21.06.2011

“Biz Amerikada olanda...”

Zaman var idi Amerika Birləşmiş Ştatlarına gedənə az qala başqa planetə gedən kimi baxardılar. Son illər isə müxtəlif proqramlar çərçivəsində ABŞ-a onlarla insan səfər edir. O cümlədən, cənub bölgəsindən təkcə son 3 ildə 10-a yaxın şəxs ABŞ-da səfərdə olub.

11 iyun 2011-ci il tarixində MAGİYA ictimai birliyinin ofisində birliyin həmtəsisçisi Afiq Məlikovun təşəbbüsü ilə Amerikada müxtəlif təhsil və təlim proqramlarında uğurla iştirak etmiş cənubluların onunla birgə görüşü təşkil olunmuşdur. Görüşdə tələbələr, fəal gənclər, mətbuat işçiəri, ABŞ-ın Azərbaycandakı Sülh Korpusunun (“Peace Corps”) əməkdaşları, eləcə də, QHT nümayəndələri də iştirak etmişlər. Görüş zamanı məzunlar ABŞ-da qazandıqları bilik və təcrübələri, ABŞ təəssüratlarını digər iştirakçılarla bölüşmüş, onlara məzun olduqları müxtəlif proqramlar (Future Leaders Exchange FLEX) Program, International Research & Exchanges Board (İREX), Edmund S. Muskie Graduate Fellowship Program, “Community Connection” Program, “Open World” Program) haqqında iştirakçılara geniş məlumat vermişlər.
Tədbirin sonunda “Açıq Dünya” Proqramının (“Open World” Program) 2011-ci il üzrə məzunu Afiq Məlikovun təklifi ilə Lənkəran şəhərində ALMA – Amerikadakı Lənkəranlı Məzunların Assosiasiyası (ALGA – Association of Lankaran Graduates in America) təsis edilmiş və görüşdə iştirak edən 6 nəfər məzun (Afiq Məlikov, Samir Axundov, Nərmin Əzizli, Günay Məmmədli, Cəmilə Əliyeva, Zahir Əmənov) yeni yaradılmış assosiasiyaya üzv olmuşlar. Assosiasiyanın yaradılmasında əsas məqsəd – Amerikada müxtəlif təhsil və təlim proqramlarında uğurla iştirak etmiş Lənkəranlı, o cümlədən, cənub bölgəsinin digər rayonlarının məzunlarını bir araya toplamaq, ABŞ-ın Azərbaycandakı Sülh Korpusunun (“Peace Corps”) cənub rayonlarında fəaliyyət göstərən əməkdaşları ilə əməkdaşlığı gücləndirmək və onlara ABŞ-da əldə olunan bilik və təcrübələri aşıqlamaqdır. Tədbirdə həmçinin yeni yaradılmış assosiasiyanın loqosu (emblemi) da təqdim edilmiş və digər məzunlar da assosiasiyaya üzv olmağa dəvət olunmuşlar. 

Afiq DEMOKRAT
 

Комментариев нет:

Отправить комментарий