03.06.2011

Mama Roza

Vitoşun yeni proyekti: Camışların göz yaşı

                            Çuşka şeirləri- 14

Nə mehriban, nə əzizsən,
Mama Roza, Mama Roza.
Sanki çağlayan dənizsən,
Mama Roza, Mama Roza.

Xoş rəftarın ürək açır,
Hər zəhmətin çiçək açır,
Yanaqların nur tək saçır,
Mama Roza, Mama Roza.

Dubayda əzbərdir adın,
Sütül qızlar- qol-qanadın,
«Çox sağ olun» mükafatın,
Mama Roza, Mama Roza.

Keşikçi təki oyaqsan,
Həmişə yanan mayaksan,
Sönük qəlblərə dayaqsan,
Mama Roza, Mama Roza.

Döndün könlüm sirdaşına,
Çatdırdın mənzil başına,
Neyləyim, gəlim xoşuna,
Mama Roza, Mama Roza.

Комментариев нет:

Отправить комментарий