19.06.2011

“İnsan Tanrının şah əsəridi”


Tanınmış həkim və yazıçı, AYB üzvü, DAK həmsədri Paşa Qəlbinur ilə gənc şair Tural Balabəylinin söhbəti

-Paşa Qəlbinurun təqdimata ehtiyaci yoxdu. Amma bunun belə, əgər ehtiyac duyulsa bir-neçə kəlmə ilə özünüzü necə təqdim edərsiz?
-Mən Paşa Qəlbinur olaraq bu günə çox uzun və ağır yol gəlmişəm. Bu gün mən həkiməm- xəstələrə baxan, onları müayinə və müalicə edən, bir sözlə xəstələrin dərdlərinə şərik olan mütəxəssisəm. Həm də alim ömrü yaşıyıram- bildiyiniz kimi, oftamologiya sahəsi ilə məşğulam. Bunlardan başqa, müəllim ömrü yaşıyaram, tələbələrimə bildiklərimi həvəslə öyrədirəm. Bir şeyi var ki, mən Paşa Qəlbinur şair ömrü də yaşamaqdayam. Bu taleyi mən seçməmişəm, belə deyək, tale özü məni seçib. Qızılın əyarı olduğu kimi, poeziyanın da əyarı var. Bəzən misi də qızıl adı ilə satırlar, bu poeziyada da mümkündü. İnsan Tanrının şah əsəridi. Nə qədər tanrının şah əsəri maraqlı və qəbul olunan kəşflər etsə, bir o qədər də yüksək əyarlı məhsul alınar.

-Paşa Qəlbinur şairlər içində şair, həkimlər arasında həkim kimi tanınır və sevilir. Sevgilərin çoxu sizi çaşdırmır ki?
-Mən sevgi sərxoşluğu yaşamıram. Xarici ölkələrdə öz mühazirələrimi oftalmologiya alimi kimi söyləyirəm və özümü şair Paşa Qəlbinur kimi tanıtmıram. Amma şair Qəlbinuru öz vətənində də, vətənindən kənarda da poeziya vurğunları və oxucları gözəl tanıyıb sevirlər.

-“Barmaqlarımın ucunda bir işıq var”- demisiz, səhv etmirəmsə. Yəni insanların nurdan düşməsini, işıqdan düşməsinin qarşısını alırsınız. Qəlbinurun bu yaşda gözünün nuru necədir? Eynəkdən istifadə edirmi?
-Mən doğulandan yaxına görməm 300%-di, 3 qatdı, uzağa görməm 200%-di- yəni 2 qat. 59 yaşım var eynək taxmıram. Allah mənə 100 ildə ömür versə belə, mən əminəm ki, eynək taxmayacam.

-Allaha, ananıza, poeziyaya bir də həkimliyə böyük sevginizin olmasından və həmişə olacağından bəhs etmisiz. Bəs o nə sevgidir ki, deyirsiniz Allahla, anamla, gözümlə danışanda gözümə görünmə və həmdə məni tək qoyma...
-Mənim ən böyük sevgim, məhəbbətim göydə uca tanriya, yerdə tanrının kölgəsi olan anama və bundan sonra poeziyadır. Şeirlərimin birində sevdiyim insan müraciətlə demişəm ki, səni nə qədər çox sevsəm də, səndən əvvəl göydə tanrı var, yerdə ana var və poeziya var.

-“Etiyac boylanır quyunun dibindən, metal daş kimi” deyirsiz. Nəyəsə ehtiyacınız var?
-Hər kəs kimi mənim də nələrəsə ehtiyacım var. Ədalətə böyük ehtiyac duyuram. Mən insanları çox sevirəm və özüm kimi qəbul edirəm, yəni hər bir insanı səmimi, həyatda cığalı sevməyən Paşa Qəlbinur kimi görmək istəyirəm. Elə olur ki yanılıram. Məni sevməyənlər sevənlərdən az olsa da, bəzən tərəzinin gözündə mənfi cəhət üstündü, yəni sevməyənlər çoxdu. Uşaqları hər kəs sevir və qoruyur, amma bir terrorçu baxçalarda, məktəblərdə yüzlərlə və minlərlə uşaqları acımadan öldürür.
 
-Maraqlıdır şair, həkim Paşa Qəlbinur adi insan kimi necədir? Nədən əsəbləşir adətən? Olubmu kimi isə sancasız?
-Bəzən fərqinə varmamışam nəyə və kimə əsəbləşmişəm. Əsəbləşəndə özümü tez sakitləşdirirəm ki, kiminsə qəlbinə toxunmayım. Qəlblərinə dəydiklərimin də könlünü almağı bacarıram. Ümimiyyətlə çalışıram ki, heç kəsin qəlbinə dəyməyim.

-İdman üslubunda geyimlərə üstünlük verirsiniz. Deyəsən rəsmi görünməkdən bezmisiz, yoxsa özünüzü daha gənc hesab edirsiniz?
-Mən rühən özümü hər zaman gənc hesab edirəm. Hər hansı gənc və ya uşaq mənə əmi deyəndə səksənirəm. Sərbəst və idman üslubunda geyinmək rahatlıqdır. Amma rəsmi tədbirlərdə və dərs dediyim ali təhsil ocağında rəsmi geyinirəm.

-Sizinlə soğallaşmağın vaxtı gəldi. Deyəsən hansısa xəstənin əsəbi ilə oynadıq.
-Bu müsahibə ürəyimcə oldu. Əsas odur ki, siyasi suallar deyildi. Tam sərbəst dost söhbəti oldu. Söhbəti bu vaxta ona görə saldım ki, tam sərbəst olaq. Təşəkkürlər sizə.

Tural Balabəyli, xüsusi olaraq dayaq.org üçün

Комментариев нет:

Отправить комментарий