23.06.2011

Bethoven: Sükutun Simfoniyası


Bethoven 1Doğum tarixi məlum deyil. Ancaq 1770-ci il 17 dekabrda Bonn şəhərində xaça çəkildiyi bəllidir. Flamand ailəsində anadan olub. Babası küçə üçün nəzərdə tutulmuş kapellaya rəhbərlik edirdi. Atası da küçə müğənnisi olub. Erkən yaşlarında skripkada, orqanda, altda və həmçinin fleytada ifa etməyi öyrənir. 1881-ci ildə məşğələləri ilə orqanist, estetik bəstəkar Nefe məşğul olur. Sonralar küçə teatrının konsertmeysteri olur.
Bəstəkar kimi yaradıcılığı 1782-ci ildən başlayır. İlk vokal-simfonik bəstəsi «II gənc kontata»sı olur. 1792-ci ildə Vyanaya səfər edir və Motsartdan dərs alır. Elə o ildən həmişəlik vətənini tərk edib Vyanaya köçür. Müəllimləri içərisində Albrextsberger və A.Salyerinin də adı var. Vyanada tez bir zamanda əvvəlcə pianoçu, sonralar isə bəstəkar kimi məşhurlaşdı.Yaradıcılığının hələ dan yeriykən işgüzarlığı çox güclü idi. 1801-12-ci illərdə biri-birindən gözəl əsərlər yazır: «Ay sonatası» (1801), «Kreyser sonatası» (1803), «Qəhrəmanlıq» 3-cü simfoniyasını, «Avrora» və «Appassionata» sonataları (1804), «Fidelio» operası (1805), 4-cü simfoniya (1806). 1808-ci ildə ən məhşur əsərlərindən biri olan 5-ci simfoniyanı və az vaxtdan sonra 6-cını bitirir. 1810-cu ildə Hötenin «Eqmont» faciəsinə musiqi bəstələyir. Sonralar 7-ci və 8-ci simfoniyalarını yazır.
27 yaşından başlayaraq qulağının eşitməməzliyindən şikayət edir. Bu hal insanlarla ünsiyyətini, pianonun səsini eşitməyini çətinləşdirir və hətta onlardan imtina da edir. 1813-17-ci illər Bethovenin həyatının və yaradıcılığının aşağı düşən illəri hesab olunur. 1818-ci ildən bəstəkar yeni yüksəliş mərhələsinə qədəm qoyur. O, sonuncu 5 fortepiano sonatasını (1816-22) və 5 kvartetini (1823-26) bəstələyir. «Gecikmiş» yüksəkliyin zirvəsini isə 9-cu simfoniyası (1824) ilə qoyur.
Ömrünün sonlarına yaxın bəstəkar tənhalıqdan qurtulmağa və mənəvi dəstəyə ehtiyac duyurdu. O, hətta orkestrin ən güclü səsini belə eşitmir və həmkarları ilə dəftərlə anlaşırdı. Tənhalığını yalnız hərdən dosları ilə bölüşürdü.
…Uşaqlığı
1767-ci ildə mətbəxdə işləyən Maqdalena Keverix İohanın arvadı olur. İohan Lui Bethoven uşağının oğlan olmasının əleyhinə idi. Ancaq 1770-ci ildə gənc valideyinlərin bir oğlu dünyaya gəlir. Onun adını babasının şərəfinə Lyudviq qoyurlar (flamand soyadının alman forması isə Lui kimi də səslənir) O, çardaqda, elə də böyük olmayan balaca pəncərəli, əyri divarlı otaqda doğulur. İndiyə kimi də milyonlar tərəfindən xatırlanan və sevilən dahi məhz belə çətin durumda həyatını başlayıb.
Doğuluşundan az keçməmiş Lui Bethoven vəfat edir. Bu qəmli hadisədən sonra ailədə həqiqətən böyük ehtiyaclar yaranır. Atası İohan isə vaxtının əksəriyyətini içki məclislərində keçirirdi.
Onun istedadı isə özünü gec-tez görstərməli idi. Artıq 4 yaşında olarkən balaca oğlanın məharətini nəzərdən qaçırmaq mümkün deyildi. Atası dərhal buna yeni gəlir mənbəyi kimi münasibət göstərir. O, inkişaf etməli, yaxşı müəllimdən dərs almalı idi. Müəllimlər bir-birini əvəz edir, ancaq çox az halda həqiqi musiqiçiyə rast gəlinirdi. Heç bir müəllim balaca oğlanı duyub istedadını üzə çıxara bilmədi. İohanın məqsədi onda idi ki, onu konsertlərə cəlb etsin. Nə qədər tez konsertlərdə iştirak etsə bir o qədər tez cibə pul axar. İlk konsert Kölndə verilir. Burda səkkiz yaşlı oğlan altı yaşında təqdim olunur. Ancaq çıxış gözlənilən gəliri gətirmir. Ola bilsin məhz buna görədir ki, uşaqlıq konsertlərindən başqa heç bir dəlil qalmır.
1782-ci ildə Bethovenin 12 yaşı tamam olur. Bu yaşda o, sərbəst şkildə klavesində, skripkada, orqanda, ifa edə bilir.
Bonn mərhələsinin sonu
Vyana– bura musiqi şəhəridir. O, 17 yaşındaykən bütün çətinlikləri dəf edib bu məşhur şəhərə gəlir. Onun əsas məqsədi Motsartla görüşmək idi.
Maestro öz işinə, «Don Juan» operasına ciddi başı qarışdığından cavan uşağın ifasına diqqətsiz qulaq asır və qərarını da ciddi tənqidlə bildirir. Ancaq burda onun həyatında birdən daha bir dönüş yaranır. Anası bərk xəstədir və o, Bona dönməlidir:
«Xəstə anamla görüşmək arzusu o qədər güclü idi ki, bütün maneələr qarşımdan götürüldü və mənə böyük cətinliklərdən uzaqlaşmağa kömək etdi» – anasının ölümüngən sonra Bethoven belə yazır. «O, mənə ən yaxın dost və elə yaxşı, sevimli ana idi…»
Bethoven 21787-ci ildə anasının ölümündən sonra ailəyə qayğısı artır. Atası da tamam zəifləmişdi, az zaman ərzində o da dünyasını dəyişdi.
O, əlavə işlər götürməyə, dərslərinin sayını artırmağa və ailənin qayğısına qalmağa məcbur idi. Bütün bu ağır yük onun möhkəm xəstələnməsi ilə nəticələnir. O, tif və çiçək xəstəliyi keçirir və üzündəki ləkələr ona ömrü boyu keçirdiyi ağır dövrü xatırladır.
Bonda həyat onun üçün mənasızlaşır, cavan bəstəkar bütün ambisiyalarını reallaşdıra bilmir. Şəhər onun üçün darıxdırıcı gəlir. Burda qalmağının yeganə maraqlı tərəfi Yelena fon Breyninqin arada evlərinə baş çəkməsidir. Tezliklə uşaqlıqda tapmayan rahatlığını məhz bu intilligent ailədə tapır. Onları özünə yaxın adam bilir. Demək olar ki, ömrü boyu onun böyük oğlu Stefanla dostluq münasibətləri olub. Ancaq qızı Lorxen ilə ilk romantik məhəbbətini yaşayır. Breyninqlər ailəsi onun musiqiyə olan həvəsini həmişə dəstəkləyirlər, onların təsiri nəticəsində gələcəyin dahi bəstəkarı şəxsiyyət kimi formalaşır. 1789-cu ildə Bonn universitetinin fəlsəfə fakultəsinə daxil olur. Ancaq burada çox qalmır.
22-yaşlı bəstəkarın həyatında, əgər belə demək mümkünsə, Bonn mərhələsi bitir.
1792-ci ildə artıq bəstəkarın 50-yə yaxın əsəri olur. Dahi bəstəkar Motsartın isə bu yaşlarında artıq 100-dən çox əsəri vardı. Müqayisədə onun baqajı daha kasad idi. Ancaq çox insanların həyatında elə an gəlir ki, ömür gücünün lokallığı tələb olunur. Bu an kiminsə bəxti gətirir, kiminsə yox.
Vyana
Yenə bu möcüzəli musiqi şəhərinə qayıdır. Burda Avstriya, alman və slavyan melodiyaları səslənirdi. Bura çoxlu musiqiçilər gələrdi ki, bəlkə mesenatlar tərəfindən bəyənilsin. O da belə ambisiyalı və istedadlı insanlardan idi. Tezliklə Vyananın ən virtouzlu ifaçısına çevrilir. Onun səsi bütün yerlərə yayılır və onu perspektivli musiqiçi kimi tanımağa başlayırlar. Hətta ifasının xarakterini də inqilabi adlandırırlar. O, tamam yeni bir musiqi ifa edir.
- Qanun belə akkordların davamını qadağan edir…
- Ancaq mən buna icazə verirəm, – sərbəst fikirli cavan belə deyir.
Vyanada ilk müəllimi Qaydn olur. Bu insan həqiqətən cavan musiqiçinin istedadını cəsarətlə təsdiqləyirdi. Qaydn yazırdı: «Bilənlər gərək bunu təsdiq etsinlər ki, Bethoven Avropanın ən məşhur bəstəkarlarının yanında yer alacaq və mən də fəxr edərəm ki, onun müəllimi olmuşam.» Bu sözlərə baxmayaraq Qaydn tələbəsi ilə anlaşa bilmir.
Onun şahzadə Lyüdviq Ferdinandın ünvanına dediyi xoş sözləri babası xatirələrində belə yazır: «Berlində şahzadənin pianoda ifasını görən Bethoven ona yaxınlaşır və bir necə xoş söz deyir:
- Siz şahzadə kimi deyil, əsl musiqiçi kimi ifa edirsiniz».
Kar
İnsan üçün eşitmə qabilliyyətini itirmək nə deməkdir? O deməkdir ki, sən artıq öyrənmiş işləri görə bilmirsən. O zaman sən yalnız bezdirici bir səs eşidirsən və qəbul edirsən ki, bununla hələ çox illər yaşayacaqsan. Quşların mahnılarını, şəlalənin şırıltısını, hətta dikdabanın səsini belə eşitməyəcəksən.
Bəs bəstəkar üçün kar olmaq nə deməkdir? Kar olmağının ilk əlamətlərini 26 yaşında hiss edir. 1801-ci ildə onun 31 yaşı tamam olanda gənclik dostu Veqelerə yazır: «Demək olar ki, mən bədbəxt bir həyat yaşayıram; iki ildir mən bütün ünsiyyətlərdən qaçıram. Ona görə ki, cəsarətim çatmır insanlara kar olmağımı deyim. Əgər mən başqa sənətdə olsaydım, yenə dözmək olardı. Ancaq mənim sənətimdə bu dəhşətdir. Bununla əlaqədar görəsən nə deyəcəklər mənim az olmayan düşmənlərim… Artıq mən tez-tez özümü yaşadığım üçün lənətləyirəm. İstəyirəm həyatımın əksinə gedim. Ancaq elə anlarım olacaq ki, mən ən bədbəxt yaradılmışlardan olacağam».
Bədbin vəziyyətinə baxmayaraq sağlamlığını qoruyur və bütün situasiyaları keçməyi bacarır.
Bethoven 3Bədbəxtlik bədbəxtlik gətirər. Bütün bunlar 1801-ci ildə oldu. İnsana yovuşmayan sərt xasiyyətli bəstəkar birdən-birə aşiq olur. İdeal yaradıcının qəlbini fəth edən kimd idi bəs? Mehriban, bahar təravətli, mələk təbəssümlü, on altı yaşlı əsilzadə Culetta Qviççardi…
- İndi mən tez-tez cəmiyyətdə oluram- yazırdı – Bu mərhələni mənə gözəl və mehriban qız yaşatdı və biz bir-birimizi sevdik.
O qız onun üçün var qüvvəsi ilə yapışdığı xilaskar saman çöpünə çevrildi. Belə görünürdü ki, qız onun məhəbbətinə cavab verməyə hazır idi. O, özünü güclü, sağalmağa inamlı hiss edirdi, xoşbəxtlik elə yaxında idi ki… «İnanmazsan mən bu iki ili necə tənha və kədərli yavşamışam: karlıq məni kabus kimi hər yerdə izləyirdi, mən adamlardan qaçırdım, mizantropa çevrilirdim. Əvvəllər mən tez-tez xəstələnirdim. Amma indi həm fiziki, həm də ruhi cəhətdən güclənirəm. Günbəgün hiss etdiyim amma müəyyənləşdirə bilmədiyim məqsədə yaxınlaşıram. Sənin Bethovenin yalnız bununla yaşaya bilər. Mənə sakitlik lazım deyil, yuxunu çıxmaqla mən heç bir sakitliyi tanımıram… Siz məni xoşbəxt görməlisiniz… Mən taleyimi boğazlaya bilərəm, hərçənd ki, onun belini sındırmağa nail olmayacam. Ah, min dəfə yaşamaq necə gözəldir».
Bu məktub da Veqelerə yazılıb. Amma bir neçə ay sonra.
Final
Tale onlarla dəhşətli oyun oynayacaq, bu illuziya tezliklə dağılacaq və Bethoven daha bir sınaqdan keçəcək.
Cullettanın ailəsi üçün musiqiçi ikinci dərəcəli insan, sadəcə artist və qulluqçu personal sayılırdı. Tezliklə Culetta qraf Qallenberqə ərə gedir. Və bu, Bethovenin çox sevdiyi böyük Şekspirin qələminə layiq dram olur.
Hazırladı: Əli Ə.                                   kultaz.com

Комментариев нет:

Отправить комментарий