İbrahim Sel: “Novosibirskin 1-ci kurs tələbəsinin bildiyi adi detalları bizdə politoloq alim belə bilmir”
Yazıçı-publisist İbrahim Sel ilə müsahibə
-Sizin milli kimliyiniz barədə müxtəlif söz-söhbətlər gəzir...
-Atam da, anam da təmizqanlı türk tayfasındandır. Mən təmizqanlı türkəm, həmişə də bununla fəxr etmişəm. Cəlilabad rayonunun Andreyevka adlı keçmiş rus kəndində anadan olmuşam, atam həmin kəndin xəstəxanasında feldşer işləyib. Andreyevkada anadan olmağımla fəxr edirəm: Andreyevka Rus imperiyasının bayrağının adıdır. İndiki adı Qarazəncirdir. Qarazəncir isə ilk antimason lojasının adıdır. Bəli, kimə təzadlı görünsə də, bioqrafiyamda fəxr ediləsi detallar çoxdur.
O gün Elbəyi adlı bir liberast yazar “Yeni musavat” qəzetində məni talışlara calamışdı. Heyf ki talış deyiləm. Talışların şəxsiyyəti var, Elbəyi! Sənə yad olan şəxsiyyət sözünün kökü də elə talış sözüdür. Sən hardan biləsən? Belə şeylər Basarkeçər vadisində bitmir. Talış da bizim qardaşımızdı, ləzgi də, Azərbaycan hamımızındı, bütün qoy xalqlar əl-ələ verib ölkəmizi dirçəltməliyik.
-Professional Oxucu Liqasının rəhbəri kimi Azərbaycanda gördüyünüz işlərdən razısınızmı?
-Mən vaxtilə mənbəşünaslıq, mətnşünaslıq və sənədlərin qrafoloji cəhətdən analizi ilə məşğul olmuşam. Hal-hazırda siyasətdəyəm. Yəhudilərin yaratdığı informasiya blokadasını yarmağa çalışırıq. Ofis müharibəsi gedir və mən Azərbaycanda onun öncüllərindən biri sayılıram. Mən müasir insanam! Minilliyin insanı! Əvvəllər postmodernistçi dekonstruksionist olsam da, amma indi antiqlobalistəm. Korrektələr və redaktələr edirəm, düzüb-qoşuram, internetdən yükləyirəm, yönləndirirəm, kulturoloji hərəkatlara gərəkli tövsiyyələr verirəm. Nəyi də bilməsəm, ixtisarın üst, təkmilləşmənin alt qatını gözəl bilirəm. Pərdəarxası söhbətləri böyük səxavətlə xalqla bölüşürəm. Həm din, həm solçuluq cəbhəsində dəqiq koordinatları təyin edirəm, hər iki sahildə çoxlu vəzifələrim var. Vəziyyətin ciddiliyini nəzərə alaraq, demək olar ki, ildırım sürəti ilə işləyirəm. Sizə bir nanosaniyə ərzində bir qiqabayt material ötürə bilərəm! Mən yeni dalğayam, ancaq köhnə məktəbdənəm. Konseptualam, öz sahəmdə yüksək profilliyəm, ortamənzilli ballistik missionerəm. Tutduğundan zəli kimi yapışanlardan deyiləm, istənilən diskussiyaya hazıram, oxuduqlarım əsasında fikir yürüdən və göstərilən arqumentlərlə razılaşanam. Şəbəkə istifadəçilərinə həmişə dostcasına yanaşıram. Tutaq ki biri ilə hansısa siyasi söhbətdə fikirlərimiz uyğun gəlmir, dostluqdan silirəm ki, başım ağrımasın, onun çürük dünyagörüşü mən əzginləşdirməsin, amma o öz sevgi şeirlərini yenə bizim e-mailə göndərəndə hökmən saytda dərc edirəm. Kin saxlamıram, yer də yoxdu onu saxlamağa, disk dolub. Mənim hissiyatım var, qarşı tərəfin nə demək istədiyini duyuram. Dəstəkləyirəm, qret eləyirəm, yıxılana balta vurmuram, ilk yardım göstərirəm. Ona görə də itirdiklərim az olur, mənəvi qazancım isə çox! Növbəyə durmuram, amma cərgəni də pozmuram, gedirəm, adam olmayanda gəlirəm. Son 5-6 ay ərzində iki dəfə tam başdan-ayağa xəstəxana yoxlanması keçmişəm, analizlər vermişəm, tam sağlamam, çünki ekoloji təmiz məhsullar yeyirəm, Azərbaycan və xüsusən Türkiyə istehsalı olan heç nə yemirəm, hamınızı da Azərbaycan dükanlarını boykot etməyə çağırıram, orda təmiz məhsul yoxdur, ola da bilməz. Əvvəllər yoqa ilə məşğul olurdum, amma indi namaz qılmaq istəyirəm. Namaz qılan insanların çoxunu tanıyıram, necə saf olduqlarına bələdəm. Onlara həsəd aparıram. Necə xoşbəxt olduqlarının fərqində də deyillər. Tələsmirəm, antiqloblist kütləyə qoşulub lap Los-Ancelesə kimi döyüşə-döyüşə gedərəm. İnanıram ki, İstanbulu da alacayıq, Tel-Əvivin də küçələrində şadyanlıq keçirəcəyik, bu şəhərləri azad edib, Avrasiya Birliyinin əyalət şəhərlərinə çevirəcəyik. Mənim buna böyük inamım var. Əsas odur ki, indi ortada güclü ideyamız var. Səbr lazımdır. Mən gülərüz bir oyunçuyam! Sanki yelkənli qayıqda hərəkət edirəm. Adrenalin cırır. Çox möhkəm dayanmışıq, buna şübhə ola bilməz. Antiqlobalist Liqa günü-gündən güclənir.
-Mən sizin bundan əvvəlki bir neçə müsahibələrinizə baxdım. Müxbir soruşur ki, niyə fb statuslarınız kobudluqlarla doludur...
-Bizim statuslarda istifadə etdiyimiz üslub həm də psevdomillətçilərə və postmodernistlərə ünvanlanmışdır, çünki onlara nəyin nə, kimin kim olduğunu ancaq belə üslubla çatdırmaq olar. Kreativlik adı altında düşük paylaşımlar etmirəm, şablon desək, xalqın səsi olub paylaşdıqlarım. Xalqın demək istədikləri, amma deyə bilmədiyi fikirləri səsləndirmişəm- xalq tərəfindən pozitiv qarşılanmağımızın, geniş və dəyanətli tərəfdar kütləsi toplamağımızın səbəbi də budur. Beləliklə, mənim şənləndirici, sizinsə qəzəbli adlandırdığınız statuslar sayəsində çoxlu düşündürücü yazarlar və prikol oxucular dünyaya gəlib. Siz də mənimlə razılaşarsınız ki, Professional Oxucu Liqası onların hamısını bir yerdə saxlayacaq qədər də güclü təşkilat deyil. O gün çox təsirləndim. Dostlarımızdan İbrahim Hacıyev adlı biri yazıb ki: “Adaş, Allah amanında! Mən getdim əsgəri xidmətinə, Allah yardımçın olsun”. Bu cür təmiz oğlanlar bizə Allahdan yardım diləyirsə, yetər inşallah.
-Tərifi xoşlayırsınızmı?
-Tərifə gəldikdə mənə gəlib çatan təriflərdə heç bir ölçü, hədd ola bilməz, hər bir söhbətin öz əndazəsi olmalıdır. Onu deyə bilərəm ki, bəzi feysbuk oxucuları məni öz statuslarında, az tanınmış bir çox yazarlar isə məqalələrində məşhurlaşdırıblar və əlbəttə, bu mənimçün böyük şərəfdir. Çünki mənim haqqımda tutaq ki, Cavanşir Yusiflinin yazması böyük əhəmiyyət kəsb etməz, amma Anar Musayevin yazması böyük məmnunluq gətirər. Anarın yazdığı hər halda daha səmimi olar. Bəlkə düşünürsünüz ki, mən təriflənməyimi istəyirəm, bəziləri kimi ölürəm ki, mədh etsinlər, ya da bəzi üzdəniraqlar iftira atacaqlar ki, mənim təriflənməli bir cəhətim yoxdur. Yox, heç də hər şey pis deyil. Mən başqalarının nümunəsinin ardınca getmirəm, ürəyimə yatmayan mövzulardan milyon da versələr yazmıram, ancaq minnətdar olduğum nəsnələrdən yazıram. Bizim yazarlar kimi də ağlıma nə gəldi yazmıram, oxuduqlarımdan sitatlar gətirib, xalqı çatdırılmasını vacib bildiyim, onun anlayışı belə olmadığı məsələləri seçib, saf-çürük edib göstərirəm. Bunu plagiat da adlandıra bilərsiniz, elmi iş də, maarifləndirmə projesi də, öz işinizdir, əsas odur ki, professional oxucu kimi vacib bildiyim işlə məşğul oluram.
-Siz özünüzü intellektual hesab edirsinizmi?
-Lev Qumilyovdan soruşanda “Siz ziyalısız?” demişdi: “Yox, mən özümü ziyalı hesab etmirəm, Allah uzaq etsin, indiki ziyalılıq özü bir dini sektadır, xarakterik cəhətləri budur: heç nə bilmirlər, heç nə bacarmırlar, amma nə barədə olsa mübahisəyə girişirlər və qarşı fikri qətiyyən qəbul etmirlər”. Hərgah onu da bilirəm ki, bəzi poklonniklər istəyir həmişə onlayn olub, heç vaxt netdən çıxmayım. Təvazökarlıqdan uzaq olsun, Azərbaycanda yeganə iveroloqam. Yeganə adamam ki, əhalinin 1906-cı il siyahıyaalınması məndə var. Kənd-kənd, şəhər-şəhər kimin hansı genetikadan olduğunu bilirəm. Dəqiq deyə bilərəm, məsələn, kimin babası 200 il əvvələ kimi hansı millətin familiyasını daşıyırdı, indi dönüb necə azərbaycanlı oldu. Azərbaycandilli internetin ən güclü, ən intellektual, ən yüksək informasiya tutumlu 9 yazısı məndə vardır, istəyənlərə elə burdan təqdim edə bilərəm. Şahımız İsmayıl demişkən, həqiqət bir gizli sirrdir, tuta bilirsən, gəl bəri! Mənim Azərbaycanda indi qəbul edilən ənənəvi elmlərə heç bir dəxlim yoxdur, mən həm antropologiya, həm etnologiya, həm də biologiya sahələri ilə məşğulam, nəzəriyyələrimin də populyar olmasına səbəb budur. Bax bizdə antropososiologiya mütəxəssisi yoxdur, bu elmin təkamülünə də imkan verilmir, çünki onda məsələn, kürdlərin bizdən fərqli antropologiyaya məxsus olduğu üzə çıxardı. Dəfələrlə demişik ki, Tatyana Qraçeva, Duqin, professor Stoleşnikov, Konstantin Petrov, Jdanov, Proxanov, Aleksey Trexlebov, Leonid İvaşov, Nikolay Levaşov, Maksim Şevçenko, Konstantin Sivkov, Evqeniy Novikov, Serqey Sall, Qalina Çaryova, Qeorqiy Sidorov, Starikov, Panarin, Fyodorov, Yulius Evola, Yurgen Elzesser, Loran Lui, Eduard Xodos, Devid Ayk, Devid Dyuk, Aleks Cons, Naom Çomski, Heydər Camal, Nasir Purpirar, Əliəkbər Raefipur, Alparslan Kuytul kimi dünyaca ünlü adamlar haqda bizdə yetərincə məlumatlı deyillər. Bu adamların hamısının yutubda videoları var, tapın baxın öyrənin savadlanın. Qoy azərbaycanlıya qoyun deməsinlər! Novosibirskin 1-ci kurs tələbəsinin bildiyi adi detalları bizdə politoloq alim belə bilmir. Biz öz doktrinamızı hazırlamışıq. Ümumi olaraq, biz Azərbaycan Antiqlobalist Cəbhəsini təmsil edirik. “Antiqlobalist manifest” adlı kitabım bu yaxınlarda işıq üzü görəcək. Statuslarımızda doktrinamızın detalları göstərilir.
-Niyə televiziya verilişlərinə dəvəti qəbul etmirsiniz?
-Əvvəla nə televiziya verilişlərinin səviyyəsi, nə də auditoriyası bizi qane etmir. Təvazökarlıq görünər, yəqin ki bunu hiss edərsiz. İkincisi, mənim nitq qabiliyyətim yoxdur. Məsələ burasındadır mən vaxtilə güclü plagiatçı olmuşam. Elə indi də əlimə düşdükcə yaxşı mətnləri oğurlamaq şansını əldən buraxmıram. Nitq qabiliyyətimin olmaması o demək deyil ki, yazı qabiliyyətim də yoxdur və bəziləri elə fikirləşir, guya bunlar bir-biri ilə əlaqəlidir. Xeyr. Qədim müqəddəs kitablarda görə, plagiat Allah tərəfindən nemota- nitq qabiliyyətinin itməsi ilə cəzalandırılır. Min illər qabaq mövcud olmuş Atxarvan və Anqiraslar göstərir ki, hər günah əməlin bir cəzası vardır, məsələn, şər atmağa meylli adamın ağzından həmişə iy gəlir, nuru söndürənin bədəni əyilir, canlı zərər yetirən adam xəstəlik tapır və sair. Fikir oğurluğunun cəzası da danışa bilməmək, fikirlərini nitqdə istədiyin formada çatdırmağı bacarmamaqla nəticələnir. Söz oğurluğuna görə Allah insanı nitq qabiliyyətini itirməklə cəzalandırır. Bu cəhətdən biz plagiatçılar Mumunun Gerasimi tək zəlilik,- əməllərimizə görə cəza çəkirik.
-Bəs bu günahı necə yumaq olar? Məncə o qədər də böyük günah deyil axı...
-Ərdəbilin yanında Səhreyn adlı kurort yeri var, ordakı hovuzlara müqəddəs Savalan dağından kükürdlü sular axır, həmin sularda çimməklə nəinki bu, elə hər günahı yumaq olar. Bunu sənə mən deyirəm... İsti havada torpaqda ayaqyalın gəzin. Suyu bir qabdan başqa qaba 40 dəfə dalbadal tökün, bu sizə enerji verəcək. Youtube.com-da Mantra isçeleniya yazıb tapın. O mahnıya qulaq asın, müalicəvidir, həyat enerjinizi artıracaq və xırda neduqlarınızı çıxaracaq. Sağlamlıq və təmizlənmə ilə bağlı bir çox detallar var ki, onlar da gələcək “Türkəçarə” kitabımızda öz əksini tapacaq.
Hazırladı: Vüqar Mirzəyev

Комментариев нет:
Отправить комментарий