Bəzi cahil insanlar Sosialist Respublika dövrü haqqında gənc nəsildə mənfi rəy yaratmaq ücün , kütlələrin dini inamını istismar edərək iddia edirlər ki, sovet cəmiyəti allahsız quruluş idi və guya son 20 ildə”müstəqillik” sayəsində dinə-imana gəlmişik.Doğrudanmı belədir?…Əgər kimlər belə düşünürsə onlara xatırlatmaqda yarar var ki,”allahsız” sovet cəmiyətində insanlara ölüsünü dəfn etmək ücün torpağı pulnan satmırdılar, indi isə qəbr yeri tapmaq əməlli başlı problemdir.”Torpaq qıtlığı” bu sahəni gəlirli biznesə cevirib.İnsanlara məzar yerini pulnan satırlar.
Digər tərəfdən hec kəsə sirr deyil ki, bu gün ölüsü düşən şəxs sözün əsl mənasında maliyə cəhətdən müflüsləşir.Hətta elə insanlar var ki, ölüsünü dəfn etmək ücün bankdan faizlə borc götürməli olur, hansı ki, faiz islama görə günahdır.Amma “allahsız” sovet cəmiyətində isə əksinə dövlət ölüsü düşən ailəyə dəfn pulu ödəıyirdi ki, bununlada ailə hec bir maddi ehtiyac hiss etmədən yaxınının dəfinini həyata kecirirdi.Belə ki, 1972-ci ildə qüvvəyə minmiş Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 258-ci maddəsində deyilirdi:”Dəfn ücün müavinət fəhlə, quluqcu, və ya onun himayəsində olan ailə üzvülərindən aşağıdakılar: arvad, ər, on səkkiz yaşına catmamış və ya əmək qabiliyəti olmayan ( yaşından asılı olmayaraq ) uşaq, qardaş, bacı, baba və nənə vəfat etdikdə verilir”.
Комментариев нет:
Отправить комментарий