03.06.2014

“Solaxay”lar haqqında mif

Əfsanə Laçın

Hemid Herisçinin “Solaxay”ı haqda

Kitabı əlimə götürəndən yazmaq duyğusu məni bürüdü. Romanı bitirməyə belə ehtiyac duymadan oxuya-oxuya beynimdə yazırdım. Bəlkə bu bir “solaxay” doğmalığıdır.  “Sağ” a keçib “sol”unu unudan “solaxay”... Mən yazmağa başlayanda artıq sağla yazmağı öyrənmişdim. Bilmirəm solla yazmaq necə olur. Siz bu yaşınızda sola keçmisinizsə boşuna tələsməyim demək vaxta hələ var. Bəlkə də yox...
Romanda balaca Herisçi yavaş-yavaş böyüyür. Müəllifin öz həyatını yazmaq ehtiyacı təəssüratı yarandı içimdə. Sonra bu “uşaq Herisçi”nin tandığım “böyük Herisçi” olmağına şübhə etdim. Oxuduqca qəribə tərəddütlər yaşadım. Xəstəxananın qoxusu burnuma gəldi. Tikintinin tozu-torpağı gözümə düşdü. 

Rusca danışan köhnə kişilər, qumlu bağ yolları heç görmədiyim köhnə Sovet dövrünün Bakısını xatırlatdı mənə. Ölümlə çarpışan bir körpənin sayəsində müharibənin fəsadlarını hiss etdim.  
O dövrə tarixin yox, bir uşağın yaşadıqlarının içindən baxdım. Əslində hərəmiz bir tarixik. “Tısbağa supu” isə müharibənin ən dəhşətli səhnəsidir. Uşaqlar daha çox acı çəkir.  Məndə mənə pənah gətirən tısbağaların şorbasını içmək istəməzdim...
Çox qorxdum. Bəlkə bütün solaxaylar uşaqlıqda ölümcül xəstəliklə üz-üzə gəlir. Sonra qəfil də həyata atılır?...
İnsanlar, müharibə, şəhər elə xırdalıqlarla təsvir olunub ki. Axı uşaqların müşahidə qabiliyyəti iti olur. Görürlər, sonra da gördüklərini özlüklərində analiz edib dərk edirlər. 
Bu hissədən sonra nədənsə əsər mənə darıxdırıcı gəlməyə başladı. “Yüz ilin tənhalığı” romanını xatırlatdı mənə. Bu məlum əsərdə də müəllif bir nəsil şəcərəsinin taleyi fonunda müəyyən bir tarixi dövrü bədiiləşdirmişdir. Amma Markesdən fərqli olaraq Həmid Herisçi özündən- “Herisçi”lərdən yazıb.
Əsəri oxumağa başlayanda belə olacağını nə düşünməmidim, nə də ki, gözləmirdim. “Solaxay”lar isə hədddən artıq əfsanələşdirilib.
Həmid bəy romanı deyəsən öz gündəliyi əsasınd ayazıb. Adını “Mənim həyatım” da qoya bilərdi. 
Romanın sayəsində az da olsa Sovet dövrü, İran inqilabı ilə də bağlı informasiya aldım. Kitabın solaxaylarla bağlı məqamları bir solaxay kimi məni ilhama gətirdi. Şeir yazdım.

Ölən ümidlərin qəbiristanlığıdır burası.
Ümid öləndə sol tərəfdə heç nə işləmir.
“Sağ” nəyə ümid edib böylə canfəşanlıq edir?!
De görüm axı, “sağ əl” nəyə yaradın
Qaşıq qaldırmaqdan,
Qələmi kağızlara sürtməkdən başqa!?
Sən, “Sağ ayaq” nə etdin
keçi kimi qabağa qaçmaqdan özgə!
“Sağ çiyin” tabut daşıyırsan yaranandan
Təəssüf...
Ona görə adam həyatdan bezir
“Sağ” qalmaq istəmir...

Комментариев нет:

Отправить комментарий