09.06.2011

Balaca yazıçının “Nağıllar” kitabı çıxdı


C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Qafqaz Media” İctimai Birliyinin (QM İB) təşkilatçılığı ilə 9 yaşlı məktəbli Elnur Fərəcovun “Nağıllar” kitabının təqdimatı olub.
QM İB-in sədri Azadə Taleh Abbasqızı yeni kitabın balaca müəllifində zəriflik və incə duyum qabiliyyətini yüksək qiymətləndirib. Bildirib ki, kitabdakı “Tülkü, pişik və dovşan”, “Tikanlı kirpi”, “Ac qurd” kimi nağıllara müəllif Elnur Fərəcovun özü tərəfindən rəngli illüstrasiyaların çəkilməsi onun heyrətamiz duyumu və istedadından xəbər verir.
Bakıdakı 153 nömrəli məktəbin 4-cü sinfində oxuyan müəllif E.Fərəcovun sinif yoldaşları və müəllimi Əminə İbrahimova balaca “yazıçı”nın ilk qələm təcrübəsinin uğurlu alındığını bildiriblər.
Sonda E.Fərəcov tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
kultaz.com

Комментариев нет:

Отправить комментарий