27.02.2014

Rafael Həbiboğlu - VAR.

Dərdləri özünə dərd eləmə gəl,
Dərdlərin ayaqlı-əlli yolu var.
Dağa dırmaşmağın bir yolu varsa,
Dağdan düşməyin də əlli yolu var.

Çox da ki, fanilər başda gəzirlər, 
Diş də sındırırlar, baş da kəsirlər.
Haqqın divanında çözülür sirlər,
Haqqa tapınmağın bəlli yolu var.

Yol gedər kəfənə sarı bələklər, 
Durna qatarından yağar lələklər.
Savabı-günahı yazar mələklər,
Hər bir müşgül işin həlli yolu var...

Комментариев нет:

Отправить комментарий