Tural Sahab
Yaşlı at arpa yeməzmi?
Bu misalı uyduran millətim, o arpa dediyin, həyatını söndürdüyün gənc qızlarındır.
Bu əsr , fikirimcə qadınların hüquqlarının ən çox pozulduğu əsrdir. Kişiyə hər şey olar, kişi hər cürə əxlaqsızlığı edər, sonra da evlənməyə təmiz qız axtarar.
Kişi gedər başqa bir ölkəyə işləməyə, yaşı çatar 45- ə bunun yadına düşər ki, evlənmək, nəsil artırmaq, yaşlı ana – atasına baxmaq üçün bir qadın lazımdır. Qayıdıb gəlir vətənə. Ata – anası bunun üçün bir qız tapır, toy edirlər. Bu da gərdəkdəki qan qurumamış qayıdır gəldiyi yerə. İndi bu qadın, bu bəxtsiz gəlin ölənə qədər həyatını məhv etməyə məhkumdur.
Sevib, sevilməyi demirəm, bu qadının yaşamağa haqqı yoxdurmu?
Gələk başqa bir məsələyə. Bu yaşlı kişilərin gənc qızlara olan “sevgisinə”. Adamın yaşı çatıb yetmişə, Allah rəhmət eləsin həyat yoldaşı da gedib rəhmətə. Bu baba da düşüb gənc qadın eşqinə. Ya gedib boşanmış, ya da daha betər, gənc qızla evlənmək istəyir. Ömrünün sonlarında macəra yaşamaq istəyən bu qoca niyə kiminsə həyatını məhv etmək istəyir görəsən?
Bu son zamanlarda gördüklərim, eşitdiklərim məni çox incidir.
Adam yazardır, ya da başqa bir peşənin sahibi. Yaşı da bir xeyli artıb, insan bir ağsaqqal kimi ona hörmət edir. Ağaran saçlarına baxıb ölümü xatırlayır. Bir də nə görürsən, bu hörmət etdiyin ağsaqqal, sayqı duyduğun insan dostluğunda olan qızların birinə eşq elan edib. Gəl də sən bunun ağaran saqqallarına söymə.
Bax, belə insanların yaşının artması onları insan etməyə bəs etmir. “Gənclər yaşlılardan daha əxlaqlı, daha tərbiyəlidir”. Bunu mənə bir xanım dostum demişdi.
Demək ki, hələ ümid etməyə, yaşamağa dəyər. Heç olmasa normal insani dəyərlərə malik bir nəsil yetişir.
Şərq qadına hər zaman bir yarım insan, bir vasitə kimi baxıb nə yazıq ki.
Qadın bir əyləncə, kişilərin ehtirasını söndürən bir “ət parçası” - ndan başqa bir şey olmamışdır heç vaxt. Bu keçmişdə də belə idi, indi də nə yazıq ki, belədir.
Ən çox uşaq gəlinin olduğu yer Şərq, çox arvadlılığın olduğu yer Şərq. Qadının ağzının qönçəyə, kişi cinsi orqanın qələmə bənzədiyi, özü də şeirlərdə yenə şərq.
Qadını arpaya bənzədən, kişiləri at olan şərq.

Комментариев нет:
Отправить комментарий