02.06.2011

balalar-az.com

alt Mahnı
Sözləri İlyas Tapdığın,
Musiqisi Nəriman Məmmədovundur.


Yaşıl yolka bəzədik biz,
Yanır üstə çilçıraqlar.
Bir-birinə göz eyləyir,
Gülür dəcəl oyuncaqlar.
Gəlin, gəlin, dövrə vuraq,
Nəğmə deyək, ay uşaqlar!

Nəqərat:

Aşıb dağları,
Keçib el-oba,
Qonaq gəlir
Şaxta baba.
İllər yenə görüşür,
Köhnə il yola düşür.
Yeni ilin töhfəsi
Sevindirir hər kəsi.

Maska geyib, rəqs eləyək,
Sən tülkü ol, mən də ayı.
Armud qaxı verim sənə,
Sən ver mənə turac payı.
Quzu görüb boz canavar –
Dişlərini hey qıcayır.

Nəqərat.

Комментариев нет:

Отправить комментарий