Elçin Bayramlı
Televiziyanın kəşfini cəsarətlə minilliyin ən böyük ixtirası adlandırmaq olar. “Sehirli güzgü”nün kəşfi nağılları gerçəkliyə çevirməyin mümkünlüyünü göstərdi. Bəşəriyyət yeni bir aləmlə tanış oldu. Lakin bu texnologiyanı tezliklə ideoloji silaha çevirdilər. Onunla müsbət ideyaları da, mənfi ideyaları da təbliğ edib insanların şüurunu dəyişmək olur.
Azərbaycanda televiziya 1956-cı ilin fevralın 14-də ilk dəfə efirə çıxıb. Şərqdə ilk olan Bakı Televiziya Studiyasının fəaliyyəti xalqımızın mədəniyyətinin təbliğinə və inkişafına, insanların elmə, təhsilə marağının artmasına, ölkədə və dünyada baş verənlərdən tez xəbər tutmasına səbəb oldu.
Sovet İttifaqının dağılmasınadək Bakıda yaşayanlar AzTv-dən başqa 2 ümumittifaq kanalına, respublikanın qərb və şimal bölgələrindəki tamaşaçılar isə daha bir neçə kanala baxmaq imkanı əldə etmişdilər. Məsələn, mən Tovuz şəhərində 2 Moskva, 1 Bakı, 2 Tbilisi və 1 Yerevan kanalına baxırdım.
SSRİ-nün süqutundan sonra respublikada yeni telekanallar yaranmağa başladı. AzTv-nin 2-ci kanalı fəaliyyətə başladı. İlk özəl televiziya isə ANS idi. Maraqlıdır ki, növbəti özəl telekanallar əyalət şəhərlərində açıldı- 1992-ci ildə Gəncədə (“Kəpəz” TV) 1993-cü ildə Tovuzda (“Tovuz” TV). Daha sonra ümumrespublika və regional kanalların sayı artdı. Hazırda 10 respublika əhəmiyyətli telekanal, 15-dən çox yerli telekanal fəaliyyət göstərir.
Lakin yeni telekanallar ana televiziyamızın müsbət ənənələrini davam etdirmədilər. Yeni dövrün- bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq biznes maraqları hər şeydən üstün tutuldu, bütün qəbuledilməz, cəmiyyətə yararsız nəsnələr efirə gətirildi. Cəmiyyətin ehtiyacı olan məsələlər şou verilişləri arasında itib batdı.
Tamaşaçının televiziya haqda təsəvvürü darmadağın oldu. Əvvəllər TV-də ancaq doğru xəbərləri eşidən, ciddi, səviyyəli verilişlərə, filmlərə baxan tamaşaçının zövqü Amerika, Çin və Türkiyənin istehsalı olan küçə səviyyəsində ucuz filmlər, ara qeybətləri, toy müğənniləri, savadsız və təcrübəsiz aparıcılar tərəfindən korlandı.
Əks-reaksiya zəif də olsa oldu- bu telekanallar ciddi, təhsilli auditoriyanı itirdi. Peyk antenlərinin və kabel televiyasının inkişafı ziyalı təbəqənin onlardan üz döndərib Rusiya, Türkiyə və Avropa kanallarına baxmasına gətirib çıxardı.
Artıq tamaşaçı AzTv-dən başqa digər kanallarda səviyyəli elmi, sənədli filmlərə, maarifləndirici proqramlara baxa bilmirdi və ya çox nadir hallarda baxa bilirdi. Mədəniyyət sahəsində vəziyyət isə daha pis idi.
Cəmiyyətdə mədəniyyətlə bağlı ayrıca kanala ehtiyac yaranmışdı və bu barədə təkliflər səslənirdi. Nəhayət AzTv-nin 55 yaşının tamam olması günü efirdə yeni telekanal- Mədəniyyət telekanalı göründü.
Bu kanalda şedevr kinolar, tamaşalar, elmi sənədli filmlər, müxtəlif mövzulu televiziya filmləri, ötən əsrin məşhur multfilmləri- bir sözlə Azərbaycan və dünya mədəniyyətinin şedevrləri, həmçinin müxtəlif movzulu verilişlər efirə verilir.
Xüsusilə də, ötən əsrin kinoları, multfilmləri, sənədli filmləri, böyük şəxsiyyətlər haqda televiziya filmləri, qədim və müasir mədəniyyətimizlə bağlı çox dəyərli və maraqlı sənət əsərlərinin nümayişi təqdirəlayiqdir. Bunları başqa kanallarda görə bilmirik, onlarda hər gün ya qanlı qırğındır- (Amerika istehsalı ujas filmləri), ya da çal-çağırdır (Türkiyədən gəlmə şou-bisnes qaraçılığı).
Belə bir kanalın varlığına baxmayaraq, hələ də tamaşaçı auditoriyası arzuolunan səviyyədə deyil. Çünki əksəriyyətin zövqlərini başqa kanallar korlayıb, onlara psixoloji abunə olublar, tamaşaçıya pul qazanmaq yolunda vasitə kimi baxan bu şou-biznes kanallarının cəngindən ayrılıb pultun “Mədəniyyət” düyməsini basmırlar ki, müqayisə edib görələr burda nə gedir, onlarda nə.
Əminəm ki, “Mədəniyyət” kanalı bəzi özəl kanalların əxlaqını, tərbiyəsini düşüncəsini pozduğu, mənən itirdiyimiz insanları cəmiyyətə qaytarmağa qadirdir. Bu baxımdan “Mədəniyyət” kanalı ən dəyərli telekanal hesab oluna bilər.
Mübaliğəsiz demək olar ki, “Mədəniyyət” televiziyamızın mədəniyyətidir. Ona bircə gün baxaq, düşünək, müqayisə edək, sonra seçim asan olacaq. Korlanmış, aşağı səviyyəyə endirilmiş zövqümüz yenidən yüksələcək, televiziya qarşısında mədəni istirahətin nə demək olduğunu anlayacağıq.
Mədəniyyət televiziyasının bütün kollektivini ad günləri münasibətilə təbrik edirəm. Bu müqəddəs missiyanızda sizə uğurlar olsun.
bugun.az

Комментариев нет:
Отправить комментарий