ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) “kölgəsi” hesab olunan “Stratfor” özəl kəşfiyyat şirkətinin prezidenti Corc Fridman Bakıda xəlvəti səfərdə olub. Virtualaz.org saytı bu barədə C.Fridmanın rəhbərlik etdiyi təşkilatın saytına istinadən xəbər verir. Ona görə xəlvəti ki, C.Fridmanın Bakıda səfərdə olduğu barədə informasiya ictimaiyyətə açıqlanmayıb və onun Azərbaycan rəsmilərindən kimlərlə görüşdüyünə dair hansısa məlumat yoxdur. Hərçənd ki, Fridman Bakıdan qayıdandan sonra “Stratfor” mərkəzinin saytında Azərbaycana qarşı Rusiya və İran təhlükəsinə dair geniş məqalə ilə çıxış edib.
C.Fridman Bakıya əvvəllər də səfər edib və adətən onun səfərləri barədə heç vaxt indiki kimi informasiya qıtlığı olmamışdı.
Ancaq “Stratfor” mərkəzinin Fətullah Gülənin Azərbaycanda o cümlədən yüksək hakimiyyət dəhlizlərinə qədər gedib çıxa bilmiş şəbəkəsinə gizli dəstəyinin (bu barədə virtualaz.org və haqqin.az saytlarının araşdırmalarında ətraflı bəhs olunub) üzə çıxmasından sonra C.Fridmanın Bakıya xəlvəti səfər etməsi xüsusi maraq doğurur.
Bəs Fridman məqaləsində nə yazır və onun Bakıya indiki səfərinin məqsədi nə olub?
Məqalədən hər iki suala cavab tapmaq mümkün olur. Belə məlum olur ki, C.Fridman mayın 9-da Qələbə gününün qeyd olunduğu vaxtda Bakıda olub və Dənizkənarı parkdakı atəşfəşanlığı da izləyib.
Sitat: “Mən Azərbaycanda ölkənin Qələbə Gününü, keçmiş Sovet İttifaqının varis-dövlətlərinin İkinci dünya müharibəsində Almaniyanı məğlub etməsinin ildönümünü bayram etdiyi bir vaxtda oldum. Bu müharibədə nə qədər sovet vətəndaşının həlak olduğunu heç kim dəqiq bilmir, ola bilsin 22 milyon. Rəqəmlər müxtəlifdir və özündə Rusiyanın həm bacarıqsızlığını, həm möhtəşəmliyini əks etdirir. Mən bu sətirləri yazanda fişənglər Xəzər dənizinin üzərində uçuşurdu. Uzun və mürəkkəb pirotexnika səsi sanki artelleriya hazırlığını xatırladırdı. Bu səslər həm də Bakının nasist-sovet müharibəsində Bakının ən mühüm yerlərdən birini olduğunu xatırladır”.
C.Fridman bu ildönümün Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin doğum günü ilə təxminən eyni vaxta təsadüf etməsini “ən azından simvolik” adlandırır. Bildirir ki, Bakı yenə də strateji əhəmiyyət kəsb etməkdədir, xüsusən də neftinə görə...
“Mənim bu səfərdə məqsədim ayrı-ayrı Avropa ölkələrinin Rusiyadan qaynaqlanan təhdidləri nə dərəcədə hiss etdiyinə dair təsəvvürlərə malik olmaq, əgər bu təzyiqlər varsa, onun səviyyəsini və bu ölkələrin daşıya biləcəyi riskləri araşdırmaq idi” - deyə Fridman yazır.
MKİ-nin “kölgəsi” əlavə edir ki, Avropa deyəndə Türkiyə və Qafqaz regionunu da ora aid edir.
“Daha da mühüm olanı budur ki, Rusiyanı blokadaya almaq strategiyasını onun cənub cinahını bura daxil etmədən təsəvvür etmək mümkün deyil” - deyə C.Fridman Cənubi Qafqazın Qərbin anti-Rusiya strategiyası üçün nə dərəcədə mühüm olduğunu xatırladaraq yazır.
Fridman əlavə edir ki, Rusiyaya qarşı sanksiyalar nə vaxtsa götürüləcək və bu mühüm həqiqəti heç vaxt yaddan çıxarmaq olmaz: Rusiya iqtisadi baxımdan həmişə kasıb olub. Ancaq o, böyük imperiya yaradıb və Hitlerə, Napoleona qalib gəlib.
“Rusiyanın iqtisadiyyatını dağıtmaq mümkün ola bilər, ancaq bununla Rusiyanın hərbi gücünü heç vaxt dağıtmaq mümkün olmayacaq” - deyə Mərkəzi Kəşfiyyat İdarəsinin “kölgəsi” bildirir.
C.Fridmanın sözlərinə görə, bu məsələnin həlli Sovet İttifaqına qarşı tətbiq olunan “soyuq müharibə” ilə tapılıb. İndi Rusiyaya qarşı yenidən bu taktikadan istifadə etmək mümkündür - əgər Azərbaycan kimi ölkələr bu müharibədə iştirak etməyə hazır olsalar...
C.Fridman daha sonra Azərbaycanın malik olduğu neft-qaz resursları və Avropanın Rusiyadan enerji asılılığını aradan qaldırmaq səylərini xatırladır. O, bildirir ki, Azərbaycanın qaz hasilatı elə də böyük deyil, ancaq “Transxəzər” qaz kəməri layihəsini reallaşdırıb Türkmənistan qazını Azərbaycan üzərindən nəql etmək mümkün olsa, Avropa üçün ciddi alternativ mənbə yaranacaq.
“Lakin bu, Azərbaycanın nə dərəcədə hazır olmasından və bütün tərəflərdən yönələn təzyiqlərə davam gətirmək qabiliyyətindən asılıdır” Fridman yazır.
Müəllif xatırladır ki, Azərbaycan Rusiya ilə İranın arasında yerləşir və Bakının ən çox qorxduğu Rusiyadır.
C.Fridman İranın da əhalisinin əksəriyyəti şiə olan Azərbaycana təsir göstərmək səylərindən bəhs edir: “Hazırda ABŞ Azərbaycana silah satışını bloklayıb. İsrail ABŞ-ın razılığı ilə ona zəruri silahlar satır. Bu da bizə qarşılıqlı münasibətlərin mürəkkəbliyi barədə təsəvvürə malik olmağa imkan verir və onu xatırladır ki, mürəkkəblik müttəfiqliyi korlayır”.
C.Fridman Azərbaycanla ABŞ arasında anlaşılmazlığın əsas səbəblərini də göstərir. Yazır ki, Birləşmiş Ştatlar Azərbaycana hökumət tərəfindən insan haqlarının pozulduğunu əsas gətirərək silah satmaqdan imtina edir: “Amerikalılar başa düşə bilmir ki, Rusiya ilə İranın qarşısında dayanan və Birləşmiş Ştatların dəstəyinə ehtiyacı olan Bakı amerikalıların hisslərini təmin edə, rejimə təhlükə kəsb etməyən dəyişikliklərə gedə və repressiyalardan qaça bilmir. Azərbaycanın cavabı isə budur ki, məhz İran və Rusiya təhlükəsi Bakıdan sabitliyi və təhlükəsizliyi təmin etməyi tələb edir. Hər iki ölkə vəziyyəti gərginləşdirmək üçün öz əməliyyatçılarını Azərbaycana göndərir.
Amerikalıların dissident hesab etdiklərini Azərbaycan xarici dövlətlərin agentləri hesab edir. Vaşinqton bunu şübhə altına alır və daim Bakını öz bəyanatları ilə incidir. Azərbaycanlılar isə amerikalılardan həmişəlik inciyirlər”.
C.Fridman azərbaycanlıların ABŞ-dan inciməsinin səbəblərindən biri kimi Vaşinqtonun Qarabağ münaqişəsinə yetərincə diqqət ayırmamasını da göstərir. Bildirir ki, Ukrayna böhranından sonra Azərbaycanla ABŞ-ın münasibətləri kritik əhəmiyyət kəsb edir. Fridman yazır ki, Dövlət Departamenti bunu bir kənara qoyaraq Azərbaycanı insan haqlarına görə tənqid edir. Hərçənd ki, eyni problemlər Gürcüstanda və ya Ermənistanda baş verəndə Azərbaycana nisbətən bu ölkələr az tənqid olunur.
“Hətta hesab etsək ki Dövlət Departamentinin tənqidləri ədalətlidir, onda heç kim iddia edə bilməz ki, Azərbaycandakı repressiyalar İosif Stalinin dəhşətləri ilə hansısa müqayisəyə gələ bilər. Mən Stalini ona görə misal gətirirəm ki, vaxtilə Franklin Ruzvelt Hitlerə qalib gəlmək üçün Birləşmiş Ştatları Stalinin müttəfiqinə çevirmişdi və onu tez-tez tənqid etməyə ehtiyac görməmişdi. Bununla da amerikalıların maraqlarını qorumuşdu” - deyə Fridman yazır. /virtualaz.org/

Комментариев нет:
Отправить комментарий