21.06.2011

Qəza-qədər

Seyid Ramin


Bizim özümüzün qədərimiz var,
Heç vaxt biz qəzadan qaça bilmirik.
Alnımızda olan qırışlar bəlkə,
Alın yazısıdır aça bilmirik.
Fəsillər lövhəm də tamam köhnəlib,
Payızım pozulub, yazım silinib.
Yayın istisində tərlədiyimçün,
Alnımı siləndə yazım silinib.
İndi günahkarlar at oynadırlar,
Atları kişnəyib adama gəlir.
İndi günahkarlar təmizkar olub,
Günahı yumağa hamama gəlir.

Комментариев нет:

Отправить комментарий