Müsabiqəyə Azərbaycanla yanaşı, Gürcüstan, Rusiya və İrandan olan soydaşlarımız da qatılıb
Kultaz.com Mədəniyyət Portalı III Nəsimi Milli Ədəbiyyat Müsabiqəsinin Debüt mükafatının qaliblərini elan edib. Portaldan ANS PRESS-ə verilən məlumata görə, Debüt mükafatı ənənəvi olaraq iki nominasiyada keçirilib. Bu müsabiqədə gənc müəlliflər maksimum üç əsərlə (hekayə və ya şeir) qatıla bilərlər.
Debüt mükafatında 44 müəllifin 100-dən artıq mətni qiymətləndirilib. Müsabiqəyə Azərbaycanla yanaşı, Gürcüstan, Rusiya və İrandan olan soydaşlarımız da qatılıb.
Qiymətləndirməni müsabiqənin 9 nəfərdən ibarət Ekspertlər Şurası 10 ballıq sistemlə aparıb.
Ekspertlərin tərkibi belə olub:
1. Tehran Əlişanoğlu, tənqidçi
2. Nərgiz Cabbarlı, tənqidçi
3. Azad Yaşar, şair-tərcüməçi
4. Mahir Qarayev, şair-tərcüməçi
5. Samir Sədaqətoğlu, yazıçı
6. Şahbaz Xuduoğlu, naşir
7. Məsiağa Məhəmmədi, nəzəriyyəçi-tərcüməçi
8. Natiq Məmmədli, yazıçı
9. Kultaz.com- Təşkilat Komitəsi.
Ekspertlər Şurasının qiymətləndirməsi əsasında nominasiyalar üzrə qaliblərin adlarını təqdim edirik.
“Ən yaxşı hekayə” nominasiyası:
I yer: Elnaz Eyvazlı (“Baş daşı”, “Qadın”)
II yer: Alpay Azər (“Atamın dəfni, hüzrü, bir də başdaşı”, “Özündən “küsən” gəlin”
III yer: İlğım (“Açıqca söylənməyənlər”, “İlan Xatının və Loğmanın dastanı”, “Zorlama cinayətinin növləri”
“Ən yaxşı şeir” nominasiyası
I yer: Musa Əfəndi (“Bir şəhərin leksikologiyası”, “I payız üsyanı”, “Kədərboğan böcəyi”)
II yer: Şahin Əliyev (“Kino”, “Belə olsun”, “Dostum”)
III yer: Orxan Zaman (“Kabus”, “Uzaqlığından üşüyürəm”, “Bütün xatirələrdən”)
Qeyd edək ki, Nəsimi Milli Ədəbiyyat Müsabiqəsi 2008-ci ildən keçirilir.

Комментариев нет:
Отправить комментарий