19.06.2011

LƏNƏTLƏNMİŞ DAĞ

LƏNƏTLƏNMİŞ DAĞ!
Yaponiyada ötən həftə bir alpinisti qurtarmağa gedən vertolyot qəzaya uğrayıb 5 nəfər ölüb. Qəzanı işıqlandırmağa gedən iki jurnalist də bu səhər ölü vəziyyətdə tapılıb.

Nippon televiziyasının müxbiri Yuji Kita ilə kameraman Jun Kawakami, ötən həftənin sonu düşən iki pilot və 3 xilasedicinin öldüyü vertolyot qəzasının olduğu bölgəyə doğru yola düşüblər. Ancaq səhər yola çıxan jurnalistlər axşama yaxın geri dönmədiyi üçün Nippon televiziyası səlahiyyətlilərə xəbər verib.

Jurnalistlərin cansız bədənləri bu səhər, Tokionun şimal-qərbindəki Çiçibu şəhərində iki dağ arasındakı 300 metr dərinlikdəki tapılıb.

Qəzaya uğrayan vertolyotun qurtarmağa getdiyi qadın alpinistin də həyatını itirdiyi bildirilir.

Комментариев нет:

Отправить комментарий