11.06.2011

Azərbaycanda orta aclıq hökm sürür


 Dünyada aclıq indeksi tərtib olunub

Dünyada milyarddan çox insan aclıqdan əziyyət çəkir. “Media forum” saytı xəbər verir ki, bu məlumat Ərzaq Siyasəti üzrə Beynəlxalq Araşdırmalar İnstitutunun 2010-cu il üzrə aclıq indeksində açıqlanıb. Sənəd müəllifləri aclıqdan əziyyət çəkənlər içərisində uşaqların çoxluq təşkil etdiyini göstərirlər. Aclığın ən yüksək həddi Afrika ölkələrində və Cənubi Asiyada qeydə alınıb.
Keçmiş Sovet İttifaqı ölkələrinin çoxunda aclıq həddinin göstəriciləri aşağıdır. Amma Azərbaycanda, Gürcüstanda, Ermənistanda, Özbəkistanda, Türkmənistanda aclığının səviyyəsi orta həddə göstərilib.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı aclığı insanın gündəlik qida tələbatı əsasında müəyyən edir. Təşkilatın müəyyənləşdirdiyi gündəlik qida tələbatı 1,800 kilokaloridir. Bu, sağlamlıq və fəal həyat üçün lazım olan minimum həddir.
Aclıq indeksi inkişaf etməkdə olan 122 ölkəni əhatə edir. İnstitutun hazırladığı məruzədə Saxaranın cənubunda və Asiya qitəsində yerləşən 29 ölkədəki vəziyyət təhlükəli və son dərəcə təhlükəli kimi qiymətləndirilib.

Комментариев нет:

Отправить комментарий