20.06.2011

Gitar

Gerçək həyat olduqca acı,
Giley daşımaq gərəksiz.
Doğrudan yaşam gösterir ki;
Dayanma yürü, amacına doğru.
Qapandınsa duyğulara,
Olursan cəhənnəmin sultanı kimi.
                                                                     Dedi Ərğəvan

Deyirlər :–
–İnsan bütün yaranmışlardan üstündür. Mən bir insan və yaranmışlardan yücələrdəyəm. Böylə deyil mi!?
İndisə bir çay vəya qəhvə içməyə gedirəm…
Öncə deyim, bu gün yazmaq istəmirdim, yorqun idim. Başımı havaya buraxım deyə evdən bayıra çıxdım. Bir qahvədə oturub, Türk qəhvəsi içirdim. Pəncərə arxasından bayıra baxırdım. Gəlib-gedənləri göz altına almış kimi. Əsmər üzlü bir qadını gördüm və Mariyan`ı anıladım. Mavişin gözləri, qısa saçları və cocuqsu addımları xəyalıma bir canlı operadır sanki. Özəlik ilə burnuna taxdığı kiçik halqa, unudulmaz bir imgəsu mənə. Bu anılar 2002`inci ilə qaytarır xəyalımı. Birazca düşündüm və bu qadın Mariya mı idi, bəlkə o deyildi? Ama bir gerçək qonu olduğu üçün yazım dedim. Mariya və yaşamdaşı Maho Nikaraqua`dan gəlmişlərdi. Mənim bar dostlarım olmuşlardı. Bu xəyal içində, insan bütün yaranmışlardan üstündür cümlesini düşünürəm…
İkimin ikinci ilin qış ayları idi. İş-siz, gücsüz idim və zamanımın çoxunu evdə keçirirdim. Axşamları isə evimin yaxınındaki bara gedib, bir neçə birə içirdim. Barda Nikargua`dan köçmüş bir ayilə ilə tanış olmuşdum. Biz dostlaşdıq, buna nədən Marıy`a oldu. O , öyrənci anlarında Masqova`da və Baku`da eyetim görmüş idi. Tikinti üzrə məhəndis olmuşdu. Bu nədən ilə mənə sıcaq yanaşırdı. Ara-sıra Baku anılarından danışırdı. Əri Maho isə mikanik idi. Onları çox mutlu görürdüm və bir ocaq sevinci gözlərindən yağırdı. Maho`nun hər zamanki kimi gülərüz və şaqraq gülüşləri dinciliyi pozurdu. Bir ilə yaxın həftə sonları barda buluşurduq. Bir həftə sonu tək gəlmişdi Maho, ama gördüyüm kimi deyildi. Rahatsızca tez-tez birə aşırırdı susqun. Gözləri doluxsanmış kimidi. Bir söz sormadım, ama başa düşdümki bir olay baş vermiş. Qolayca davranışlarını izləyirdim. Mariya`nın nədən gəlmədiyinidə sormadım. O`da bir söz deməyib, gecə saat üç oldu və biz ayrıldıq…
Onları bir neçə ay görəmədim. Sanki yoxa çıxdılar birdən. Bir gecə bardan çıxmış idim, yalnız başına dolaşırdım Bismark küçəsini. O baş, bu baş edərkən, bir tanış səs:–
–Əlimdən aldılar…

Apardılar…
Böylə iş olur mu?…
Mənimidi…
Sevirdim…
İtirmək istəmirdim…
Ama oldu…
Nə edə bilərəmki…
deyirdi, özü özünə. O`nun çöplük qutusundan, birə şüşəsi aradığını gördüm. Öncə tanımadım, sonra göz altına salınca Maho olduğunu xatırladım. Birazca çaşırdım. Sanki o, həftə sonları bulşduğum adam deyildi. Qap-qara qaralmış idi. Üstü-başı cındır əsgi kimi idi. Yanaşmaqdan vaz keçdim. Eləbil Maho, cəhənəmin sultanı olmuş idi, o gecə…Günlər keçir, artıq Maho ilə Maria`nı unudmuş kimi idim. Bir gün Metroda gedirdim. Bir çox evsiz eşiksizlər kimi Metro içində qazet sataraq:-
–Xanımlar və ağalar,
evsizəm…
çörəksizəm…
və içəcəyə param yox…
bir qazet alın lütfən!!!
Deyirdi Maho. Bu cəhənnəm sultanına dodaq büzürdü yolçular. Mən isə düşünürdüm. Insan bütün yaranmışlardan üstündür. Onu bu halda görübdə:–
–Nədən bu duruma düşdü?
–Yaşamında nə olay baş vermiş?
Və bir çox düşüncələr içindəyəm…
Bir gün yolum Varşova küçəsinə düşdü. Duvar dibində bir adamın Gitar çaldığını gördüm. Gitarın səsi dur dedi, mənə. Dayandım və dinlədim. Gitar iniltisi ilə içim paramparça oldu. İstər-istəməz gözlərim yaşardı. Nə iş ardınca getdiyimi unutdum və tanıdığım cəhənnəmin sultanı idi bu çalğıçı. Onun ilə paylaşım deyə salam Maho dedim. Saymaz kimi Gitarı susdurubda,–Əlimdən aldılar…
Apardılar…
Böylə iş olurmu?…
Sevirdim…
İtirmək istəməyirdim…
Ama oldu…
–Nəyi aldılar, nəyi apardılar Maho!?
Yanıt vermədən Gitar dil açır və iniltisi çöplük qutuları ilə birə şüşələrini çatladır. Zaman yolçuları saymazca keçir önündən…Ondan uzaqlaşıram. Düşüncələrimdə insan bütün yaranmışlardan üstün və qulaqlarımda Gitar harayı ilə… Əlimdən aldılar, apardılar. Böylə iş olurmu, sevirdim, İtirmək istəməyirdim. Ama oldu kimi cümələr, hara gedəcəyimi unutdurdu. Kafasını yemiş cəhənnəm sultanı yol yoldaşım olmuş idi. Kim-kimə yaşamın alanında çaşıram…
Bu zaman, bu yaşam, bu insan və baş vermiş olaylar acısı tükənməz gedir. Böylə amansızlıq nədənləri, insanın özüdür. Və insanın, insana qarşı qurduğu duzaqlardan doğulur. Cəhənnməmin sultanı bir örnək sonucu.
–Kim?
–Kimə?
–Və kimsə, onun dünyasını duysada bilə, yaxın durmaq istəmir. Göz yaşına baxmadan basır keçir. Böylə basqılara qarşı yalnız soyuq düşüncə dayanır…
Baxma…
Görmə …
Və asla insan və insanlıq qonusu mənim deyil deyə düşün.
Baxsan…
Görsən…
Qarpız bənzər dilimləşirsən və ayaqlar altına cəhənnəmin sultanı olursan, Maho kimi. Yenədə qulaqlarımdaki Gitar səsi;
Nikaraqua`nın bataqlığını haraylayır, mənim ölkəm kimi. Gitar səsi, dusdaqlarda zəncirlənmişlərə inildəyir sanki. Gitar haray çəkir, əsir bir ulusun ah qoşuqcusu bənzər. Və Gitar hıçqırır, sizlərdən gizlənmiş içim kimi. Və indi, insan bütün yaranmışlardan üstün cümləsi öz yerini tapır .
Qışdı, qar yağır və hava soyuq. Qoltuğumda bir şüşə qırımızı çakır, Liçenze parkına gedirəm. Saat yirmi-beşi çalırdı park üçün. Ortalıq səsiz idi. Bir neçə evsiz-varsız adam dolaşırdı mənim kimi. Yer-yer ağ idi yer. Şüşənin ağzını açıb, içirəm. Və öz xəyal dünyama keçirəm. Insan yaranmışlardan üstün deyib gülürəm. Bu kən uzaqda qar üstünə uzanmış bir qaraltı görüb maraqlanıram. O`na sarı əsruk addımlayıram. Görürəm bir susmuş Gitar və birdə cəhənnəmin sultanı yıxılmış yerdə çırpınır. Boş çakır şüşəsini başı üstünə qoyubda, insan bütün yaranmışlardan üstündür deyə baxıram. Ama hara?

Комментариев нет:

Отправить комментарий