Dənizi yemək görər, pul görər balıqçı
Dənizə şeir yazar şair
Payızı yapraq-yapraq süpürər küçələrdən süpürgəçi
Payıza şeir yazar şair
Diplomatlar dunyanı qorxudar terrorizmdən
Savaşa hazırlanar əsgərlər
Yürüyər şəhərlərdə savaşa yox- yürüşləri
Savaşa- barışa şeir yazar şair
Səid Mətinpur dustağa düşüb
İllər boyu dustaqda qalar
Səidə- dustağa şeir yazar şair
Nə edə bilərəm ki
Sevgilim yad qucaqlarla sevişər
Sevgiyə- xəyanətə şeir yazaram mən
Şair şeir yazar
Şeir yazar şair
Şeir
Şair şeir yazar
Şeir yazar şair
Şeir
Комментариев нет:
Отправить комментарий