05.06.2011

Mehdi Bəyazid ucalığı

Mehdi Bəyazid bəşəriyyətin dan söküləndə dünya mədəniyyətini ac canavar kimi təpişdirmək istəyən bir bədbəxtdir



 Ən az ədəbiyyat çayının qarşısını kəsən 3-5 əjdahanın başından qılıncla vurmalıydım. Mən öz haqqımı, ən azından mənimlə eyni nəsildən olan dostlarımın haqqını qorumalı idim, mübarizə aparmalı idim. Azərbaycan elə bir yerdir ki, burada bir əlində mələk, o biri əlində qılınc tutmalısan, yoxsa nahaq haqqı üstələyəcək. Mən öz haqqımı qorusaydım, bu özündən başqa da neçə nəfərin haqqının qorunması demək olardı, bizdən sonra gələn cavanların də üstünə bu qədər yük düşməzdi…

 Bizim ədəbiyyatmız müəyyən zaman kəsiyində (70 il sovet dövrü nəzərdə tutulur- Red.) döyüşkən mövqeyini itirdi, müdafiə mövqeyi tutdu, qorxaqlaşdı, get-gedə cırlaşdı. Ədəbiyyatımız, daha doğrusu yazarlarımız hələ də özlərinə gələ bilməyiblər, hələ də öz aciz mövqelərini, sətiraltından nəsə demək həvəslərini yerə qoymayblar, hadisələrə zamanın fövqündən baxa bilmirik. Əvəzində jurnalistikamız xeyli dirçəldi, hələ ədəbiyyat düşərgəsindən nə qədər qələm adamını özünə çəkdi. Bu qədər dahilər yetişdirən bir yurd ola bilməz ki, bir dahi yetişdirməsin. Hazırda bir mənəvi aclıq prosesi gedir və bu aclığı qoruyacaq yazıçı nəsli mütləq yetişəcək.
 Əgər mən Mehdi Bəyazid özüm-özümün sidq ürəkdən dostum olsaydım və məndən Mehdi Bəyazid kimdir deyə soruşsaydılar, deyərdim ki, məndən ötrü Mehdi Bəyazid bəşəriyyətin dan söküləndə dünya mədəniyyətini ac canavar kimi təpişdirmək istəyən bir bədbəxtdir. Mənimçün sadəcə ağ vərəqlərə nəsə yazmaq azdır. Bu böyük istək qarşısında sadəcə yazmaq nədir ki?.. Bütün qələm dostlarım, ən çox da yeni gələn gənclər bilməlidir ki, yüksək professionallıq olmadan onlar nə yazırlarsa yazsınlar, heç bir dəyəri olmayacaq. Biz dünya ədəbiyyatı və mədəniyyəti potensialını gücə çevirməliyik.


                                                    Mehdi Bəyazidin 2003-cü il müsahibəsindən

Комментариев нет:

Отправить комментарий