02.06.2014

Sadiq Saleh - Gəl nəzər et, gör ki...

Gəl nəzər et, gör ki bil qəlbim necə viranədir,
Mən olan yerdir cəhənnəm... mən varam? dünya nədir? 

Kim sənin aşiqlərindəndirsə hər dəm bil gülüm,
Ol sənin dərdindən hər an, hər gecə məstanədir...

Ol sənin dərdin ey gül hər günüm bil böylədir...
Bir mənəm, bir saqidir, meyxanədir, peymanədir...

Mən ki sənsiz bir Fəqirəm, fikr elə bir sal nəzər,
Gör ki ey gül sənsiz ol bir gün nə cür qəmxanədir...

Mən ki hərdəm raziyəm, bir gün görüm ki ey Xuda,
Saleh ol bir şəm`dir, canan ona pərvənədir...

Комментариев нет:

Отправить комментарий