21.06.2011

Ancelina Coli və ailəsi - Fotosessiya

“Sənətçi və ailəsi”nin bu sayı Hollivudun məşhur cütlüyü Bred Pitt və Ancelina Coliyə həsr olunub. 


A. Coli və B. Pitt 6 ildən artıqdır qeyri-rəsmi olaraq bir yerdə ailə həyatı yaşayırlar. Ötən il onların rəsmi nikaha girəcəkləri ilə bağlı məlumatlar yayılsa da, cütlüyə hələki nikah masasında oturmaq nəsib olmayıb. Hətta onların ayrılmaları ilə bağlı məlumatlar da mətbuatda dolaşmaqdadır.


Qeyd edək ki, məşhur cütlüyün 7 övladı var. Onlardan biri 5 yaşlı qızları Shilo doğma, digərləri isə övladlığa götürülən uşaqlardır. A. Coli səkkizinci uşağı da övladlığa götürmək niyyətindədir.


Nigar Məmmədli                   qafqazinfo.az




Комментариев нет:

Отправить комментарий