29.05.2011

“Facebook”da ermənilərlə dostluq edən məşhur azərbaycanlılar


Onların sayı kifayət qədərdir
QayNar: Hazırda bir sıra sosial şəbəkələrin, xüsusilədə “Facebook”un dünyada cərəyan edən proseslərin hərəkətverici qüvvəsi rolunda çıxış etdiyi sirr deyil. Milyonlarla insanın gündəlik tələbatına çevrilən “Facebook” artıq ən müxtəlif məsələlərdə sərhəd tanımır. Hətta o səviyyədəki burada iki düşmən millət və ölkənin nümayəndələri belə heç nəyə baxmadan dostlaşırlar.
Qaynar.info “Facebook”da erməni istidaçilərlə dostlaşan azərbaycanlı məşhurları tapmağa çalışıb. Bir çoxları dost siyahılarını gizlətsələrdə, qısa araşdırma zamanı məlum olub ki, ölkə səviyyəsində tanınan onlarla azərbaycanlı məşhur sima erməni istifadəçiləri ilə virtual dostluq edirlər.
Məsələn, Ermənistanın “PİNK ARMENİA” təşkilatının rəhbəri Mamikon Hovsepyanın dostları arasında AXCP sədrinin müavini Razi Nurullayev, blogger Adnan Hacızadə, tanınmış hüquqşünas İntiqam Əliyev, Qadın Krizis Mərkəzinin direktoru Mətanət Əzizova var.
Məşhur erməni rejissor Georgi Vanyanın “Facebook” azərbaycanlı dostları sırasında isə deputat və məşhur politoloq Rasim Musabəyov, tanınmış teleaparıcı İlhamiyyə Rzayeva, “Azadlıq” radiosunun məşhur əməkdaşı Xədicə İsmayıl, “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu, Humanitar Tədqiqatlar Mərkəzinin rəhbəri Əvəz Həsənov, AXCP sədrinin müavini Razi Nurullayev, Dalğa Gənlər Hərəkatının sədri Orxan Nəbiyev və başqaları var.
Tanınmış köşə yazarı Seymur Baycanın erməni dostları bol olsa da, onların arasında Ermənistan müxalifətinin lideri Levon Ter Petrosyanın da “Facebook” profili xüsusu diqqət çəkir.
Ümumilikdə, araşdırmalarımız göstərir ki, adını sadaladığımız azərbaycanlı məşhurlardan ermənilərlə “Facebook”da ən çox dostlaşan Humanitar Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquq müdafiəçisi Əvəz Həsənovdur. Onun erməni dostları arasında Internews Network-da çalışan Annie Frida Martirosyan, “Azadlıq” radiosunun Ermənistan bölməsinin əməkdaşı Aghasi Yenokyan, Andranik Ozanian və digər onlarla erməni var.

Комментариев нет:

Отправить комментарий