22.02.2014

Bəhruz Əlizadə vahhabi mollasının cavabını verdi

Bu yazını faliyyətləri dönəmində İranı təbliğ edən Elşad Miriyə həsr edirəm. Bu "ilahiyyatçı" hansı məsələdə İran adı çəkilirsə, məsələni araşdırıb kökünə çatmadan bu ölkəni tənqid və təhqir etməyə başlayır. İcazə ver şübhələnək?! Çünki tarix boyu bir çox ölkələr özünü məhz anti-təbliğatla tanıtdırıb. Bəlkə sən də İran kəşfiyyatının məmləkətdəki simasısan?! Bu ölkəni tənqid etməklə əslində onun tanıtdırılması və təbliği ilə məşğulsan ?!
Mən bilmirəm ki, məsələlərin kökünü araşdırmadan və gedişatdan tam xəbərsiz olan bu "ilahiyatçı" hansı əsasla camaatı ittiham edir?! Keçirəm bu fırıldaqçı mollanın arqumentlərinin rəddinə:

1.“Hansı ərazidə hansı dini kəsiminin üstünlüyə malik olduğunu deyə bilmərəm. Bunu əgər ediblərsə, sorğu aparan qurumlardan soruşmaq olar".
Məmləkətin yarıdan da çoxunun Cəfəri (Şiə) kəsim təşkil etdiyi halda bu molla guya kimin üstünlük təşkil etdiyini bilmir. QMİ-yə yaxud da DQÜDK-nə müraciət etsin, bu statistik göstəricini təqdim etsinlər ona.
2. "Mən videolarda da izlədim ki, orada Həzrəti Abbas və s. kimi şüarlar oldu. Bu kimi səsləndirmələr İslamın mahiyyətinə ziddi. Çünki Allahdan istənilməli olan məsələləri dinlə bağlı olan hər hansı adamdan istəmək haram olan məsələdi".
Aksiyaya toplaşanlardan bir nəfərin Həzrəti Abbasın adını hadlandırması ondan nəsə istəmək anlamına gəlmir, cənab Miriş. Onlar istədiklərini dövlət rəsmilərindən istəyirlər. Bəlkə buna da şirk və haram deyəsən?! Oturub evlərinin sökülməsinə tamaşa etsinlər və heç kimə etiraz edib heç bir dövlət rəsmisindən heç nə istəməsin  ki, bu şirkdir. Allah evimizi tikəcək siz söksəz də?! Bir də ki, nə vaxtdan Allah övliyalarını çağırıb onlara təvəssül haram olub?! Sənin kimi əqidəsizlər və sələfi-vəhhabilərdən başqa bu işi şirk və haram sayan islam məzhəbi yoxdur. Nəyəsə baxanda diqqətlə bax ki, sabah öz əleyhinə işlədilməsin.
3."İnsanların bu cür etiraz etməsinə gəlincə isə İslamda belə üsyan etməzdən öncə məsələni həll edə biləcək başqa formalar var. İslamda yolun bağlanmasına səbəb olmaq doğru qəbul edilmir".
Misir, Tunis, Liviya, Türkiyə və s. müsəlman ölkələrində baş verən qiyamlarda camaat bu kimi etiraz etmişdilər. Niyə məhşur "Əl-Əzhər" universitetinin fətva şürası belə aksiyalarda yol kəsməyin və buna bənzər işlərin qeyri-islami olması barədə bir fətva vermədi? Yoxsa sən özünü sünnü aləminin elm ocağı sayılan bu universitetin alim heyyətindən də savadlı hesab edirsən?! Bir də ki, bu üsyan deyil, məmur öz başınalığına etirazdır, cənab molla.
4."Bu məsələyə hansısa din xadiminin qızışdırıcı fikir səsləndirilməsi ümumiyyətlə, qəbul edilməzdi. Çünki dindən danışan insanlar qızışdırıcı deyil, əksinə sakitləşdirici, birləşdirici olur".
Axı hansı din xadimi bu msələlərlə bağlı çıxış edib camaatı etiraza səsləyib ki, sən bu məsələdə din xadimlərini ittiham edirsən? Məqsədin Hacı Şahin Həsənlidirsə, bu məsələ iftira və ağ yalan çıxdı. Sənsə öz arqumentlərini yalanlar üzərində qurmağa yaman adətkərdəsən. Əslində bu irad elə sənin özünədir, çünki sənin bütün çıxışların dini kəsimdə aqresiyaya səbəb olub.
5."Burada həqiqətən haqsızlıq varsa, rəsmi şəkildə müəyyən addımlar atılmalı, məhkəmələrə müraciət edilməlidi".
Hadisələri diqqətlə izləsəydin bilərdin ki, "Sovetski"nin Ağsaqqallar şurası məhz məsələnin rəsmi və qanuni yolla həll edilməsini tələb edirlər. Qınadığın və adını üsyan qoyduğun bu aksiyanın özü belə qanun çərçivəsini aşmır. Hamının qanunvericiliyə müvafiq olaraq azad toplaşma və aksiya keçirmək hüququ var, ay Miriş. Bu məsələyə soyuqqanlı yanaşan polis əməkdaşlarının rəftarı da bu işin qeyri-qanuni və dövlət üçün təhlükə xarakteri daşımadığına dəlildir. 
6."Kimsə dindarlardan istifadə edib bunu dini sferaya qaldırmaq istəyirsə, bu qəbuledilməzdi".
Özün kiminsə siyasət alətinə çevrildiyin halda dindarlardan istifadə olunmasını tənqid edirsən?! Evi sökülən "Sovetski" əhalisinin arasında dindar da var, qeyri-dindar da. Sən hansı məntiqə əsaslanıb orda ancaq dindarlaın olduğunu iddia edirsən?! Əslində sən belə çıxışlarınla dindarları öz mənfur yiyələrinin siyasət oyuncağına çevirmək istəyirsən.
7.Belə aksiya keçirənləri İrana bağlı olmaqda ittiham etmək gülüncdür. Əvvəla bax Qərb ölkələrinə. İtaliyada, Ukrainada, Fransa da və s. demokratik ölkələrdə də belə aksiyaların keçirilməsinə səbəb İrandır?! Digər ətərfədn də sünnilərin adından danışıb onlara böhtan atma. Sünnü aləminin Ömər Muxtar kimi İtaliya müstəmləkəçiliyinə qarşı vuruşan fədaisi olduğu halda, sən necə "heç bir sünni bu işi görməz" deyirsən?! Bəs Tunis, Liviya, Fələstin, Türkiyə, hətta Suriyadakı sünnülər belə sənin tənqid etdiyin və qeyri-İslamı saydığın etirazları edir.
8.Səkkizinci arqument yadına düşsə deyərsən onu da rədd edərik.
9."Bu məsələni araşdırıb, düzgün mütaliə edib sonra insanlara çatdırmaq daha düzgündü".
Bu iradı sənin özünə etmək lazımdır ki, heç bir şeyi doğru düzgün araşdırmadan həm din adına yalan danışır və həm də camaatı ittiham edirsən.
10.Bu əqidə və halınla ancaq sənin hidayət olunmanı arzu edirəm.
Bir də əlavə edim ki, Azərbaycanın din xadimləri elə səviyyədədirlər ki, nəsə addım atmaq lazım gəldikdə  kiminsə təsiri altına düşüb kimdənsə xəbər gözləmirlər. Və sənin kimi kimlərinsə oyuncağına çevrilib dini, milli-mənəvi dəyərləri, müstqəilliyimizi təhdid edəcək addımlar atmayacaqlar. 

islamaz.com

Комментариев нет:

Отправить комментарий