14.06.2011

Aysel İsmayılzadə: "Mən pozan olmaq istəyirəm"


Həyat hec də gördüklərimizdən ibarət deyil.Hər gün qarşilasdiğimiz hadisələr və fərqinə varmadiğimiz gərcəklər.Metro,avtobus və yaxud yolda bir piyada.Sadəcə bir nəzər salmaq kifayət edər istədiyimizi görməyə və fərqinə varmağa. Metro....hər stansiyada novbəylə dilənən valideyinli körpələr..Dilənçinin övladı dilençi.Üzü,üstü-başı çirk içinde,əynində ölçüsünə görə olmayan geyim.Saçlari qivrim,daranmamiş halda olan,ama sifetinin çirkliliyindƏn iki cüt gözlƏri görünən 5-6 yaşli dilənçi qiz. Belində əskiyə bürünub,sallaşa qalan balaca qardaşı. O da bacisi kimi:dilənçi bacinin dilənçi qardaşı.Əlində yuyulmamış çirkli alma dilimi,gah dişləyir,gah da almaya baxir.Dilənçi bacı yalvarır.Balaca əlləri dilənməyə uzanır.Özü boyda yük daşıyır belində,məktəb çantası əvəzinə.Bunları görüb POZAN OLMAQ İSTƏYİRƏM.Silib bu doğruları yox eləmək istəyirəm.

Açılan metro qapıları,düşən dilənçi balaları.Əlində yığdığı pulla qaçır ana sorağına.Odur gəldi ana,əlində su dolusu butulka.Pullar anaya təslim edilir,pul yığıldı söyləyir.Körpə tər içində bacısını yumruqlayır.Suyu görüb ağlayır.Bapbalaca əllərini suya tərəf uzadır.Ananın gözü puldadı.Ona nə ağlayan körpəsi nə də su istəyi maraqlıdır.Körpə dayanmır ağlamaqdan bağrı çatlıyır.Elə bu an partlayış səsinə oxşar bir ses esitdim.Arxaya cevrildim və görüdüyüm ağzı qanla dolu olan körpə və ona vurulan butulka.Dilənçi bacı geriyə çəkilir,ana bir zərbəni də ona vurur.Körpe su əvəzinə qan icir.Bax bunu görüb POZAN OLMAQ İSTEYİRƏM.Silib bu dəhşəti,əvəzinə su istəyən körpəyə qucaq açan ananı görmək istəyirəm.
Seher işə tələsən insanlar,tələbə və şagirdlər.Yolla irəliləyirəm.Bir sürü qoyun,yol kənarı və əlində çubuğu olan balaca çoban.Anasının əlindən tutub dərsə gedən həmyaşıd uşaq,çobanı görcək dayanır.Lağlağı baxışlarla ona tərəf boylanır:"Çoban ay çoban.Qoyuna oxşayırsan"deyib,anasına yaslanır.Və bu kimi günah sözlər tərif kimi çobana ünvanlanır.Ana fərəh hissi ilə övladına baxır,sanki qiymətləndirirmiş kimi başını sığallayır uşağın.Yazıq balaca çoban başını aşağı salır.O da məktəbli ola bilərdi.Əlində çubuq yox məktəb çantası,əynində çoban geyimi yox məktəbli geyimi ola bilərdi.Ama bu onun günahı deyildi.Günah onu dünyaya gətirən ananın,atanın idi.Gözləri doldu çobanın,və gözündən axan hər göz yaşı damlası,sanki fəryad edirdi....Bu fəryadı görüb,silmək,yerinə sevinc,gülüş qoymaq istəyirəm.POZAN OLMAQ İSTƏYİRƏM.
Hər gün gördüyüm dəhşətli doğruları görməmək,ya da görməməzlikdən gəlmək istəyən insanlar.Metro,yol kənarında dayanan yaşlılar.Ağzı dişsiz,üzü qırışmış,gözləri yaşlı,əlləri dilənməkdə olan qocalar.Mən yaşlıların dişsiz agızlarından xeyir-dua kəlimələrinin çıxmasını görmək,əllərinin dilənmək üçün yox övladlarına sığal çəkməsini görmək,küncdə-bucaqda deyil,hər kəsdən başda durmaqlarını görmək istəyirəm.Mən bu gərcəyi görməkdənsə kor olmaq istəyirəm.MƏN POZAN OLMAQ İSTƏYİRƏM.
Nə metroda dilənən körpə.nə məktəbə getmekdənsə qoyun otaran balaca çoban.nə də övladları tərərfindən dilənməyə məhkum edilən yaşlılar.Mən bu doğruları görüb,silmək istəyirəm.Qaranlıq zülmətə qərq olmuş bu həyatı,beyinlərini bəzək əvəzi daşıyan insanları silmək,dilənçilik etməyə məruz qalan körpələri,qocaları layiq olduqları yerə qoymaq istəyirəm.Budusa insanlıq,o zaman insan yox,sadəcə MƏN POZAN OLMAQ İSTƏYİRƏM.....

Комментариев нет:

Отправить комментарий