08.06.2011

Amerikanın təklif etdiyi islam


İbrahim Sel                        Professional Oxucu Liqası
         
 Bəzi terminlər günümüzdə daha çox istifadə edilir. Bu terminlərdən biri də amerikasayağı “islam”dır. Bu termin iki sözdən ibarətdir. Birincisi ölkə adına, ikincisi isə hamımıza tanış olan İslama işarə edir. İslam sözü əslində “Allaha təslim” mənasını verdiyindən, amerikasayağı "islam" terminini dırnaq işarəsiz yazmaq səhv olardı. Nəzər saldığımız məsələdə termin kinayə ilə istifadə edilir.
 Amerikasayağı “islam” formal xarakter daşıyan, zülm və acgözlüyə qarşı heç bir reaksiya verməyən, hegemonluq iddiasında olanları asanlıqla qəbul edib onlara yardım edən “islamdır. Bu terminlə orijinal və saxta İslamın mövcudluğu önə çəkilir. Bu termin əsas etibarilə Amerika imperializminin istədiyi və müsəlmanları öz nəzarətində saxlaması üçün qondardığı “İslam”a işarə edir. Amerikasayağı “islam” əslində ictimai, siyasi və sosial bir termin sayılır. Bir sözlə, hər “İslam” ki, ABŞ-ın istər maddi, istər siyasi, istərsə də ümumi maraqlarına xidmət edir, ona amerikasayağı “islam” demək olar. Lakin bu “islam”ların özü də bir neçə yerə bölünür. Avropada bir cür, Asiyada bir cür, şiə ölkəsində bir cür, sünni ölkəsində isə başqa cür olur. Yəni bu “islam” şiələrdə də, sünnilərdə də, vəhabilərdə də, sufilərdə də ola bilər.
 Bu günlərdə İsrail rejiminin Qəzzaya gəmilərlə yardım aparanlara hücumundan sonra bir çox İslam alimi öz etirazını bildirmişdir. Lakin çox təəssüflər olsun ki, başda Səudiyyə olmaqla, bəzi ölkələrin alimləri sükut etmişlər. Təkfir fətvaları ilə yadda qalan bu alimlər, nədənsə İsrail əleyhinə fətvaylamı, bəyanatlamı çıxış istəməyiblər.
 Axı necə ola bilər, qəzzalılar acından və ya tibbi ləvazimatların çatışmazlığından həyatını itirir, ərəbliyi ilə öyünən və özünü müsəlman sayan şeyxlər əsl İslamda olurlar? ABŞ İsraillə ən yaxın müttəfiqdir. İsrail isə müsəlman dünyası ilə düşmən mövqeyini gizlətmir. ABŞ-a xidmət edən ölkələr avtomatik olaraq İsrailə də xidmət edirlər. Lakin bunu bilərək xalqa və xüsusilə dindar kəsimə çatdırmaqda Allah tərəfindən məsul olan İslam alimləri bəzən sükut edirlər. Belə olan təqdirdə onlar ya bilərəkdən, ya da bilməyərəkdən amerikasayağı “islam”da oluqlarını büruzə verirlər.
 Amerikasayağı “islam”ın əsas hədəflərindən biri zülm və hegemonluğa etiraz əvəzinə dəstək verməkdir. Bu dəstək açıq da ola bilər, bəzən sükutla da ola bilər.
 ABŞ-nin “Sivil İslam” adlı layihəsi var. Həmin projenin birinci bənddə bu cümlələr yazılmışdır:
1) Dünyəvi və ya liberalizmi üstün tutan müsəlmanları dəstəkləmək. Bunun üçün bu cür insanların arasından liderlər, modellər və qruplar meydana gətirmək. Onların əsərlərini nəşr etdirmək, yayılmasına yardım göstərmək və kütlələrə xitab etmələrini təmin etmək.
 Yəhudi Şeril Benardın yazdığı bu projenin birinci bəndində yazılan dünyavi liberalistləri dəstəkləmək fikirləri ilk təzahürünü verməyə başlayıb. Belə ki, artıq ABŞ səfirliyi Azərbaycanda fəaliyyət göstərən dini və din yönümlü təşkilatlarla sıx əlaqələr qurur. Əlbəttə buradan belə sual çıxa bilər ki, ABŞ ilə əlaqələr nəyi pisdir? Axı İraqı, Əfqanıstan kimi müsəlman ölkələrdə milyonlarla insanın qətliamı və müxtəlif təzyiqlərə və zorlamalara məruz qalması da ABŞ höküməti tərəfindən həyata keçirilir.
 Yeni liderlər yetişdirmək planlarının da (“Parçala və hökm sür” siyasəti) ip ucu görünməkdədir. Bu projedən çıxan təhlillərə əsasən ABŞ-İsrail zülmünə etiraz edən qüvvələr bu yeni şişirdilmək istəyən çevrələr arasında “radikal” kimi camaata çatdırılacaq. Telekanallarda yeni islamın yeni liderləri görünəcək. “Onlardan başqa heç kəs düz iş görmür” şüara dönəcək. Bu İslamın ABŞ-a nə ziyanı var? Əksinə bu cür İslam onlar üçün təhlükəsiz İslamdır.
 İkinci bənddə belə yazılır: Ənənəvi müsəlmanları fundamentalistlərə qarşı dəstəkləmək. Bunun üçün aralarındakı anlaşılmazlıqları təşviq etmək və İki qrup arasında meydana gələcək ittifaqa maneə yaratmaq nəzərdə tutulur. Liberallarla ənənəviləri bir-birinə yaxınlaşdırmaq planlaşdırılır.
 Əlbəttə Amerikasayağı İslam, Azərbaycana onların nəzərində daha yaxşıdır. Çünki bu cür idarə etmək daha asan və mümkündür. Ancaq amerikan məntiqinə görə uşaqların qətlində günahkarlara qarşı mitinq və yaxud etiraz edənlər, yaxud vətəni uğrunda vuruşanlar fundamentalistlərdir. 
             

Комментариев нет:

Отправить комментарий