ALIŞIR SULARIN DALĞASI
Şırıldayır adın
Əsən yellərə
Lal baxışından qasırğalar qopur
Alışır suların dalğası
Lillənirsən
Əllərindən sətirlər axır.
Cəsarətini qorusan
Əzilməyəcək bəyazlığın
Varaqlandıqca gözəlləşəcəksən
Alacağını olacağından alacaqsan
Narlan misralarında
Şırıldat kəlmələrini,
İztirablı kağızlara.
Romantik olacaqsan, inan!
MƏN TAM FƏRQLİYƏM
Mən tam fərqliyəm
Heç kim mənim kimi deyil
Mənm fərqli olduğumu
Bayquş bilir
Çünki mən
hər yerə desən getmişəm
Lap aya da çıxmışam
Ulduzları dərmişəm
Əzrayılla çiling-palanc oynamışam
Mələklərə sataşmışam
Tanrıyla tanrıma görə əlbəyaxa
olmuşam
Lap doğum günüm də fərqli idi
Anam məni yerdə yox
Göydə doğdu
Buna ulduzlar şahiddir
Mən tam fərqli olduğumu
Sizə sübut edəcəm
Amma öz aramızdır
Adamların fərqli olmağı
Fərqsiz olmaqlarındadır
Комментариев нет:
Отправить комментарий