21.06.2011

Potensial təhlükə


Bütün Bakını təşvişə salan olay bir qrup vəhhabinin törətmək istədiyi terror aktının hələlik ünvanlandığı Amerika və Böyük Britaniyanın diplomatik nümayəndəliklərinin binası həcmində oldu. Bununla bağlı keçirilən əməliyyat bir neçə cinayətkarı yaxalasa da cərəyanın bəzi üzvləri hələ də azadlıqda qalmaqdadır. Bu olayla bağlı mətbuatın təqdim etdiyindən fərqli fikirlərin bəzi məqamlarını sizinlə bölüşmək istəyimizlə buna daha yaxın rakursdan baxmağa çalışacağıq.

Vəhhabi siyasi cərəyanı sünni məzhəbinin daxilində Hənbəli təriqətinin ardıcıllarından Ibn Teymiyyənin (XIIəsr) öz məzhəbinə tutduğu iradlar əsasında yaranan nəzəriyyə idi ki, öz dövründə rədd olunan ideya Məhəmməd ibn Əbdulvəhhab (XVIII əsr) bir neçə yüz il sonra Ingilis xəfiyyəsi tərəfindən Islam dünyasını sarsıtma marağı ilə yenidən gündəmə gətirilərək Səudiyyə Ərəbistanına yerləşdirildi (Məhz bu firqənin yaranma maraqları onun siyasi cərəyan olması məntiqini təsbit edir). Ilkin fəaliyyətlərinin dini ziyarətgahların uçurulması ilə başlayan siyasi cərəyan tərəfindən tökülən qanların hesabı ölçüyə gəlməzdir. Azərbaycana gəlişi 199195ci illəri əhatə edən vəhhabi cərəyanı ilk öncə (Baxmayaraq "Əbubəkr məscidi" saytında bunu Azərbaycanın tarixi keçmişi ilə bağlamağa çalışaraq vəhhabiliyin və ya onların dediyi kimi sələfiliyin tarix boyu Azərbaycanda mövcud olduğunu iddia edir, lakin əfsus ki, buna misal çəkmək üçün etdiyi cəhdi tapa bilmədiyi mənbəni boş buraxıb.) humanitar təşkilat adı altında ölkəmizdə fəaliyyətə başlasa da sonralar gizlədikləri ideyaları yaranan boşluqdan suiistifadə edərək yaymağa başlayırlar. Dəyərləri sərhədlər aşan "Əbubəkr" məscidinin də ərsəyə gəlməsi bu dövrün boşluqlarından yararlanma əsasında gerçəkləşdi. Əlbəttə, burada maddi maraqları güdüb onların fəaliyyətinə göz yuman dövlət məmurlarının həris siyasətini də diqqətdən kənar saxlamaq olmaz. (Bəzi din bilicilərinin fikrincə Azərbaycanda vəhhabi siyasi cərəyanı şiə məzhəbini dövlət tərəfindən tənzimlənməsi üçün də maraqlara cavab verdiyindən onların fəaliyyətləri başqa təriqətlərdən ən az qadağalarla üzləşirdi.) Lakin özlərinin söylədiyi kimi heç bir reklamı olmayan vəhhabilərin əxlaq nümayiş etdirmək istəyən neqativ daxili aləmləri bir gün öz həqiqətni göstərəcəkdi.
2000ci il bu addım üçün başlanğıc oldu. On illik fəaliyyətlərinin işdən əmələ layihəsi ilə tətbiqə başlayan vəhhabilərin siyasi birlikləri iti silahlanmağa başladı. Bu silahlanmanın nəticəsi kimi 50dən artıq həmin siyasi cərəyanın nümayəndələrinin həbsi çox yaxın tarixdir. Hətta iki polis işçisinin qətli, bir neçə nəfərə ağır bədən xəsarətləri yetirmələri də bu faktın mövcudluğunu göstərirdi. 2003cü ildə vəhhabi siyasi cərəyan haqqında ikili fikirlər səbəbi ilə siyasi cərəyan daxildə iki qrupa ayrıldı. Həqiqətdə eyni ideya daşıyıcıları olan siyasi cərəyan başçıları günahın ünvanını müəyyənləşdirmədə problem yaratmaqdan başqa ayrı məqsəd güdmürdülər. Məhz sələfilik nağılları da bu dövrün yetirmələri oldu. Qamət Süleymanovun qətiyyətlə rədd etdiyi Pankisi dərəsinə ezam olunan məscid üzvlərinin həbsi məscidin və ya bir az da aydın söyləsək vəhhabilərin ölkədəki reytinqlərini yüksəyə qaldırmırdı. Rədd olunan vəhhabilik adı və bu ad altında olan radikal qruplaşmaların ünvanı qeyd olunan məscid ilə güya heç bir əlaqəsi olmamasi fikri idi. Amma həbs olunanların söylədikləri başqa idi. Təbii ki, dövlətin o günün rüşvət alıb bu günün terror təhlükəsi yaradan məmurları da vəhhabiləri təhlükəli, sələfiləri isə sabit təriqət kimi nümayiş etdirməkdə israrlı idi. (Hətta məhkəmənin Əbubəkr məscidinin bağlanılması haqqında çıxardığı qərara etiraz edən Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin rəsmiləri məscidin bağlanılmasına etirazını bununla əlaqələndirirdi ki, onlar belə olan halda vəhhabilər üzərində nəzarətlərini itirə bilərlər. Görəsən adı nəzarət olan bu addım hansı təhlükənin qarşısını ala bildi!?) Lakin zaman vəhhabi və sələfiliyin eyni və bir qüvvə tərəfindən idarə olunduğunu çox bəsit səbəblərlə nümayiş etdirdi.
Yenə təhlükə və təhdid, yenə terror və qarşıdurma. Köklü əqidə barəsində yalnız onu qeyd etmək kifayətdir ki, dünyanın bir nömrəli terror məktəbi ƏlQaidə vəhhabi siyasi cərəyanının nəzdindədir və onların gündə neçəneçə dinc əhalnin ölümünə səbəb olan terror aktlarını seyr etmək üçün televiziyanın istənilən kanalını izləməyimiz kifayətdir. Əlavə olaraq Əfqanıstanın Taliban hərəkatı bütünlükdə vəhhabi siyasi cərəyanına, Pankisi də daxil olmaqla Çeçenistanın 2ci azadlıq mübarizəsi bütünlükdə (Besland faciəsini buna misal çəkmək kifayətdir) vəhhabi siyasi cərəyanın təsiri altında inkişaf edir.(Çox qəribədir ki, vəhhabilərin Azərbaycandakı rəsmi saytları Iran Islam Respublikasında təhsil alan tələbələri "Qum şəhərinin hərbi düşərgə"sində təhsil alması kimi fikirləri tənqid edərkən Çeçenistanın vəhhabi təlim düşərgəsi kimi nə qədər qeyd olunan ünvandan vəhhabilərin hərbi silahlar və təlim almasına göz yumurlar) Ən incə məqam odur ki, yalnız vəhhabi siyasi cərəyanına əqidə bəsləyənlər istisna olmaqla geridə qalan əqidələri batil bilən siyasi cərəyan üzvləri onların ölümünü belə vacib bilirlər. (Vəhhabi siyasi cərəyanının hərbi qolu olan ƏlQaidənin Iraq üzrə nümayəndəsi ƏzZəvakirinin Iraqda Şiələrə qarşı "kafirlərə ölüm" şüarı altında ötən illərin effektsiz internet nitqi buna bariz nümunədir.)
Biz bu siyahıya daha geniş hadisələr və faktlar əlavə edə bilərik, amma baş verən və hələ də davam edən vəhhabi terror hadisəsinə cəhd elə bilirik ki, tək bu hadisənin qarşıdan gələn təhlükəyə hazırlıq kimi realizə edən bizim kimi media işçilərinin proqnozları deyil, eyni halda bu hadisəyə adi gözlə baxan hər bir azərbaycanlı üçün kifayət qədər aydın bir faktordur. Bundan əlavə adlarını hansı yöndən dəyişmə cəhdlərinə baxmayaraq hədəflərinin dinc əhalinin ölümü ilə nəticələlən neçəneçə terror hallarına başçılıq edən vəhhabi cərəyanının aldadıcı toruna düşməmək üçün bu yönlü hallara diqqətimizi artırmalıyıq. Bu, adi Azərbaycan vətəndaşından, başlanğıcı orta təhsil müəssisəsindən başlayan azyaşlı gələcəyimizin bu tora düşməməsi üçün dövlət rəsmilərinin düşünməsi üçün həyəcan siqnalıdır. Doğru əqidənin təlimində tərəddüd, dünəndən bu günə vəhhabi cərəyanını və onların dağıdıcı qüvvəlirini çəkib gətirmişik. Bunun qarşısı planlı şəkildə alınmazsa, sabahın necə olacağını təsəvvür etmək çətin deyil.

Комментариев нет:

Отправить комментарий