21.06.2011

Xəzər

Əfsanə Laçın. Hekayə

    Biri var imiş,biri yox imiş.Xəzər adlı bir göl varmış.Bu göl o qədər böyük imiş ki,onu dəniz adlandırarmışlar.Göldə çoxlu balıqlar yaşayırmış.Balıqlar göydə uçan qağayılardan yaman qorxarmışlar,çünki,qağayılar suya baş vurub,balıqları udardılar.Balıqların qağayılardan başqa heç bir qorxusu yox idi.Ta ki,”dəniz”çirklənməyənə qədər.Milyon illər idi ki,balıqlar firavan yaşayırdı.Çirklənmiş suda yaşamaq isə mümkün deyildi.Balıqlar insanlardan bərk incimişdilər.Suya çoxlu neft-qaz qarışmışdı.Hətta insanlar dənizə çirkli sular axıdırdı.Tullantılar gözəl dənizi eybəcər şəkləsalmışdı.Balıqlar artıq belə dənizdə yaşamaq istəmir,çıxıb getmək istəyirdilər.
    Bir gün balıqlar bir yerə toplaşıb,dənizi necə tərk etmək barədə düşünməyə başladılar.onlar qərara gəldilər ki,bir neçə qrupa bölünsünlər.Hər bir qrup müxtəlif istiqamətlərdə üzərək başqa sulara gedən yolları axtarsınlar,sonra isə geri qayıdıb,hamıya xəbər versinlər.Beləliklə onlar bir neçə dəstəyə bölünüb,müxtəlif istiqamətlərə üzdülər.Balıqlar çox axtarsalar da,yolu tapmadılar və bütün dəstələr geri qayıtdı.
    Balıqlar artıq bilirdilər ki,bura “dəniz”yox,  “göl”dür.Ona görə də başqa dənizlərə,okeanlara yol yoxdur.Onlar çox məyus idilər,amma ümidlərini itirməmişdilər.Dənizi tərk etmək üçün yeni yollar axtarırdılar.
      Bir az fikirləşdikdən sonra onlar qərara aldılar ki,quru yolu ilə dənizi tərk etsinlər.Vay,vay-onlar nə düşünürlər?!Axı onlar susuz yaşaya bilməzlər.Sudan çıxan kimi ölərlər.
      Balıqlar quruya çıxmağa başladılar.Sudan kənara çıxan balıqlar ölürdülər.Qalan balıqlar isə suyun üzünə çıxmışdılar.Bunu görən insanlar bərkheyrətlənmişdi.Nəhayət,insanlar başa düşdülər ki,su çirkli olduğu üçün balıqlar çıxıb,getmək istəyirmiş.Balıqlar məhv olmasın deyə, səhvini başa  düşən insanlar dənizdə təmizləyici qurğular quraşdırdılar.Balıqlar çox sevindilər.O,gündən balıqlar elə öz dənizlərindəcə şən-firavan yaşamağa başladılar.

Комментариев нет:

Отправить комментарий