Bəhruz Əlizadə
Martın 1-də Bakının mərkəzi metrostansiyalarından biri olan “28 May” stansiyasının girişinin əsaslı təmirdən sonra açılacağı gözlənilir. Artıq stansiyadakı təmir işləri yekunlaşmaq üzrədir, hazırda girişdə əsasən tamamlama işləri aparılır. Azərbaycan gəncləri isə bu günü özünəməxsusluqla qeyd etməyə hazırlaşır.Məlumata görə, həmin gün Bakıda gənclər “Metroda şalvarsız bir gün” aksiyasını keçirəcək."
Bu xəbər bir azərbaycanlı kimi məni çox sarsıtdı. Hələ bunun baş tutub-tutmayacağı məlum deyil.
Amma artıq bu məsələ mediada işıqlandırılıbsa, deməli, həmin vaxta qədər bu məsələnin adiləşdirilməsi istiqamətində sakinlərə psixoloji hücumlar başladılıb.
Dövlətçiliyimiz bir neçə əsas özül üzərində dayanmaqdadır ki, onlardan biri də milli-mənəvi və dini dəyərlərimizin qorunub saxlanılmasıdır. Bu formada aksiyaların keçirilməsinə nə bizim milli mənəvi dəyərlərimiz, nə də dinimiz icazə verir.
Biz dedik, qərbə inteqrasiya edib Qərbdən bizim mənəvi dəyərlərə uyğun olan yaxşı şeyləri götürək. Amma nədənsə millətimiz inteqrasiyaya çox pis başladı. Bunun səbəbini bilavasitə dövlətin məsul şəxslərində görürəm. Məmləkətdə "Hər şey Avropa standartlarına uyğun olmalıdır" deyən bəzi məmurlar bizim milli-mənəvi dəyərlərimizi də bu standartlara uyğunlaşdırmağa çalışır. Geyparad, cinsi azlıqların müdafiəsi nə bilim daha nələr və nələr. Axı nəyə görə bu standartlar bizi qeyrətsizləşdirməli və mənəviyyatımızı kölgə altına salmalıdır?! Axı kim təyin edib bu standartları? Mənəvi dəyərlərimizi bir kənara tullayıb, Qərbin mənəviyyatsızlıq qəlibinə girmək bu qədərmi mühümdür bizim üçün? Belə səviyyəsiz və dövlətçiliyimizin özüllərini tərpədən aksiyalara dəstək verənlər isə bilavasitə bu vətənə, bu millətə xəyanət edən kəslərdir. Bu gedişlə fahişəliyi də rəsmiləşdirəcəklər. Onsuzda səviyyəsiz və mənəvi dəyərlərimizi terror edən film və seriallarla gəncliyin beynini əməlli başlı yuyub, bu istiqamətə sarı yönəldiblər. Rəhmətlik Baba Pünhan demişkən, artıq məmləkətdə "ərli də ərsiz də bir həvəsdədir". Bəs deyirdiniz "Gənclər Azərbaycanın gələcəyidir?!". Bu gedişlə Azərbaycanı şalvarsız gələcək gözləyir.
islamaz.com

Комментариев нет:
Отправить комментарий