Rizvan Şıxızadə
İnsanı tamahı hörmətdən salar
Fələk verdiyini əlindən alar
Nə pislik dünyada cəzasız qalar
Nə də ki yaxşılıq itər Obama
Yetər bu haqsızlıq yetər Obama
Ey əhli-müsəlman gör nə haldasan?
Şeytana uymusan, əyri yoldasan
Sapı özümüzdən olan baltasan
Buşdan, Klintondan betər Obama
Yetər bu haqsızlıq yetər Obama
Hindulara divan tutan İngilis
Bir xalqı məhv edib, çatan İngilis
Zəncini qul edib satan İngilis
Sənə de yetirər xətər Obama
Yetər bu haqsızlıq yetər Obama
Veytnam torpağında ahu-fəqan var
Əfqan çöllərində qara duman var
Bağdadda, Hələbdə dava var, qan var
Haçan bu rəzalət bitər Obama?
Yetər bu haqsızlıq yetər Obama.
Olmaz ədalətin əksinə getmək
Adi qarışqanı belə incitmək.
Səlib yürüşünə başçılıq etmək
Sənə tapşırılıb rəhbər Obama
Yetər bu haqsızlıq yetər Obama
Doğru söz şairi gözdən salsa da
Zülmün havasını zaman çalsa da
Rizvanam, həqiqət acı olsa da
Yazmasam imanım itər Obama
Yetər bu haqsızlıq yetər Obama
İnsanı tamahı hörmətdən salar
Fələk verdiyini əlindən alar
Nə pislik dünyada cəzasız qalar
Nə də ki yaxşılıq itər Obama
Yetər bu haqsızlıq yetər Obama
Ey əhli-müsəlman gör nə haldasan?
Şeytana uymusan, əyri yoldasan
Sapı özümüzdən olan baltasan
Buşdan, Klintondan betər Obama
Yetər bu haqsızlıq yetər Obama
Hindulara divan tutan İngilis
Bir xalqı məhv edib, çatan İngilis
Zəncini qul edib satan İngilis
Sənə de yetirər xətər Obama
Yetər bu haqsızlıq yetər Obama
Veytnam torpağında ahu-fəqan var
Əfqan çöllərində qara duman var
Bağdadda, Hələbdə dava var, qan var
Haçan bu rəzalət bitər Obama?
Yetər bu haqsızlıq yetər Obama.
Olmaz ədalətin əksinə getmək
Adi qarışqanı belə incitmək.
Səlib yürüşünə başçılıq etmək
Sənə tapşırılıb rəhbər Obama
Yetər bu haqsızlıq yetər Obama
Doğru söz şairi gözdən salsa da
Zülmün havasını zaman çalsa da
Rizvanam, həqiqət acı olsa da
Yazmasam imanım itər Obama
Yetər bu haqsızlıq yetər Obama
Комментариев нет:
Отправить комментарий