29.05.2011

Ay bərəkallah, yenilik.az!

PKK


Jurnalistlər üçün ev tikilir. Həm də 2 bloklu, özü də 18 mərtəbəli. Tezliklə binanın təməqoyma mərasimi də keçiriləcək. Bin Ldenin öldürülməsindən sonra bundan gözəl ikinci bir  xəbər ola bilməzdi.  Amma iş burasındadır ki, bu evlər kimlərə veriləcək? Mütləq ədalətli şəkildə bölmək lazımdır evləri. İlk növbədə əməkdar jurnalistlərə – Əflatun Amaşova, Vüsalə Mahirqızına, Tapdıq Abbasa, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, əməkdar mədəniyyət işçisi Umud Rəhimoğluna, ondan sonra media ilə bağlı yorulmadan fəaliyyət göstərən, hər il  iyulun 22-də möhtəşəm tədbirlər həyata keçirən, mükafatlar, diplomlar paylayan QHT rəhbərlərinə ev verilməlidir. Ola bilər ki, bu insanların bəlkə də ehtiyacları yoxdur, o zaman onların məsləhət bildikləri insanlar ola bilər, bu iş məsləhətli olsa yaxşıdır. Təsadüfi şəxslərə ev vermək düzgün olmaz. Evlər bölüşdürülərkən APA, Azadinform, AzərTac agentliyinin, “Xalq”, “Azərbaycan”, “Yeni Azərbaycan”,”Səs”, “Palitra”, “Paritet”, “525”, “Olaylar”, “Şərq” qəzetlərinin evsiz əməkdaşları yaddan çıxmamalıdır. Yoxsa bölgü ədalətli sayıla bilməz. Adlarını unudub yazmadığım yoldaşlar bağışlasınlar, hamını yazmaq olmur.


                                                    yenilik.az, may, 2011

Комментариев нет:

Отправить комментарий