13.06.2011

Qadınlar, toyuq əti yeyin!


Qadınlar, toyuq əti yeyin!Toyuq əti infarkt riskini azaldır

Toyuq ətindən istifadə qadınlarda infarkt riskini azaldır. Bu nəticəyə Harvardın universitetinin Xalq Sağlamlığı Fakültəsinin alimləri 26 il apardıqları tədqiqatlardan sonra gəliblər. 

Araşdırmaya yaşları 30-55 arası olan, hər hansı ürək xəstəliyi, xərçəng və şəkərli diabetdən əziyyət çəkməyən 84 min qadın qatılıb. Nəticədə bəlli olub ki, gündə iki dəfə qırmızı ətdən istifadə edən qadınlarda infarkt riski gündə yarım pay ət qəbul edənlərlə müqayisədə 30 faiz artıqdır. Qırmızı ətlə müqayisədə tərkibində daha az yağ olan toyuq əti isə infarkt riskini 19 faizə qədər aşağı sala bilir. 

Universitetin mütəxəssisi professor Valter Vİlletin sözlərinə görə, qırmızı ətdən istifadə zamanı yüksək həddə doymuş yağ və xolestrol bədənə daxil olur ki, bu da ürək xəstəliklərinə yol açır. Mütəxəssislər ürək-damar sağlamlığı üçün ətdən istifadəni mümkün qədər azaltmağı tövsiyə ediblər

Комментариев нет:

Отправить комментарий