“Dənizi niyə hasarlamısız, sizi oğurlamayacaqlar ki...”
Parlamentin 25 fevral iclasında deputat Zeynəb Xanlarova Nardaran sakinlərinin narazılığını diqqətə çatdırıb.
“Mənim bağım ordadır. Binə yolu ilə gələndə görürəm dənizin qırağında elə evlər tikilib ki, bilmək olmur kimindir. Dənizin qırağında evlər tikib elə hasara alırlar ki, mən dünyanı gəzmişəm, elə hasarlar görməmişəm. Amerikanın Ağ evini gedib görürük. Qarşısında heç bir hasar yoxdur. Elə hasar çəkiblər ki, görəndə insanlar ağlayır, deyirlər bizim əlimizdən hər şeyi alıblar, bəs bu dənizi niyə alıblar əlimizdən? Hasarı çəkmisən, özün bilərsən, onsuz da gəlib səni oğurlamayacaqlar ki.
Bilmirəm kimindir, İsgəndərindir, Cahangirindir, kimin olduğunun mənə dəxli yoxdur. Tikiblər, sağlıqlarına qismət. Ancaq o dənizi xalqın əlindən almaq olmaz. Nə qədər hasar çəkmək olar? Bir var evin həndəvərinə çəkəsən, bunlar elə etməyiblər. Dənizi bütöv hasara alıblar. Bu mənim özümə də xoş gəlmir. Dənizi insanlardan almaq olmaz axı. Allahın xalqa bəxş etdiyi dənizin ətrafın o hasarı niyə çəkiblər?
Onu istəyirlər ki, xalq ayağa qalxıb külünglərlə o hasarları dağıtsın? Mən istəmirəm belə olsun. Biz camaatı güclə saxlamışıq, güclə sakitləşdirmişik. Prezidentə dedim, o da dedi ki, hər şey həll olunacaq. Qaz, işıq problemi həll oldu. İndi bu dəniz məsələsi necə olacaq? O kimin villasıdır? Tikiblər, sonra da dənizi hasara alıblar. Gedib Maştağaya qədər çıxır. Açığını deyim ki, mən qorxuram. Qorxuram ki, camaat ayağa qalxsın. Çünki şikayətlərini mənə deyirlər. Bu Nardaran camaatı mən ölüm-sən ölümə baxmır, ayağa qalxdı, qurtardı. Mən istəmirəm belə şey olsun. Xahiş edirəm, bunu nəzərə alsınlar. Belə bir vəziyyətin olması yaxşı deyil. Mən sözümü dedim. Sabah bir şey olsa, deməsinlər ki, Zeynəb demədi. Qoy Nardaran camaatı eşitsin ki, mən sözümü dedim”, - Zeynəb Xanlarova bildirib.
Deputat Qalib Salahzadə Zeynəb Xanlarovaya cavab verib. O qeyd edib ki, Zeynəb Xanlarovanın nəzərdə tutduğu torpaqların nardaranlılara heç bir aidiyyəti yoxdur: “Həmin hasarlar Bilgəh torpaqlarına çəkilib. İsgəndər deyilən adam vaxtilə gəlib dövlətin pulunu ödəyib, orada torpaq alıb. İndi orada hasar çəkir, gözəllik yaradır və bilgəhlilərin buna heç bir etirazı yoxdur. Mən bir bilgəhli kimi bunu deməliyəm. Nardaran torpaqları isə Bilgəh torpaqlarından sonra başlayır”.
azadliq.info

Комментариев нет:
Отправить комментарий