23.06.2011

Can gilə (2)


DIVAN-I ƏRĞƏVAN


son kədər rəssamı kən , sanki ürək anına o ,
qan ilə naxşa çəkir varlığımın canına o .


gecələr bayquşu mən bilməmişəm hansı nədən ?
qara geymiş gəlin olmuş səhərin danına o .


qoparır qəlbimi kökdən dəlisov an nə bilim !?
bir əsir tək aparır ağrıdağın xanına o .


yol boyu mən durumu göydə samanlar kimidə ,
gör necə tans qurur yerdə ölüm çanına o .


içim ağrı dolu yapraqlara bənzər əsərək ,
bilirəm bir kölədir boş mənə-mən şanına o .


Ərğəvanın dözümü can gilə örnək olaraq ,
sonda baş əydi bilə , mən kimi xağanına o .


M. Ərğəvan

Комментариев нет:

Отправить комментарий