05.06.2011

MİQRANTLARLA FAŞİSTLƏRİN "MİLİYYƏTÇİ DERBİSİ"

                                  "Roma" və "Latsio" niyə düşməndi?



Bir sıra derbi oyunları var ki, həmin qarşılaşmalar bütün dünyada maraqla izlənilir. Elə buna görə də, həmin qarşılaşmalar dünya derbisi deyirlər. Bu sırada "Real" - "Barselona", "Qalatasaray" - "Fənərbaxça", "River Plate" - "Boka Xuniors" kimi məşhur qarşılaşmalar var. Belə derbilərdən biri də "Roma" - "Latsio" matçıdı. Bu klubların bir-biri ilə sadəcə rəqib deyil, həm də qatı düşməndi. Bəs İtaliya paytaxtını təmsil edən klubların düşmənçiliyinin kökündə nə dayanır? "Roma" 1927-ci ildə 3 klubun birləşməsindən yaranıb. Klubun yaranmasında əsas məqsəd Şimali İtaliya klublarının hegamonluğuna son qoymaqdı. Roma daha çox miqrantların azarkeşlik klub olub. Eyni zamanda klubun İdarə Heyətində də miqrantlar təmsil olunduğundan "Roma" köçmən klubu kimi tanınıb.
1900-cü il yanvarın 9-da İtaliya ordusu tərəfindən qurulan "Latsio" isə "Roma"nın əksinə olaraq hökümətin dəstəklədiyi klub olub. II Dünya müharibəsindən sonra klubların adının qarşısında olan S.S. (Societa Sportivo) ləqəbi almanlara aid olduğu üçün qadağan olunub.
Lakin həmin dövrdə İtaliyaya rəhbərlik edən faşist Benito Mussolini "Latsio"nu dəstəklədiyi üçün yalnız "Latsio"nun "S.S Latsio" adlanmasına icazə verib. Buna görə də "Latsio" hökümət klubu kimi tanınıb.
Klublar arasındakı düşmənçilik daha çox milliyətçilikdən qaynaqlanıb. "Roma" və "Latsio" arasındakı oyunlarda azarkeşlərin kütləvi davalarına tez -tez rast gəlmək olur. Bəzi oyunlarda futbolçuların və azarkeşlərin milliyətçi hərəkətləri və pankartlarına görə hər iki klub ağır cəzalara məruz qalıb. Hətta 2005-ci ildə "Latsio" forması geyinən Paolo Di Kanyo vurduğu qoldan sonra "Faşist salamı" verdiyi üçün çox ağır cəza almışdı.
Belə vəziyyətlərdə "Roma" daha çox sakit qalmağa çalışır. Getdikcə şəhərin ətrafında "Roma"nı dəstəkləyənlərin sayı artır. Şəhərin mərkəzində yaşayanlar isə daha çox "Latsio"nu dəstəkləyir. Zaman keçdikcə "Roma" daha da gücləndi və son illər onların "Latsio"nu üstələdiyi illər kimi tarixə düşüb. Məsələn, son 18 ildə bu komandalar arasında keçirilən 35 qarşılaşmanın 16-da "Roma" qələbə qazanıb, 9-da "Latsio" qələbəyə sevinib. 10 qarşılaşmada isə "sülh" bağlanıb.


13.03.2011
Roma
2:0
Lazio
19.01.2011
Roma
2:1
Lazio
07.11.2010
Lazio
0:2
Roma
18.04.2010
Lazio
1:2
Roma
06.12.2009
Roma
1:0
Lazio
11.04.2009
Lazio
4:2
Roma
16.11.2008
Roma
1:0
Lazio
19.03.2008
Lazio
3:2
Roma
31.10.2007
Roma
3:2
Lazio
29.04.2007
Roma
0:0
Lazio
10.12.2006
Lazio
3:0
Roma
26.02.2006
Lazio
0:2
Roma
23.10.2005
Roma
1:1
Lazio
15.05.2005
Roma
0:0
Lazio
06.01.2005
Lazio
3:1
Roma
21.04.2004
Lazio
1:1
Roma
09.11.2003
Roma
2:0
Lazio
08.03.2003
Roma
1:1
Lazio
27.10.2002
Lazio
2:2
Roma
10.03.2002
Lazio
1:5
Roma
27.10.2001
Roma
2:0
Lazio
29.04.2001
Roma
2:2
Lazio
17.12.2000
Lazio
0:1
Roma
25.03.2000
Lazio
2:1
Roma
21.11.1999
Roma
4:1
Lazio
11.04.1999
Roma
3:1
Lazio
29.11.1998
Lazio
3:3
Roma
08.03.1998
Lazio
2:0
Roma
01.11.1997
Roma
1:3
Lazio
04.05.1997
Roma
1:1
Lazio
08.12.1996
Lazio
0:0
Roma
18.02.1996
Lazio
1:0
Roma
01.10.1995
Roma
0:0
Lazio
23.04.1995
Roma
0:2
Lazio
27.11.1994
Lazio
0:3
Roma

Комментариев нет:

Отправить комментарий