16.06.2011

11 YAŞLI UŞAĞA ÖMÜRLÜK HƏBS CƏZASI VERDİLƏR

Özlərini insan hüquqlarının müdafiəsində etalon hesab eləyən Amerikanın bu qərarı insanları heyrətə salıb

Dünyada yalnız iki dövlət ABŞ və Somali BMT-nin uşaq hüquqları barədə konvensiyasını təsdiqləməkdən imtina edib


FaktXeber.com-un verdiyi məlumata görə, Pensilvaniya şatatından olan Cordan Braun adlı Amerika vətəndaşı erkən buraxılma hüququ olmadan ömürlük həbs cəzasına məhkum olmuş yeganə dustaq adını qazanıb. Ona ikiqat cinayətə görə hökm oxunub. Belə ki, iki il əvvəl oğlan atasının 8 aylıq hamilə nişanlısını güllələyibmiş. İki uşaq anası olan Kenzi Xouk elə hadisə yerindəcə ölmüşdü, həkimlər onun hələ doğulmamış körpəsini də xilas edə bilməmişdilər.
İstintaq işi təqribən iki il davam etdirib. Bu müddət ərzində onun hələ nə etdiyi bilməyəcək qədər kiçik olduğunu bildirən, buna görə yüngül cəza almalı olduğunu söyləyən çoxlu müdafiəçiləri yaranmışdı. Ancaq hakim, “uşaq öz hərəkətinə görə böyüklər kimi cavabdeh olmalıdır və Pensilvaniya ştatının 10 yaşından yuxarı uşaqlara cinayət məsuliyyəti verən ən ağır qanunlarıyla məhkum edilməlidir”, - deyə bildirib.
Məhkəmə ağır cəza verməsinin səbəbini uşağın cinayəti edən zamanı soyuqqanlı olması ilə izah edib. Həmin günü uşaq səhər tezdən məktəbə getmək üçün hazırlaşıb, sonra atasının evdə saxlanılan kiçik kalibrli ov tüfəngini götürüb, yataq otağına gedərək analığını vurub. Bundan sonra silahı evdə qoyan uşaq heç nə olmamış kimi məktəb avtobusunun dayanacağına gedib.
Onun bu hərəkəti etməsinin səbəbini araşdırmaq elə də çətin olmamışdı. Belə ki, uşağın taleyi elə əvvəldən gətirməmişdi. Hələ körpə ikən anası ondan imtina etmiş və tərbiyəsi ilə atası məşğul olmağa başlamışdı. Lakin bu zaman həyatlarına evə iki əlavə qız uşağı da gətirən atasının sevimli qadını daxil olub. Sonra məlum olub ki, gələcək analığı dünyaya üçüncü - oğlan uşağı da gətirəcək. Özünü həmişə yeganə hesab eləyən Cordan üçün bu çox böyük stress olmuşdu.
Məhkəməni ən çox heyrətləndirən o olub ki, hələ boyu məhkumlar üçün tribunaya çatmayan uşaq məhkəmə boyu öz susqunluğunu qorumuş və elədəyinə görə bir dəfə də olsun peşmançılığını ifadə etməmişdi.
Qeyd edək ki, Məhkəmənin ağır qərarı «Beynəlxalq amnistiyanın» hüquq müdafiəçilərinin bərk narazılığına səbəb olub. Adıçəkilən təşkilatın nümayəndəsi öz bəyanatında bildirib ki, özlərini insan hüquqlarının müdafiəsində etalon hesab eləyən dövlətin bu qərarı insanları heyrətləndirir. O həmçinin qeyd edib ki, dünyada yalnız iki dövlət ABŞ və Somali BMT-nin uşaq hüquqları barədə konvensiyasını təsdiqləməkdən imtina edib.
Oğlanın qohumları məhkəmənin qərarı ilə razılaşıblar və qərarın dəyişdirilməsi üçün məhkəməyə müraciət etməyəcəklər. Yalnız atası öz müsahibəsində bildirib ki, elədiklərinin nəticəsini dərk eləmək üçün oğlu çox kiçik olub.
Qeyd: Bu sətirləri yazarkən, insan sivil 21-ci əsrdə yaşadığına inana bilmir. Hətta SSRİ-nin qanlı-qadalı dövrlərində (1935-ci ildə) diktatorluğu ilə tarixin səhifələrinə keçmiş Stalinin zamanında bir sıra cinayətlər üçün 12 yaşlı uşaqların məhkum olunmasına icazə verilmişdi. Fəqət hətta o dövrdə belə, uşaqlara yaşlarının kiçik olması ilə əlaqədar yüksək cəza verilməsi qadağan olunmuşdu.
Bu gün isə «ölkələrə azadlıq verən» dövltədə nə elədiyini hələ dərk eləməyən uşağa ömürlük həbs cəzası veriblər. Bundan sonra o, nə təhsil ala biləcək, nə də ailəyə, övlada sahib ola biləcək. Bəs görəsən bu hökmü verən hakimin özünün övladı varmı və onları 10 yaşında görübmü? Yaxşı ki, bu dövlətdə əvvəllər mövcud olan yandırılma hökmü mövcud deyil…

Комментариев нет:

Отправить комментарий