17.06.2011

Mağazalar xəstəlik ocağına çevrilir


Şəhərimizin marketlərinə sanitar nəzarətin zəif olduğu və yaxud da bu müəssisələrin tamamilə nəzarətdən kənarda qaldığı müşahidə olunmaqdadır. Belə ki, əksər mağazalara fikir verdikdə çörək məmulatlarının alıcılar tərəfindən əllə toxunulub, seçilib alınmasını, pendirin ağzı açıq, konserv qutularında, alıcıların ayağı altında, yerdə düzüldüyünü və həmin qablardan da hər bir alıcının bu pendiri “təcrübə edib” aldığını və s. bu kimi görüntüləri müşahidə edirik.

Hələ iş o yerə çatıb ki, alıcıların bəzən qucaqlarında it və ya pişik saxladıqları vəziyyətdə də mağazaya daxil olmasına mane olan yoxdur .Görəsən infeksion xəstəliklərin baş alıb getdiyi belə bir zamanda marketlərdə sanitar-gigienik qaydaların bu qədər kobud şəkilıdə pozulmasına əlaqədar təşkilatların laqeyd qalması nə ilə əlaqədardır? Yoxsa, hörmətli məsullar yalnız “aylıq” yığmaqla öz vəzifələrini bitmiş hesab edirlər?

Bəs istehlakçıların məsələləri ilə məşğul olan təşkilatlar nə ilə məşğuldur. Yenə də cavabsız suallar...

http://deyerlermektebi.blogspot.com                                 Bikəxanım Əzimova

Комментариев нет:

Отправить комментарий