05.06.2011

Jurnalist Elmar Hüseynov haqda yeni e-kitab


Jurnalist Azər Qaraçənli “Elmar Hüseynov” adlı yeni elektron kitabını təqdim edir.

“Elmar Hüseynov” toplusu 2005-ci ilin martında Bakıda qətlə yetirilmiş "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynova həsr olunub.

Topluya daxil olan yazılar A.Qaraçənlinin çalışdığı “Media forum” saytında müxtəlif vaxtlarda işıq üzü görüb.

Müəllif topluya Tanrı andından epiqraf gətirib: “And olsun axşam çağına!”. Epiqraf “Qurani-Kərim”in “Əl-Əsr” (Axşam çağı) surəsindəndir.

Elmar Hüseynov yaşadığı evin blokunda, axşamçağı öldürülüb.

“Elmar Hüseynov” e-kitabını hər bir şəxs virtual məkanda bu link vasitəsilə öz kompüterinə yükləyə bilər:

“Elmar Hüseynov” A.Qaraçənlinin dördüncü elektron kitabıdır.

Bundan əvvəl müəllif “Qarabağ silsiləsi”“Fikir qovluğu” və “Azadlıq kitabı” adlı e-kitablarını da internet şəbəkəsində yayıb. 2010-cu ildə isə A.Qaraçənlinin “Azadlıq nitqləri” adlı kitabı həm də “Qanun” nəşriyyatında çapdan çıxıb.

Комментариев нет:

Отправить комментарий