib onu maliyyələşdirib seçdirirlər və o da onların xalqı rahat əzməsi üçün qanunlar qəbul edir. Xalqı isə KİV vasitəsi ilə aldadırlar.
Samir Belil: İran da bir zamanlar sionist əlinə keçmiş ölkə idi, Allahın qüdrəti ilə azad oldu. Türkiyə də azad olacaq, buna əmin olun!
Səbinə Məmmədli: Rüşvətxor məmur, riyakar siyasətçi, yaltaq və ikiüzlü ziyalı ehtiyac üzündən fahişəlik edən qadından daha çox əxlaqsızdır.
Vüqar Khaz İmanov: Erməni xalqını Sarkisyan hakimiyyətindən və Qarabağ klanından azad etmək üçün, Azərbaycan ordusu hərəkətə keçməlidir.
İbrahim İmanli: Bir hədisdə deyilib ki, çobanlar saraylarda oturacaq. Qərbdə kovboylar (buş) çobanlar sarayda oturub, burda da bunlar.
Aşıq Ələsgər: “Aşığın nisyəsi, kürdün ilqarı,/ Desələr inanma, düz olmaz-olmaz!” 
Stalinin vəsiyyətnaməsindən: "Mən heç vaxt əsl inqilabçı olmamışam, bütün həyatım yəhudi burjuasının başçılığı altında yeni dünya düzəni qurmaq istəyən sionizmlə yorulmaz mübarizədə keçib".
Şahin Nağıyev: “Azərsun holdinq” şirkəti Hindistan, Dubay və Türkiyədən köhnəlmiş və yeməyə yararlı olmayan unları gətirib Bakıda satdırır, parasını Ermənistandakı PKK-çılara göndərir.
Toğrul Ənsərli: Kürd Səid Nursinin yaratdığı nurçuluq ən böyük düşmənimizdi.
Taleh Məmmədov: Hürrü Əliyev yenə qatıqladı. Guya Elçibəyi Əli Kərimli zəhərləyib. Bu Hürrü 2010-cu il seçkilərində də Ə.Kərimliyə mane olmaq üçün namizədliyini onunla eyni dairədən vermişdi. Bu Hürrü həm də Elçibəyin qardaşı oğludur. Yenə mən dediklərim təsdiqini tapır. Bu ölkəyə nəinki Elçibəydən, heç onun yerdə qalan qohum-əqrabasından xeyir gəlməyib. Ən əsası isə bu ölkəyə “malaya zemlya”dan bir xeyir gəlməyib. Ordan ancaq bəla gəlib bu millətə.
Arzu Abdulla: Ölkədə kasıb kütlə kredit götürüb toy edir və toyu olan cütlüyün uşağı məktəbə gedənə qədər krediti ödəyib qurtara bilmir. Bu məmləkətdə borclu analar, borclu balalar gətirir dünyaya...
Elmar Həsənov: Yadınızdadırsa Azərbayacanda müstəqillik elan olunan zaman ingilislər, yəhudilər, almanlar, fransızlar, amerkalılar axın şəkilində Azərbaycana gəldilər. Gələnlərin böyük bir qismi bizim adamlardan qədim xalça, kilim və digər əşyalar alırdılar. Bir parça qədim xalça qırığına o vaxt 50-100 min dollar verirdilər. Biz də həvəslə həmin əşyaları satırdıq. Nə üçün əcnəbilər bu qədər pul verirdilər? Ona görə ki həmin xalçalarda güclü işarələr, əlamətlər və rənglər var. Hansı ki həmin işarələr birbaşa insan orqaniziminə təsir edirdi... Qan təzyiqindən, ürək-damar xəstəliklərindən, beyin iflicindən, revmatizmdən, əsəb xəstəliyindən və s. qoruyurdu.
Əsli Hacıyeva: Mənim özünü türk adlandırıb, amma əslində kürd olan şirkətlərin Azərbaycan dövlətində qazanmalarına iradım yoxdur əgər ədalətli olsalar. Mənim iradim onların ədalətsizliklərinədir ki onlar bizim ali savadli uşaqlarımızı minnətlə hansısa bir ofisdə xırda işçi kimi götürürlər. Amma əsası isə fəhlə götürürlər və öz bisavad həqiqətən də çobanlarını şef, uzman və müdir təyin edirlər ki.
Fərhad Həsənzadə: Daşnakların qabağını ermənilər özləri almağa başlamışdılar ki, ortada türklər tapıldı, zibilini çıxardılar.
Günel Treu: Harda zorakılıq xəbəri varsa baxıram ki, məkan Türkiyədi. Əsas da namus məsələləri! Ata qızına sataşır, qardaş bacısına... belə dərd olar?
Lalə Mehralı: Hollivud kinolarında özünü bəşəriyyətin xilaskarı kimi qələmə verən ABŞ-ın son 10 ildə törətdiyi qlobal terrorda 2 milyon uşaq ölüb, 6 milyon uşaq şikəst olub. ABŞ-da hər il 2 min uşaq ailədaxili zorakılığın qurbanı olur, 140 min uşaq McDonalds-da süni fast-food yeməkdən başı xarab olan valideynlərinin sayəsində əlil olur, 150 min uşaq itkin düşür. Hər il təkcə Nyu-Yorkda 35 min qadın zorlanır. Hər 8 qadından 1-i ağır dərəcədə narkomandır və dünyaya gətirdikləri uşaq anadangəlmə narkotik asılılığı ilə doğulur.
Dr. Əli Şəriəti: “Аrtıq şәrqdә dә Tеymur istibdаdındаn әsәr-әlаmәt yохdur. Bütün vәhşiliklәr mоdеrnizm, mәdәniyyәt mаskаsı tахmışdır. İnsаndаn оlаn vәsvәsәçilәr, cәllаdlаr, pеşәkаr qаtillәr qаlstuk tахıb, оdеkаlоn vurmuş, tәbliğаt yоlu ilә hücumа kеçmişlәr. İnsаnlаrın dаmаrınа “qәrb mәdәniyyәti” аdlı zәhәr köçürülür”.
İlkin Abbasov: Türklər özləri bədbəxt idilər, ən böyük dərdləri şou biznes idi, bu dərdi uzun sürən calışmalardan sonra bizə də sırıdılar.
Əziz Əlibəyli: Bizim məktəbin laboratoriyasında Leninin bir büstü qalmışdı. Götürdüm evə gətirdim, yolda uzun müddət kolxozda briqadir olmuş Şəmşad kişi qabağımı kəsib kəlləni əlimdən aldı. Aparıb evdə dədəsinin böyüdülmüş şəklinin yanına qoydu: “Ay bala, bu adam bizə savad verdi, pul verdi, ev verdi, yaşamaq verdi, Allah rəhmət etsin ona, heç bir dövr sovet kimi ola bilməzdi”. Hər dəfə Lenin haqda oxuyanda rəhmətlik kişi yadıma düşür...
Sadiq Babazadə: Nardaran camatını çox müdrikdir. 2001-də Nardaran hadisələri zamanı dövlət onları ələ almaq üçün inək saxlamağı və buna görə hər ailəyə 5 000 kredit təklif edir. Ağsaqqallardan biri irəli çıxır və deyib: İnək saxlamaq zamanı deyil, kəndi milçək basar. Bununla da dövlətin kredit adıyla ələ alma əməliyyatı alt-üst olur... Mən Fəxr edirəm ki Nardaranlıyam!!!
Mahir Əliyev: Hər səfər eşidəndə ki Əfqanstanda və ya digər müsəlman ölkələrində Amerika və ya Qərb əsgərləri gəbərib, sevinirəm. İstəyirəm bu itlər çox gəbərsin. Vəhabi gəbərəndədə sevinirəm. Vəhabi ingilisin kəbinli arvadidir.
Aişə Gül: Təkcə Bakı yox, bütöv Azərbaycan xəstədir. Tez zamanda bəzi parazitlərdən təmizlənməlidir ki, epidemiya böyük miqyasda yayılmasın
Ceyhun Salahov: Sonistlərin dəstəklədiyi hər bir işin arxasından Şeytan çıxır.
Elmar Rza: Hansı oğraş deyibsə, problemsiz həyat anlamsız olur, bax o başı boyda qələt eliyir.
Eliş Məmmədli: Türkdən bizə dönərdən, bir də bozqurdçuluqdan başqa heç nə gəlməyib.
İlkin Fəryad Əkbərli: Türkiyədə 6 ildir təhsil alıram. Bircı bunu dəqiq deyə bilerem ki Həzrəti Əlinin söhbətlərinin toplandığı Nəchül Bəlağa kitabından heç kimin xəbəri yoxdur. Said Nursi, Fəthullah Gülən və Mövlanə (Cəlaləddin Rumi)- təkcə bunların kitabları oxunur. Belə əqidə ilə cahil olmayasan, bəs nə olasan?
Turqut Murti: Nə üçün bu rus sektoru qızları ilə az sektorunun qızları arasında dağ qədər fərq olur?? Rus sektoru qızlarının gözəlliyi bir tərəfə, abi bu savad, kreativlik, rahatlıq, səmimilik, yetişkinlik nə üçün bizim az sektorda yoxdur?? Adicə bu qızların gülməkləri belə müdhişdir. Yoxsa bizimkilər kimi gülən kimi ağızlarını tutmurlar. Eşq olsun rus sektor qızlarına, onlar olmasaydı, çoxdan əlimi və ümidimi üzmüşdüm bizimkilərdən.
Şeyx Nəbil Naim: Əfqanıstandakı cihad ilə Suriyadakı cihad arasında böyük fərq var. Əfqanıstanda xarici döyüşçülərə qarşı alimlərin çoxu cihad fətvası verdi. Biz də buna görə, Əfqanıstana getdik. Fəqət iki ölkə arasında yaşananlar isə, tamam fərqlidir. Suriyada mübarizə edəcəyimiz işğalçı qüvvələr yoxdur. Əsil işğalçı İsraildir ki, 60 illik tarixə malikdir. Əgər cihad edəcəyiksə, onlara qarşı etməliyik. Əgər döyüşəcəyiksə, Fələstini işğal edən İsrail, sionistlərə qarşı  döyüşməliyik. Suriyadakı cihad deyil- fitnədir. Suriya CİA-nın əməliyyatıdır.
Sabir Shindani: Türkiyədə dili elə zorladılar ki, babalar nəvələrilə danışmaq üçün tərcüməçi tuturdular. 10 il bundan qabaq çap olunan kitabları indiki nəsil anlamır. Masonlar bu ölkəni, millətini pis günə qoydular. İstanbulda olanda mənimlə söhbətdə deyiblər ki, biz nahaq yerə Osmanlını dağıtmamışıq ki, onu bir də türklərə qaytaraq, türklərin özlərini çevirmişik, xəbərləri yoxdur və olmayacaq... Azərbaycanı da bu aqibət gözləyir.
Mənsur Həqiqətpur: Əgər Azərbaycan dövlət televiziyası mənim üçün vaxt ayırsa, İslam torpaqları olan Qarabağa xəyanət edənlərin adlarını açıqlaya bilərəm. Bilirsənmi sizin hansı məmurlarınız Xankəndidən, Xocalıdan, Gəncədən və digər yerlərdən qaçıb bir dəqiqə müqavimət göstərmədilər?
Mirbağır Bünyadov: Amerika narahat ruhlar diyarıdır, Amerikanın nəinki Şərqdə qırdıqları insanlar, elə Amerikada yerli aborigenlərin başına gətirdiyi müsibətlər Amerikanın məhv olması üçün kifayət edəcək.
Mehman Cabbarov: 696-ci il xalif al-Malik oz kançeliyariyasında dəyişikliklər apardı. O dedi ki müsəlmanların bütün işlərini, yazılarını yunan dilində aparmaq olmaz, günahdır. Qanuni olarag Qurani-Kərimin dilini təyin etdilər. bu dil pəhləvi ve ya müasir Azərbaycan dili idi.
Cavid Babək: Diqqətlə fikir versəz, hakimiyyət daim dindarların liderlərini tutur, amma nədənsə cənab müxalifət liderlərinin tutulmağını görmürük. Deyə bilərsiz ki, xalqdan qorxur, ona görə. Zırt qorxur. Məsələn, İsanın cibindən xaşxaş tapıb tutsalar, guya nolacaq ki, xalq ayağa mı qalxacaq? Zırt qalxacaq. Yəni hakimiyyət belə cənab müxalifət liderlərini təhlükə olaraq görmür, heç cənab müxalifət liderləri də “ciblərindən xaşxaş çıxacağına” inanmırlar.
Azər Musayev: Əvvəl planlaşdırırdılar ki, uzaq başı 300 milyon insan saxlasınlar yer üzündə. İndi 1 milyard saxlamaq istəyənlərlə 300 milyon istəyənlərin arasında dava gedir. Söhbət Afrikadan, Asiyadan, müsəlmandan, latinosdan heç getmir. Bunlar gələcəyin heç bir it dəftərində yoxdurlar.

Hazırladı: Professional Oxucu Liqası

Комментариев нет:

Отправить комментарий