03.06.2011

Okeana normadan 7,5 milyon dəfə çox radiasiyalı su sızıb


Okeana normadan 7,5 milyon dəfə çox radiasiyalı su sızıb


“Tokio Elektrik Pauzer” şirkəti suyun analizinin nəticəsini açıqlayıb
 
Yaponiyanın qəzalı vəziyyətdə olan “Fukusima-1” Atom Elektrik Stansiyasının (AES) ikinci enerji blokundan Sakit okeana sızan suda radioaktiv yodun həcmi normadan 7,5 milyon dəfə çoxdur. Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu AES-in operatoru olan “Tokio Elektrik Pauzer” şirkəti aprelin 2-də qurğudan götürülən su nümunəsinin analizinin nəticəsinə əsasən açıqlayıb.

Hazırda okeana radioaktiv su sızması davam edir. Su hovuzunun betonu çatladığı üçün sızmanın qarşısını almaq hələ mümkün olmayıb. Hazırda mütəxəssislər kağız və taxta qırıntıları qarışdırılmış plastik kütlə ilə bu sızmanın qarşısını almağa çalışırlar.

Комментариев нет:

Отправить комментарий