13.06.2011

"KÜLƏKLƏR ŞƏHƏRİ" filmi

Alternativ Ad: RUHLARIN QOVUŞAN YERİ
Müddət: 20 seriyalı, 840 dəq
Texniki göstərici: video
Janr: detektiv
İstehsalçı: Artist prodakşn
Rəng: rəngli
Dil: Azərbaycan dili
Növ: Seriallar
Ekran formatı: normal

Rejissor: Samir Qulamov
Ssenari müəllifi: Samir Qulamov
Operator: Şahmar Qəhrəmanov
Bəstəkar: Tərlan DühanGülçöhrə Babayeva


Məzmun və əlavə məlumat: Hələ körpə ikən valideynləri tərəfindən uşaq evinə atılmış Aslan Qədirov Rusiyada ad çıxarmış mafiya başçısı tərəfindən Rusiyaya qaçırılır. Aslan sərrast atıcı kimi böyüdülür və mafiyanın sifarişlərini yerinə yetirərək, peşəkar qatil kimi qətllər törətməyə başlayır. Çox keçmir ki, törətdiyi cinayətlərə görə həm digər mafiyalar, həm də beynəlxalq polis bu muzdlu qatilin axtarışına başlayır. Günlərin birində mafiya dəstəsinin başçısı (“Qoca vor”) tərəfindən yeni qətl törətmək üçün öz doğma şəhəri Bakıya göndərilir. Aslan Qədirovun izinə düşən mafiya qruplaşmaları və polis əməliyyatçıları tanınmış killerin ələ keçirilməsi üçün əməliyyata başlayırlar.
Samir Qulamov ssenarini çəkilişdən 3-4 il öncə yazıb. Əvvəl adı “Yol” idi, çünki həmişə yollarda yazırdı. Bir ilə ssenarini bitirib və Daxili İşlər Nazirliyinə təqdim edib. Bəyəniblər, ancaq ssenarini daha da təkmilləşdirmək üçün ona arxiv materialları təqdim ediblər.
Ssenari əvvəlcə tammetrajlı film üçün nəzərdə tutulub, materialların çoxluğu nəticəsində serial şəklində lentə alınıb.
Serial daha öncə “Ruhların qovuşan yeri” adlanırmış. Lakin çəkiliş müddətində qəzaya uğradıqları və bir çox uğursuz hadisələr yaşadıqları üçün serialın adını dəyişməyə ehtiyac duyublar.
Serialın çəkilişləri Bakı, Sumqayıt, İmişli, Neftçala, Quba, Dubay və Mahaçqala şəhərlərində aparılıb.
Çəkilişlər 2009-cu il fevralın sonlarından başlanılıb.
Serial Xəzər TV-də yayımlanır.

Комментариев нет:

Отправить комментарий