Günel Mövlud
Hörmətli erməni xalqı! Mən 1993-cü ildə doğulub-böyüdüyüm Cəbrayıl rayonundan köçkün düşmüşəm. Qarabağ müharibəsində evimizi, uşaqlığımı itirmişəm. Bu müharibə mən də daxil olmaqla, minlərlə yaşıdlarımın səfil, didərgin uşaqlıq yaşamasına, zəif təhsil almasına, ya da heç almamasına, hələ də davam edən köçəri həyat yaşamasına səbəb oldu. Müharibənin mənə və yaşıdlarıma təsiri barədə çox danışmaq və uzatmaq istəmirəm. Dünyada bütün qaçqınların taleyi aşağı-yuxarı eyni olur.
Amma yaşadığım səfil və didərgin uşaqlığa, çəkdiyim məşəqqətlərə baxmayaraq, mən sizi öz qarşımda deyil, özümü sizin qarşınızda günahkar bilirəm. Amma bu barədə bir az sonra…
Yəqin ki, dünyada bir-birinə bu qədər, yəni sizinlə bizim kimi oxşayan başqa iki millət tapmaq çətindir. Əgər din fərqimiz olmasaydı, bizdən rahatca erməni, sizdən rahatca azərbaycanlı çıxardı. Biz erməni olub, tarixi ağrılarımızı dünyaya bəyan edər, qədimliyimizlə fəxr edər, siz isə doqquz iqlim qurşağı, muğam, milli mentaliletlə öyünərdiniz. Həmçinin, illərdir ölkələrimizin, xalqlarımızın yaşadıqları, bu yaşananların qurbanları və cəlladları da bir-birinə çox oxşayır.
Mən öz cəlladlarımızdan başlamaq istəyirəm. İyirmi ildir ki, Azərbaycan xalqı Naxçıvan və İrəvan Azərbaycanlılarından ibarət klanların əlində aciz qalıb. Sözün əsl mənasında ölkədə klan hakimiyyəti hökm sürür. Xalq hökmranlıq gücünü məhz region mənsubiyyətindən alan iri və xırda çaplı məmurların, ziyalıların əlində oyuncağa çevrilib. Prezidentindən tutmuş, xırda məmuruna, ziyalısından tutmuş ictimai fəalına qədər öz yerlibazlıqlarını gizlətmir, hətta bununla öyünürlər.
AzTv adlı kahin məbədinin çəkdiklərinə fikir verin. Prezident bölgələrə səfər edəndə demək olar ki, bütün rayonların icra başçıları prezidentdən bir neçə addım arxada yeriyir, yalnız o çağıranda əyilə-əyilə qabağa gəlməyə cəsarət edirlər. Amma hər dəfə Naxçıvana səfəri zamanı prezident Vasif Talıbovla qucaqlaşıb, öpüşür. Mehriban-mehriban danışırlar. Xarici müşahidəçilərin sözlərinə görə, prezident ona Talıbov barədə tənqid deyən adamların sözünü yarımçıq kəsir. Vasif Talıbov adlı adam müzakirə olunmur. Vəssalam.
Deyə bilərsiniz ki, prezidentiniz orda özünə balaca Şimali Koreya hazırlayır. İşdi-şayət (hərçənd ağlım kəsmir) xalq oyanıb, qalxıb-eləsə, Naxçıvanı ölkədən ayırıb, orda özünə yüngülvari xanlıq qursun deyə. Amma deyək ki, bu belədir. Bəs, Əkrəm Əylisli məsələsi?
Əkrəm Əyəlisliyə böyük hörmətim, hətta sevgim var. O, bu ölkədə doğrudan da yazıçı adlanacaq tək-tük adamlardan biridir. Öz nəsli arasında isə yeganə yazıçıdır. Əsl qələm adamıdır. Amma bütün hörmətimə rəğmən, əminəm ki, Əylislinin «Daş yuxular» əsərini ancaq onun naxçıvanlılığına bağışladılar. Gəlin səmimi olaq. O əsəri başqa yazıçı, məsələn, Elçin, Anar, Seyran Səxavət yazsaydı, onu məhv eləmişdilər. O yazarın aqibəti dəhşətli olardı. Amma Əkrəm müəllimin sadəcə adlarını, titullarını-zadı alıb, rahat buraxdılar. Ətini yedilər, sümüyünü atmadılar. Xalq da bir az atlanıb-düşdü, sonra sakitcə oturdu yerinə.
Söhbət ziyalılardan düşmüşkən, naxçıvanlı söhbətini eləməyi o bölgədən olan heç bir ziyalı da özünə ar bilmir. Ziyalılar, qələm adamları, bu yekə-yekə kişilər yerlibazlıq eləməkdən utanmırlar. Əkrəm Əylisli də, Rüstəm Behrudi də müsahibə verəndə, tədbirlərdə danışanda sevimli yazıçıları kimi ancaq naxçıvanlı yazarların adlarını çəkirlər: Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, M.S. Ordubadi…
Naxçıvan klanının müxalifətə münasibətinə baxaq. Heydər Əliyev yerlisi Əbülfəz Elçibəyin tabutu önündə baş əydi. Elçibəyin ətrafında olanları -Qüdrət Həsənquliyev, Fazil Mustafa, Fərəc Quliyev- hərləyib-fırlayıb, deputat elədilər. Elə rəhmətlik Əbülfəz Elçibəylə yaxın olanlar da, səmimi söhbətlər zamanı onun yerlipərəst olduğunu etiraf edirlər. Zatən yerlibazlığının nəticəsi də göz qabağındadır. Çətinə düşəndə hakimiyyəti əqidədaşlarından birinə deyil, keçmiş KQB generalı Heydər Əliyevə təhvil verdi. Niyə? Sadə bir səbəbə görə. Heydər Əliyev naxçıvanlı idi…
İş o yerə çatıb ki, insanlar kim, nəçi olmağından asılı olmayaraq, onları regionlarına görə qiymətləndirirlər. Məsələn, bir naxçıvanlı ziyalı, ya da müxalifətçi barədə onun necə adam olduğunu soruşurlar. Deyirsən ki, yaxşı adamdı, səmimidi, ona inanmaq olar. Amma insanlar inanmırlar. Şübhə edirlər onların səmimiliyinə. Çünki bir və ya bir neçə adamın bütün bir regionun adını təmizə çıxarmağı, inam qazandırmağı, günahını yumağı mümkün deyil.
Bu klanlar 20 ildir ki, xalqı öz istəklərinə, ovqatlarına uyğun idarə edirlər. Xalq onların istənilən həqarətlərini, harınlıqlarını rahatlıqla qəbul edir. Qəbul etməyənlərin, səsini çıxarmaq istəyənləri ya olmazın işkəncələrə məruz qoyur, ya da elə yollarla ələ alırlar, susdururlar ki, hamısı quzu balasına dönür.
Onlar 20 ildir ki, xalqın ən pis xüsusiyyətlərinə, ən idbar şeylərə yatırım edirlər. Bir tikə çörək üçün bütün təhqirlərə dözməyə məcbur edirlər. Xalqdan daha müti qul, daha itaətkar və ağasına minnətdar kölə düzəltmək üçün onun təhsilini bərbad günə qoyur, kitabı, elmi, alimi, yazıçını kasıb, səfalət içində yaşamağa məcbur edərək, gözdən salırlar.
Xalqın kitabını əlindən almaq, onun təhsilini bərbad günə qoymaq, savadsızlığına yatırım etmək ancaq öz xalqına ürəkdən nifrət edən hakimiyyətlərə xasdır. İlahi, insan da öz xalqına bu qədər nifrət edərmi? Axı heç bir xarici işğalçı bu xalqa qarşı belə qəddar davranmayıb, onu belə təhqir etməyib, belə alçaltmayıb!
Çox uzağa getmədən, elə yaxın tarixdəki Sovetləri götürək. Çox adam çox söz deyə bilər. Amma ortada danılmaz fakt var. Ruslar işğal elədikləri bütün xalqlar kimi, bizim də əlimizə kitab verdilər. Ölkədə orta məktəbi olmayan bir dənə də olsun, kənd qalmadı. Nə qədər xarici ədəbiyyatı dilimizə tərcümə elədilər. Rus dilini öyrənən nə qədər azərbaycan yazıçısı klassikləri dilimizə bu dildən tərcümə etdilər. O tərcümələrin keyfiyyəti mübahisə doğura bilər. Amma biz onların sayəsində neçə-neçə əcnəbi yazarlardan xəbər tutduq. Az da olsa, kəndlərdə ədəbi jurnallaar abunə yazılıb, hansısa əsəri hissə-hissə oxuyan kənd müəllimləri, ziyalıları vardı. Əhalinin yüz faizi yazıb-oxumaq bacarırdı. Bu gün də azdan-çoxdan söz deyə bilən, yazan, ya da bir az mütaliəsi olan adamların əksəriyyətinin təhsili sovet dövründən qalma təhsildir.
Amma bu günümüzə baxaq. Cənub və aran rayonlarında qızların əksəriyyəti orta məktəbə getmir. Hər il ali məktəblərə qəbul olunan abituriyentlərin sayı sürətlə azalır. Oxuyub-yazma bilməyən insanların çoxalmağı adi hal sayılır. Total savadsızlıq, cəhalət baş alıb gedir. Bu yaxınlarda mobil operatorlardan birinin xidmət ofisində çalışan bir tanış dedi ki, düz 20 dəqiqə bir gəncə vergülün nə olduğunu başa salmağa çalışıb. «Quyruqlu nöqtə» kimi izah etməyə çalışanda isə məlum olub ki, gənc heç nöqtənin də nə olduğunu bilmir. Qısacası, vəziyyət budu.
Sizin də dərdiniz aşağı-yuxarı eynidi. Siz də xalq olaraq, qarabağlı klanının əlində aciz qalmısınız. Ölkənizdə kasıblıq, səfalət baş alıb gedir. Minlərlə ermənini Qarabağ torpaqlarında əsir kimi saxlayırlar. Heç bir infrastrukturu, mədəni mühiti, rahatlığı olmayan rayonlarda fağır erməniləri tarix, ideya, milli maraq əsiri edib, zorla saxlayırlar. Çünki Qarabağda ermənilərin yaşadığını göstərməlidirlər. İnsanlar isə o torpaqlarda ancaq Böyük Ermənistan ideyası naminə yaşayırlar. Əllərində olsa, o fağır ermənilər həmin kimsəsiz, adamsız, yayda bir, qışda min problemi olan yerlərdən böyük şəhərlərə köçər və normal insan həyatı yaşayarlar.
Xalq olaraq çəkdiklərinizi uzun-uzadı sadalamaq istəmirəm. Öz dərdinizi məndən yaxşı bilirsiniz. Sadəcə istəyirəm biləsiniz ki, biz sizi də başa düşürük. Xalq olaraq yaşadıqlarımızın eyni olduğunu, eyni adamlara ürcah olub, eyni motivlərlə idarə olunduğumuzu anlayırıq.
Xalqlarımızın bir-birilərinə qənim kəsilən, bir-birilərini tonqalda bişirib yeyən düşmən qəbilələrə çevrilməməyi, tarixdə vəhşi xalqlar kimi qalmamağımız, münasibətlərdəki gərginliyin heç olmasa, bir qədər azalmağı naminə, erməni və azərbaycanlı ziyalılar susmamalıdırlar. Bu çətin, gərgin illərdə hər iki xalqın ziyalıları bu düşmənçiliyin, nifrətin əlehyinə çıxmalıdır. Bacardıqları qədər həqiqəti car çəkməlidirlər. Lazım gələndə öz xalqlarının, yerlilərinin törətdikləri cinayətlərə görə bir-birindən üzr istəməyi bacarmalıdırlar.
Mən bu addımı ilk atanlardan biri olmaq istəyirəm və qarabağlı ermənilərin öz xalqının başına gətirdikləri oyunlara, zülmə, çəkdiyiniz məşəqqətlərə, yaşadığınız iztirablara görə bir qarabağlı kimi sizdən üzr istəyirəm! Hərçənd, təkrar edirəm ki, bir nəfərin öz regionunun günahını tək yumağı, təkbaşına bir regionu təmizə çıxarmağı mümkün deyil…
meydan.tv

Комментариев нет:
Отправить комментарий