Şəhərimizin küçələrində dilənçilərin həddən artıq çox olması bizləri narahat etməyə bilməz. Az yaşlı uşaqların, ixtiyar qocaların, qadınların hər kəsə əl açıb dilənməsi ürəy ağrısıdı. Belələrinə şəhərimizn mərkəzi küçələrində və prospektlərində daha çox təsadüf olunur. Görəsən doğurdanmı onlar maddi ehtiyacın üzündən dilənirlər? Yoxsa bu zümrədən olanlar bunu özlərinə peşə seçiblər? Mafioz qrupların, “gözü açıq” işbazların ürək bulandıran biznesinin qurbanlarına çevrilənlər də dilənçilərin sıralarındadı. Bəzən əhali arasında məşhur deyimə çevrilən, “dilənçidən faizə pul götürmüşəm ”,- sözlərini də eşidirik. Gözəlləşən şəhərimizin üz qarasına çevrilən “milli dilənçilərimizin” “fəaliyyətinə” güzgü tutmaq üçün şəhərimizin küçələrinə baş vurası olduq. Dilənçilərlə təmasa keçdik. Bəziləri bizləri hədələməkdən də çəkinmədilər, bəziləri isə dilinçiliyi bir peşə kimi qələmə verdilər, “Bizim nəsildə hər kəs bu işlə məşğuldu” deyənlərə də təsadüf etdik.
“20 yanvar” metrosunun çixışında körpə uşağ ilə birlikdə dilənən Əliyeva Yeganə , niyə dilənirsiniz sorğumuza cavab verir:
-Ərim həbsdədi, 5 uşağım var, ərimi və uşaqlarımı dolandırmağ üçün dilənirəm. Savadım olsaydı bir iş-gücün ətəyindən yapışardım. Çapayevdə dörd divara 80 manat ev kirayesi verirəm.
Əhmədlidə, əsasən “Çuda pəçkanın” və ora yaxın ərazilərdə “sənətinin imkanlarından” bəhrələnən Elşən Məmədov isə:
-Evə çörək pulu aparmağ üçün dilənməyə məcburam. Biz yalan olmuşuq, PPX-lər doğru. Ən çox adamların sıx yerlərində dilənirəm, yəni ayrı-ayrı məkanlarda dilənirəm, bir məskənim yoxdu – deyir və ətrafdan laqeyid keçənlərə üzünü tutur:- Tək Allahın adı, bu uşağa nəzir verin.
Həsən Əliyev küçəsinin sakinlərinin və ordan keçənlərin mərhəmətinə və səxavətinə ümüdünü bağlayan Qulam kişi dilənçiliyinə belə haqq qazandırır:
-Bilirsən nə var, bir iş ver işliyim. 60 manat pensiya alıram və bu 60 manatla mən ailə dolandıra bilərəm?! Hərə öz kefində, bizləri saya-hesaba alan da yoxdu.
Elə həmi küçədə dilənən 15 yaşli Rövşanə :
-Ailəmlə Yevlaxdan Bakıya dilənmək üçün gəlmişəm. Bizim işimizin adı dilənməkdi. Burada mən pis şey görmürəm – dedi və getdi sevimli peşəsinin ardınca
Adını dəmək istəməyən dilənçi hiddətlənərək, “Get işinlə məşğul ol, dilənmək üçün polislərdən icazəm var, günə 6 manat pul verirəm” – hikkəsini nümayiş etdirdi.
Tural Balabəyli
Комментариев нет:
Отправить комментарий