03.06.2011

Qəzetlər və biz oxucular

        Şəhla Feyruzbəyli                  "Davam" qəzeti


Qəzetlər... Günü-gündən çoxalan, lakin oxunmayan qəzetlər... Çox az olsa da xatırlayıram ki, biz uşaq olanda hər gün qapımıza iki-üç adda qəzetlər gətirərdilər. Sevinə-sevinə qaçıb alardıq. Qəzet gətirən dayı isə bizə baxıb gülümsəyərdi. Ancaq sonralar nə qəzetçi dayı gəldi, nə də qəzetlər...
Maraqlıdır, son zamanlar qəzetlərə maraq cox aşağı səviyyədədir. Bu məsələni özüm üçün bir araşdırmaq istədim.Məlumdur ki, bu gün Azərbaycanda saya-hesaba gəlməyən dərəcədə qəzetlər mövcuddur. Bəs bu qədər qəzetlərin oxucuları necə, varmı? Fikrimdə qəzetləri üç yerə böldüm:
1.Dövlət orqanı olan bir sıra qəzetlərdı ki, bütün ölkə boyu tanınıb. (idarə və məktəblərə istəkdən asılı olmayaraq paylanılır)
2.Bəzi muxalifət qəzetləri. Tam ölkə boyu olmasa da, Bakı və bəzi regionlarda tanınıb.
3. Çap edilən bir sıra qəzetlər. Nəinki ölkədə, heç Bakıda belə tanınmayan qəzetlər.

Niyə qəzetlərimiz tanınmır? "İmkan vermirlər"mi yoxsa dövlət yardımı yoxdur? Bildiyimiz kimi bu il dövlət büdcəsindən Mətbuatımıza 40 min manat pul ayrılıb. Ancaq yenə də qəzetlərimiz geriləyir. Həm imkan baxımından, həm də oxucu baxımından. Camaat niyə maraq göstərmir qəzetlərə? Çoxmu maraqsız yazılır yazılanlar yoxsa medya əhalini aldaırmı? Sadə vətəndaşlardan bəziləri ilə bu məsələ barədə söhbətləşdim. Bir xanım deyir ki, "Sovet dövründə hər kəs bu günkü qəzeti oxuduqdan sonra, həsrətlə sabahkı buraxılışı gözləyirdi. Ozaman qəzet və jurnalların da sayı az idi, bu qədər telekanllar da yox idi." Digər bir orta məktəb müəllimi isə deyir ki, "Əvvala qəzetlərdə bu gün savadsız bir kütlə cəmləşib, jurnalist yox. İkinci isə qəzetlər hamısı kimlərinsə tərifi ilə məşğuldur. Tarixi gizlədirlər bilərəkdən."
Əslində bu ziyalı hər iki kəliməsində haqlıdır. Bu gün ziyalılar üçün oxunacaq bir Milli qəzetə həqiqətən ehtiyyac var. Regionlarımızda isə vəziyyət olduqca gərgindir. Belə ki, bu insanlarda sanki qəzet anlayışı yoxdur. Keçən ay rayona getmişdim.Özümlə oxuduğum qəzetlərdən bir qisim götürdüm. Hansı ki, rayon yerində o qəzetlərin satışı dayandırılıb, eləsi də var ki, ümümiyyətlə oraya göndərilmir. Məqsədim o idi ki, yaxın tanışlara, qohumlara bu qəzetləri verim, oxusunlar və özlərində bir balaca da olsa məlumatlı olsunlar. Deyirlər qəzetlər şişirdilmiş və yalan yazır.Əşi, eybi yoxdur, yalandan da məlumatlı olsunlar dedim. Gedəndən gələnə kimi qəzetlərə əl vuran olmadı. Ancaq sonda qəzet birinin əlinə keçdi. O da kənddən bizimçün nənə payını bükməyə... Deməli bütün bu vərəqlər hərəsi bir evə gedəcək, oradan da zibil qabına...
Bir anlıq düşündüm ki, indi televiziya, radio və internet vasitəsi ilə ən qaynar xəbərləri əldə edə bilirik. Ona görə də qəzetə ehtiyyac görülmür. Ehtiyyac görülsə belə, həmin qəzetlərin internet saytı fəaliyyət göstərir. Maraqlanan daxil olub baxacaq. Əhalimiz onsuzda kasıb vəziyyətdə yaşayır. İnternet daha ucuz variantdır.Bir tərəfdən də düşündüm ki, qonşu dövlətlərdə, o cümlədən qardaş Türkiyədə bəyəm internet yoxdurmu ki, qəzetlər bu qədər satılr? Əksinə orada bu şəbəkələr bizdən qat-qat yaxşı inkişaf edir. Onu da qeyd edim ki, bildiyimə görə qardaş ölkədə hətta qəzetlərin öz şirkətləri də var. Kimsə elə başa düşməsin ki, onları maliyyələşdirən şirkətlər var. Yox, qəzetlərin öz hesablarına milyonlarla dəyəri olan şirkətləri var. Necə olur ki, internet inkişaf etsin, bu qədər TV - lər olsun, ancaq yenə də qəzetlərə ehtiyyac olur? Bəlkə qəzetlərdə hansısa müsabiqələr təşkil ediblər ki, qəzet oxunmasa da evlərə getsin, satılsın?
Yazarlardan və yazılardan çox şey asılıdır. Əhalimizə haqq da qazandırmaq olar.Məsələn, bu gün qəzetlərimiz hamısı bir gündə "Rəqsanə populyar olmasının sirrini açıqladı " başlıqlı yazı verirsə , kasıb camaatımız niyə qəzetə pul verməlidir? Onsuzda onları gün axşama kimi gündən - günə abırsızlaşan TV-lərimizdə görürlər. Niyə bir dənə dağ kəndinə gedib araşdırma aparan qəzetimiz - jurnalistimiz yoxdur? Bəyəm bu araşdırmalar kömək etməzmi qəzetlərin tiraj artımına eyni zamanda keyfiyyətli jurnalist kütləsinin yetişməsinə? Bəyəm bu gün kiminsə heykəlini tərifləmək və yaxud da "filankəs filan oliqarxa qarşı çıxdı" başlıqlı yazılar verməklə jurnalistikamız inkişaf edərmi? Artıq camaat yorulub bu yazıları oxumaqdan. Bu üzdən də qəzetlərimiz maliyyə böhranı ilə üzləşirlər, eyni zamanda muxbirlərimiz təziqlərə məruz qalırlar.Dəyərli jurnalistlərimizin çoxu bazarda ticarətlə məşğuldur.Qəzetlərimiz də bax beləcə "əziyyət" cəkirlər. Bəzən isə kimsə kiminləsə düşmənçiliyə başlasa qəzetlərin necə deyərlər kefi saz olur. Başa düşüldü yəqin demək istədiyim...
Məncə cəmiyyətdə mariflənmə aparmaq lazımdır. Araşdırmalar apaılmalıdır, məntiqli, hər təbəqənin oxuması üçün yararlı olan yazılar ortaya çıxarmaq lazımdır. Bu gün ölkədə savadsızlaşma getsə də, bu cür yazılara həqiqətən ehtiyyac duyulur.

Комментариев нет:

Отправить комментарий