03.06.2014

Qadın-kişi bərabərliyi

Bəhruz Əlizadə

ANS telekanalinin efirində səslənən və qadın huquqlarının pozulması kimi qələmə verilən "niyə kişilər 4 dəfə evlənə bilər, qadınlar isə yox?" sualına yersiz mudaxiləyə görə ətraflı və dolğun cavab verə bilmədiyim üçün burda açıqlama verirəm.
Efirdə də qeyd etdik ki, kişinin 4 dəfə evlilik məsələsi vacib yox icazəlidir. Vaciblə və icazəli bu iki və tam fərqli bir məfhumdur. Vacib əməli tərk olunması hər hansısa bir cəza ilə nəticələnir. Lakin icazəli işin yerinə yetirib-yetirilməməsi fərdlərin öz istəklərinə bağlı bir məsələdir.
Digər tərəfdən Allah-Taala 4 dəfə evlilikdə "ədalət" qeydini şərt edir ki, bu da sırf maddi ve məişət məsələlərində deyil, sevgi ve məhəbbət kimi mənəvi məsələlərdə Ədalətli olmaqa işarədir. Güman etmirəm ki, az bir qrupu çıxmaq şərti ilə əksəriyyət bu şərtə əməl edə bilsin.

Başqa bir məsələ isə budur ki, ilk evlilikden sonra növbəti evliliklərin müəyyən şərtləri vardır ki, bu əslində qadının hüquqlarını daha da möhkəmləndirir. Məsələn, bir çox alimlər nigah zamanı birinci xanımın kişinin növbəti evliliklərindən xəbərdar olacağı və ondan icazə alacağı barədə şərt kəsməsini məqbul hesab edir və bu halda kişiyə də bu şərtə əməl etmək vacib hesab olunur.
Yaddan çıxarmayaq ki, Allahın vacib ve icazəli buyurduğu bütün işlərdə insan üçun mütləq xeyir, haram buyurduğu və çəkindirdiyi işlərdə isə mütleq zərər var. Hər iki halda Allahın bütün qanunları insanı kamala çatdırmağa və oun mütləq xeyrinə xidmət edir. Çünki Quran məntiqinə əsaslansaq bizim üçün mütləq xeyrin mənşəyi Allah, zərər və ziyanlarımızın mənşəyi isə (bu ilahi qanunları, hüdudları pozaraq) özümüzük. Bəziləri ağıllarını hisslərinə qurban verib bunu analiz edib rahat şəkildə qəbul edə bilmirlərsə problem Allah hökmlərində deyil onların özlərindədir. Nece ki, hörmətli psixoloq Vəfa xanım da efirde buna işarə edərək bu məsələnin qəbul olunmamasında eqonu (eqoizm) misal çəkdi. Eqoizm isə ağıldan qaynaqlanan bir hiss deyil.
Başqa bir nüans isə budur ki, Sovet Rejimi və Qərbin təbliğatı nəticəsində tarix boyu xalqımızın öz dini köklərinə bağlı olaraq rahat qəbul etdiyi ənənə mənfi qələmə verilərək ictimaiyyətə qadınn azadlığının və hüquqlarının məhdudlaşdırılması kimi təqdim olunur. Tarix boyu balrımız bu ənənəyə riayət edib amma heç bir problem ve qadinlar arasında intriqa da meydana gəlməyib. Vətən müharibəsi dönəmlərində neçə-neçə xalqların xüsusilə də xalqımızın qadınlarını başsız qoydu. İndi sual verirəm bu başsız qadınlar nə etməli idilər? İstər maddi istərsə də mənəvi ehtiyaclarının ödənilməsindən ötrü pis yolamı düşməli idilər? Bu suala cavab verə biləcək bir qanun var? Sovet rejimi qadın azadlığı və qadın hüquqları adı altında ilk olaraq nənələrimizin örpəyini açdırdı. Sonra “qadın və kişi eyni ictimai statusa malikdir” adı altında qadınları da fiziki güc tələb olunan tikinti sektorlarında və müəyyən başqa sahələrdə işləməyə sövq etdi. Bu xalqa humanizm və hüquqların qorunması kimi təqdim edilsə də əsl məqsəd qadınlı kişili hamının bir kölə ünvanında işləyərək Sovet rejiminin iqtisadiyyatının gücləndirilməsinə və dövlət büdcəsinin artırıamasına xidmət edirdi. Zərif məxluq olan qadın xırda ev işlərini və ailəsinə xidməti köləlik hesab etdiyi halda “ictimailışdirilrək” tikintilərdə suvaq vurur, daş daşıyır, küçə süpürü və s. işləri sevə-sevə yerinə yetirirdi. Bu idi Sovet rejiminin qadına verdiyi azadlıq?
Sovet rejimi devrildi və yeni Qərb dönəmi başlandı. Qərb isə böyük ideologi və mədəni müharibəyə başladı dünya ilə. Qadın hüququ və bərabərliyi adı altında qadınları kişilərin əyləndirəcək bir vastəyə çevirdi. Qərb qadınları podiumlarda incəsənət adı altında süləndirilib kişilərin əyləncə vastəsinə çevirdi.Qadınları porno jurnallarda poza verməkdən ötrü istifadə etdi. Qərbə görə qadn azaddır. Kiminlə istəsə ailə qurar və eyni halda kiminsə məşuqəsi də ola bilər. Bu qadındakı bütün iffət pərdələrini cıraraq onu adi bir coraba çevirir ki, yuxudan ilk oyanan geyinsin. Hələ mən azadlıq, bəşər hüququ deyə homoseksuallığın, və bu kimi bütün iffət və paklıq pərdələrini cıran işlərin dəstəkləməsindən danışmıram. Əlbəttə bunu da qeyd edək ki, bu gün kifayət qədər azad düşüncəli, hissləri ilə deyil ağılları ilə hökm edən Qərb insanları bu “meşə qanunlarının” zərəli nəticəsini görür, dərk edir və buna qarşı etirazlarını bildirirlər. Deməli, bu mənəviyyatı ayaq altına alan bu cəfəngiyyatlar dünyəvilik adlandirilir ancaq Allahın bəyan etdiyi və əqlə əsaslanan hökmlər isə gerilik?!
Başqa bir məsələ budur ki, hansi kişi qadınları ikinci, üşüncü, dördüncü evliliyə məcbur edir? Qadın buna razılıq verməsə kişi bu işi nəcə görə bilər? Bəs evli kişiyə ərə gedən qadın digər qadının hüququnu pozduğunu fikirləşmirmi? Niyə bu işdə yalnız kişi qınanq obyektinə çevrilir?
Acı faktlardan biri də budur ki, qadın qüququndan danışan, kitab ve meqalələr yazan bir çox qadınlar hansısa evli kişinin meşuqəsidir. Qeyd edim ki, son dövrdə bu artıq dəb halına çevrilir desəm bəlkə də yanılmaram. Deməli, kiminsə məşhuqəsi olmaq dünyəvilik və hüquq azadliğı, amma her hansısa bir kişinin ( din və şəriət baxımdan) qanuni xanımı olmaq gerilik və hüquq pozuntusudur? Inanın ki, bəziləri məşuqə olmağa razıdır, lakin ikinci evliliyi qebul etmək istəmir. Bunlara isə artıq normal insan demek olmaz.
Sonda bunu qeyd etmək istəyirəm ki, yaradılışın qayəsi insanın kəmala yetişməsidir. Kəmal zirvəsini isə tək qət etmək çətindir. Məhz buna görə Allah qadını kişi, kişini də qadın üçün kəmal tamamlayıcı olaraq yaradıldı. Bu isə onların İlahi seyr yolunda bərabər huquqa malik olduqları deməkdir.

Комментариев нет:

Отправить комментарий