09.06.2011

Konan Doylun naməlum romanı çap ediləcək


Məşhur Britaniya yazıçısı Artur Konan Doylun dərc olunmamış romanı bu ilin noyabrında işıq üzü görəcək.
 
130 il əvvəl tapılan əlyazma Britaniya kitabxanasında saxlanır. Elə əsəri də nəşrə bu kitabxana hazırlayır.  
“Con Smitin hekayəti” adlı bu roman yazıçının ilk iri əsəridir. Doyl bunu 23 yaşında (1882-1884) həkim və yazıçı karyerasına başlarkən yazıb. Araşdırmaçıların sözlərinə görə, əsər naşirə göndərilərkən poçtda itirilib. Sonradan yazıçı yaddaşına əsasən hekayəti bərpa edib. Sonradan tapılan əlyazma da altıncı fəsildə bitir: “Əsərin süjetində və yazıçının ədəbi üslubunda hiyləgər xəfiyyə Şerlok Holmsun macəralarının mənbəyini tapmaq olur. Eyni zamanda Con Smitin təsərrüfatını idarə edən qadında Şerlok Holmsun mənzil sahibəsi missis Xadsonun cizgiləri də duyulur”.
Hekayət hər şeylə bağlı “özünün şəxsi rəyi olan” 50 yaşlı sıravi şəxsin dilindən nəql olunur. O, əlil arabasında oturub ədəbiyyatdan tutmuş müharibəyədək müxtəlif məsələlərlə bağlı öz fikirlərini qonaqları və ziyarətçilərinə danışan podaqra xəstəsidir.
ANN.Az

Комментариев нет:

Отправить комментарий