Bayram tədbiri Nardaran qəsəbəsi "İmam Hüseyn" meydanında qəsəbə və digər bölgələrdən gəlmiş qonaqların iştirakı ilə baş tutdu.
Dünən Allahının yer üzünə və bütün məxluqata rəhbər və xilaskar olaraq əta etdiyi və xəbərdar olanların bu neməti şərəf bildiyi üçün səhər-axşam Rəbbinə şükr etdikləri, Həzrəti Muhəmmədin (s) ciyərparəsi, Həzrəti Əlinin (ə) canı və qanı, Həzrəti Fatimənin (s.ə) bağçasının gül qönçəsi, Həzrəti Həsənin (ə) arxa-dayağı, Cənnət cavanlarının ağası Həzrəti İmam Hüseynin (ə) doğum (mövludu) günü idi.
Bu günlər dünya müsəlmanlarının ən sevincli günlərindən biri sayıldığından dünyanın müxtəlif ölkələrində müsəlmanlar geniş bayram tədbirləıri təşkil edirlər.
Şübhəsiz ki, ölkəmizdə də bu mübarərək gün böyük sevinclə qeyd olunur,bayram tədbirləri təşkil olunur,ehsan süfrələri verilir,dualar oxunur.
Dünən ölkəmizin müxtəlif yerlərində olduğu kimi Bakının Nardaran qəsəbəsində də İmam Hüseynin (ə) mübarək mövludu qeyd olundu. Bayram tədbiri "İmam Hüseyn" meydanında qəsəbə və qonşu qəsəbə sakinlərinin iştirakı ilə baş tutdu.
Tədbir saat 18:00- da başladı. İlk öncə tədbirdə Hüccətul islam vəl müslimin Şeyx Fədai gözəl Qurani Kərim tilavət etdi.
Sonra qəsəbə sakini Hacı Əli çıxış etdi və tədbir iştirakçılarını bu müqəddəs gün münasibəti ilə təbrik edərək bayram tədbirinin təşkilatçılarına öz minnətdarlığını bildirdi.
Hacı Əli çıxışını bitirdikdən sonra söz Əhli-Beyt məddahlarına, rövzəxanlar Kərbəlayi Səmədə və Kərbəlayi Əliəkbərə verildi. Onlar da tədbir iştirakçılarını bu müqəddəs gün münasibəti ilə təbrik etdikdən sonra İmam Hüseyn (ə) mədh edən bir neçə gözəl qəzəl,qəsidə oxudular.
Tədbirdə sonra söz qəsəbə alimlərinə,ağsaqqallarına verildi. İlk öncə Nardaran Rəhimə xanım ziyarətgahının axundu,ilahiyyatçı alim,Hüccətul islam vəl muslimin Şeyx Fədai çıxış etdi. Hacı da öz növbəsində tədbir iştirakçılarını bu müqəddəs gün münasibəti ilə təbrik etdikdən sonra bu günün İslam aləmində çox önəmli bir gün olduğunu qeyd edərək İmam Hüseynin (əleyhis səlam) həyatı barədə qısaca məlumat verdi. Hacı öz çıxışında İmam Hüseynin dövründəki siyasi-ictimai vəziyyətə toxundu və müasir dövrümüzlə çox gözəl əlaqələndirmələr etdi və gənc nəsilə bu günlərdən bəhrələnməyi tövsiyə etdi.
Hacı Nuhbala ağanın çıxışından sonra söz məclisə qonaq kimi təşrif buyuran Hüccətul islam vəl muslimin Seyyid qardaşımıza verildi və o, mərasim iştirakçıları üçün gözəl moizə etdi.
Daha sonra mərasim ilahiyyatçı alim, Hüccətul islam vəl muslimin Hacı Əbdülhəsən ağanın gözəl möizəsi ilə daha da zinətləndi.
Mövlud tədbiri axşam namazından sonra da davat etdi. Söz ilahiyyatçı alim, Hüccətul islam vəl muslimin Hacı Əli Nurə verildi. Ağa öz çıxışına tədbir iştirakçılarını bu müqəddəs gün münasibəti ilə təbrik etməklə başlayaraq, bu müqəddəs günlə əlaqədar vacib sayılan məsələlərə toxundu. Hacı bu cür mərasimlərin daha da geniş,izdihamlı,şövqlə keçrilməsini tədbir iştirakçılarına tövsiyə etdi. Bu günlərin İslam dünyasında böyük rola malik olmasını,bu cür bayram tədbirləırində iştirakın önəmli olmasını qeyd edən Hacı "İmam Hüseyn (ə) əxlaqı" mövzusunda tədbir iştirakçılarına qiymətli bilgilər bəxş etdi.
Hüccətul islam vəl muslim Hacı Əlihüseyn Nuriyev və Hüccətul islam vəl muslimin Hacı Musa Rza da bayram mərasimində iştirak etdilər və bu gün haqqında öz gözəl moizələri ilə çıxış etdilər.
Daha sonra məclis yenidən Kərbəlayi Səmədin və Kərbəlayi Əliəkbərin gözəl ifaları ilə davam etdi. Kənd sakini, Əhli-beyt şairi Hacı Mehrəli Asimin İmam Hüseyn (ə)-ı mədh edən gözəl şerləri tədbir iştirakçılarına əlavə zövq verdi. Mövlud tədbirində tədbir iştirakçıları üçün geniş bayram süfrəsi də açılmışdır.
Sonda onu da qeyd edək ki, mövlud tədbirləri bu gün və sabah da (Həzrəti Əbülfəzl Abbas (ə) və Həzrəti Səccad (ə)-ın mübarək mövlud günləri) axşam namazından sonra Hacı Qulaməli məscidində təşkil ediləcək və bu tədbirlərə bütün müsəlmanlar dəvətlidirlər. /nardaranpiri.com/
Комментариев нет:
Отправить комментарий